Icma.az
close
up
RU
Статья не опубликована
Edam edilsin! İrana Orxan Əsgərovun atasından cavab

Edam edilsin! İrana Orxan Əsgərovun atasından cavab

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı ölüm hökmünü təsdiqləyib.

Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir deyib.

O bildirib ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

Cahangirin sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirilib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

İran qanunlarına görə, qətlə görə edama məhkum edilmiş şəxslə bağlı qərarın icrası qarşı tərəfdən asılıdır. Əgər qətlə yetirilən şəxsin hüquqi varisi qatili bağışlayarsa, şəxs edam olunmur və bir neçə illik həbsdən sonra azadlığa çıxır. Bunun müqabilində qətlə yetirilmiş şəxsin ailəsinə qanunla müəyyən edilmiş məbləğdə "diyə", yəni "qanpulu" ödənilir. Əgər qətlə yetirilmiş şəxsin hüquqi varisləri bağışlamaqdan və "qanpulu"dan imtina edərsə, o zaman edam hökmü qüvvədə qalır və şəxs edam olunur. Bəzi məlumatlara görə, hətta varislərin edam prosesində iştirakı da mümkündür. İndiki halda Yasin Hüseynzadə barədə çıxarılmış edam hökmünün icrası Orxan Əsgərovun ailəsinin qərarından asılıdır.

Məsələ ilə bağlı “Cebheinfo.az” səfirliyə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov ilə əlaqə saxlayıb.

Rizvan Əsgərov bildirib ki, ölüm hökmü icra olunmalıdır:

“Mən qərarımı çoxdan vermişəm. 1,5 il yarım bundan əvvəl İranın Baş prokurorunun müavini ilə görüşümüzdə qərarımı bildirmişəm. Görüşdə dedi ki, İranda belə bir qanun var. Yaxınları, yəni atası, qardaşı hansı tələbi istəsəz, onu yerinə yetirəcəyik. Yəni kompensasiya formasında və ya ölüm hökmü ilə qərar icra ediləcək. Mən də ölüm hökmü, həm də qisas qismində edam hökmünün verilməsi ilə bağlı qərarımı vermişəm. Buna müvafiq olaraq, lazimi sənədlərin hamısını notarial qaydada İrana yollamışıq.

Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğundan zəng etmişdilər. Bildirdilər ki, yenidən sənədlər lazımdır. O sənədləri toplayıb Ali Məhkəməyə təqdim edəcəyik. Yəni ölüm hökmünü bir daha tələb etdiyimizi təsdiqləyəcəyik. Yəqin ki, bu yaxın vaxtlarda ölüm hökmü icra olunacaq. Biz sənədləri yollayandan sonra ölüm hökmü icra ediləcək”.

O bildirib ki, ölüm hökmünün icrası zamanı orada olmaq istəyir:

“Ölüm hökmü barəsində qərar bir neçə dəfə belə müxtəlif mərhələlərdən keçdi. Axır ki, Ali Məhkəməyə çatdı. Ali Məhkəmə təxminən 2 həftə bundan əvvəl olmuşdu. Ölüm hökmü təsdiq olunub. İndi yenidən təsdiq sənədləri tələb olunur ki, onları da hazırlayıb İrana yollayacağıq.

Bizim ora getməyimiz o qədər də vacib deyil, notarial qaydada öz qərarımızı bildirə bilərik. Ancaq mən də getmək istəyirəm. Mənə məlumat verdilər. Deyəsən, nümayəndə heyəti gedəcək. Ancaq mən öz arzumu, istəyimi bildirmişəm ki, mən getmək istəyirəm”.

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 22 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri