Icma.az
close
up
RU
Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 avqust, AZƏRTAC

Prezident İlham Əliyev bir-birinin ardınca diplomatik uğurlar qazanmaqla və yeni tarixi səhifələrə imzalar atmaqla dünya ictimaiyyətini heyrətləndirir, müasir dövrün lideri olduğunu bir daha sübut edir. Dövlətimizin başçısının bir neçə gün əvvəl ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə keçirdiyi görüşdə imzalanan sənədlər, ABŞ Prezidentinin dövlətimizin başçısı ilə dostyana səmimi söhbətləri, Azərbaycan Prezidentinə Ağ Ev-in rəmzi açarını təqdim etməsi hər bir azərbaycanlını qürurlandırdı. Donald Trampın özü də etiraf etdi ki, o, Ağ Evin rəmzi açarını nadir hallarda təqdim edir. Həmin səfərdə yadda qalan mühüm tarixi hadisələrdən biri də ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri olan, ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva bildirib.

Tanınmış ictimai-siyasi xadim deyib ki, bu görüşün yekunları mənə möhtərəm Prezidentimizin qətiyyətlə dediyi “Bu günə qədər elə bir təşəbbüsümüz olmayıb ki, o reallığa çevrilməsin. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də yerinə yetirilməmiş vəd yoxdur!” müdrik kəlamını xatırlatdı. Səfər çərçivəsində baş verən tarixi hadisələrdən birinin – ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanmasından söhbət açan Z.Quliyeva bunun Azərbaycana və onun liderinə olan hörmət və ehtiramın nəticəsi olduğunu bildirib: “Bununla yanaşı, uzun illərdir ki, ermənipərəst konqresmenlərin ölkəmizə qarşı apardıqları qərəzli siyasətə son qoyuldu. Gec də olsa, haqq-ədalət öz yerini tapdı. ABŞ kimi qüdrətli dövlətin ölkəmizə qarşı münasibətinin dəyişməsinin, iki ölkə arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoymasının əsas səbəbi Prezident İlham Əliyevin düşünülmüş siyasi kursunun nəticəsidir. Dövlətimizin başçısının ABŞ-a səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi çərçivəsində nəticələrin tarixi əhəmiyyətə malik olması ölkəmizin dünya birliyindəki nüfuzunu daha da artırdı. Bu səfər, eyni zamanda, region üçün də mühüm əhəmiyyət kəsb etdi”.

İctimai Birliyinin sədri ABŞ Prezidenti Donald Trampın 1992-ci ildə qəbul edilmiş və Azərbaycana dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə qərarı imzalamasını tarixi hadisə adlandırıb. O qeyd edib ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının, guya, İrəvana “blokada” tətbiq etdiyi iddiası ilə ölkəmizə birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi.

Z.Quliyeva ABŞ Konqresi tərəfindən belə bir düzəlişin qəbul edilməsinin qərəzli və ədalətsiz olduğunu vurğulayaraq deyib ki, həmin dövrdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunurdu. Bununla yanaşı, Azərbaycan xalqı etnik təmizləməyə, soyqırımına məruz qalırdı. Beynəlxalq hüquqa hörmətsizliyi və saymazlığı, humanizmə qarşı vəhşiliyi Ermənistan törətsə də, ABŞ Konqresi qərəzli şəkildə Azərbaycana qarşı belə bir ədalətsiz qərar qəbul etdi: “Əslində, bu qərar ermənipərəst konqresmenlərin Azərbaycanın müstəqilliyini həzm edə bilməmələrinin və ölkəmizin müstəqil dövlət kimi inkişafına problem yaratmaq olmuşdur. Çətinliklərə və problemlərə baxmayaraq, Azərbaycan mövqeyindən dönməmişdir. Xüsusilə, 1993-cü ilin ikinci yarısından başlayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda inamla irəliləmiş, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirmiş, hətta həmin təşkilatların fəal üzvlərindən birinə çevrilmişdir”.

Veteran YAP-çı qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası yüksək dəyərləndirilmiş və bir sıra ABŞ prezidentləri 907-ci düzəlişin icrasının müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul etmişlər. O xatırladıb ki, 2001-ci ildə ABŞ Prezidenti olmuş Corc Buş Əfqanıstanda antiterror əməliyyatlarına başladıqdan sonra Azərbaycanın rolunun, dəstəyinin əhəmiyyətini yüksək qiymətləndirərək həmin düzəlişin icrasını müvəqqəti dayandırmaqla bağlı qərar imzalamışdı. Lakin erməni lobbisinin əlində oyuncağa çevrilən ABŞ-nin keçmiş prezidenti Co Bayden və onun administrasiyası 907-ci düzəlişi yenidən gündəmə gətirmiş və bu yolla Azərbaycana siyasi təzyiq göstərməyə cəhd etmişdir. Bayden administrasiyasının bu qərarı iki ölkə arasında münasibətlərə kifayət qədər mənfi təsir göstərdi. Artıq bütün bunlar arxada qaldı.

“ABŞ Prezidenti Donald Trampın "Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı qəbul etdirdiyi 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasına dair imzaladığı memorandumun mətni ABŞ hökumətinin rəsmi jurnalı olan “Federal Register”də dərc edilib. Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir. Bu, iki ölkə arasında münasibətlərin yeni müstəviyə qədəm qoymasından xəbər verir”, - deyə Z.Quliyeva bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri