Icma.az
close
up
RU
Ədəbiyyat İnstitutunda dünya şairlərinin iştirakı ilə “Şuşaya salam” adlı tədbir keçirilib

Ədəbiyyat İnstitutunda dünya şairlərinin iştirakı ilə “Şuşaya salam” adlı tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şairlərinin iştirakı ilə “Şuşaya salam” adlı tədbir keçirilib.

Türkiyə, Macarıstan, Moldova, Belarus, Qazaxıstan və Özbəkistandan gəlmiş yazarların iştirak etdiyi tədbirdə “Şuşaya salam”, “Şeir məni yazır”, “Brejnevin maskaları” kitablarının da təqdimatı olub.

Giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli 91 yaşlı institutda qonaqları salamlamaqdan məmnunluğunu ifadə edib. Ədəbiyyat İnstitutu haqqında məlumat verən akademik İsa Həbibbəyli bu elm ocağında Azərbaycan ədəbiyyatı ilə bərabər, dünya və türk xalqları ədəbiyyatlarını öyrənən şöbələr olduğunu da diqqətə çatdırıb. Eyni zamanda Əlişir Nəvai, Məxtimqulu Fəraqi, Mehmet Akif Ərsoy Mərkəzlərinin də fəaliyyət göstərdiyini bildirib. İnstituta aid elmi nəşrlər haqqında qonaqları məlumatlandıran akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığı öyrənən jurnallardan da bəhs edib. “Müqayisəli ədəbiyyatşünalıq” jurnalının bir sayının özbək ədəbiyyatına, bir sayının da Abay Kunanbayevə həsr edildiyin deyib. İnstitutda Çingiz Aytmatovun tədqiq edilməsini, Yunus Əmrənin Azərbaycan dilində çap edilməsini xatırladan akademik İsa Həbibbəyli Məlahət Qədirova tərəfindən Belarus ədəbiyyatına aid üç cilddə antologiyanın hazırlandığını qeyd edib. Macar ədəbiyyatına aid dissertasiya yazıldığını, Macar ədəbiyyatı tarixi kitabının Azərbaycan dilinə çevrildiyini, yaxın günlərdə çap ediləcəyini bildirib. AMEA-nın Macarıstan Elmlər Akademiyası ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, Akademiyanın 80 illik yubileyinə Macarıstan Akademiyasının prezidentini də dəvət etdiyini söyləyib.

Türkiyə ədəbiyyatının Azərbaycanın bütün elm mərkəzlərində, xüsusilə Akademiyada hərtərəfli öyrənildiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın dünya xalqları ilə elmi əlaqələr formalaşdırdığını da ifadə edib. Dünya ədəbiyyatı nümunələrinin tərcümə və təbliği sahəsində Səlim Babullaoğlunun xüsusi rolunu da vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, esseist Səlim Babullaoğlu çıxış edib. O, çıxışında “Şuşa ili”ndə həyata keçirilən “Şuşaya salam” layihəsi haqqında məlumat verib. Layihədə 32 ölkənin şairlərinə müraciət edildiyini bildirib. Qonaqların hər biri haqqında iştirakçıları məlumatlandıran Səlim Babullaoğlu Nikolae Spetarunun “Brejnevin maskaları” romanının, Atilla Balaşın “Şeir məni yazır” kitabının tərcümə olunaraq Azərbaycan oxucusuna təqdim edilməsindən danışıb.

Qonaqlardan macar şairi Atilla Balaş, moldovalı Nikolae Spetaru, Türkiyə yazarları Adnan Özer, Barış Bahar, Belarus şairi Mariya Kobets, qazax alim və şair Kadırbek Kunıpiyaulı, özbək şair Adhambek Alimbekov ana dillərində şeirlərini səsləndiriblər. Şeirləri Azərbaycan dilində Səlim Babullaoğlu təqdim edib.

Tədbirdə filologiya elmləri doktoru Abuzər Bağırov vətənpərvərlik mövzusunda şeirini oxuyub, AYB Gənclər şurasının sədri Fərid Hüseyn Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələrdən söz açıb.

Sonda qonaqlara Ədəbiyyat İnstitutunun nəşrlərindən hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri