Icma.az
close
up
RU
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib

Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 may, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədqiqatçı-alim, şair, professor Faruk Faik Köprülü ilə görüş keçirilib.

Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənli Azərbaycan-Kərkük ədəbi əlaqələrinin tarixindən danışıb, professor Faruk Faik Köprülünün bu əlaqələrin inkişaf etdirilməsində böyük rolu olduğunu bildirib. İraq-Türkman elmi-ədəbi mühitinin, tarixinin, dilinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məqsədilə görülən işlərdən danışan dosent Mehman Həsənli AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və tərkibinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, müasir dövrdə İraq-Azərbaycan, Kərkük-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etməkdə olduğunu söyləyib, professor Faruk Faik Köprülü ilə keçirilən görüşün mövcud əməkdaşlıq münasibətlərinin davamı və yeni mərhələsi kimi böyük əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən hazırlanmış və yenicə çapdan çıxmış monoqrafiyanı, eləcə də Ədəbiyyat İnstitutunun üç dildə nəşr olunmuş kitabını professor Faruk Faik Köprülüyə hədiyyə edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad, həmin institutun şöbə müdiri, professor İmamverdi Həmidov, elmi işçi Orxan İsayev və digərləri çıxış edərək professor Faruk Faik Köprülünün ədəbi-elmi araşdırmaları haqqında məlumat verib, onun Azərbaycan-İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki xidmətlərini yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, gənc yaşlarından ədəbiyyatla məşğul olan Faruk Faik Köprülü ərəb və türk dillərində 50-dən çox kitabın müəllifidir. Bu kitablardan 6-sı Azərbaycana həsr edilib. O, həmçinin Bağdaddakı Türkman radiosunda ədəbiyyat və folklor proqramlarını hazırlayaraq təqdim edir. Qırx ildir ki, “Türkman eli” proqramının aparıcısıdır. Elmi və mədəni fəaliyyəti ilə İraq-Türkman mədəniyyətinə böyük töhfələr verib.

Çıxışlarda bugünkü görüşün çağdaş Türkman ədəbiyyatı ilə bağlı gələcək işlərə təkan verəcəyi qeyd olunub, həmçinin Faruk Faik Köprülünün Azərbaycana aid şeirləri səsləndirilib.

Sonda professor Faruk Faik Köprülü tədbirin təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, İraq türkmanlarının və Azərbaycan türklərinin eyni soydan gəldiyini, ortaq mədəniyyətə, dilə və folklora sahib olduqlarını qeyd edib. Faruk Faik Köprülü, həmçinin Azərbaycan və İraq türkmanları arasında ədəbi əlaqələrdən, türkmanların Türk dünyasında yerindən, Azərbaycan və İraq ədəbiyyatçıları arasında ortaq fəaliyyətdən danışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri