Icma.az
close
up
RU
Efirə çıxan məşhurları buna görə ağladırlar Tanınmış ekspert SİRLƏRİ AÇIQLADI

Efirə çıxan məşhurları buna görə ağladırlar Tanınmış ekspert SİRLƏRİ AÇIQLADI

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son vaxtlar efirə çıxan sənət adamları həssaslıqları ilə müzakirələrə səbəb olur. Tamaşaçılar bəzən bu durumdan narazılıqlarını dilə gətirir, bildirirlər ki, əvvəllər məşhurlar insanlara sevinc bəxş edir, ifaları və səhnə bacarıqları ilə yadda qalırdılar. İndi isə gözyaşları və dərdləri ilə...
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, sənət adamları da bəzən çətinliklərlə üzləşə, ağır günlərdən keçə bilirlər və bunu hər zaman gizlətmək mümkün deyil:
"Bir çox müdriklərin dəfələrlə təkrarladığı fikri hörmət etdiyim kinofilosof Çarli Çaplin vaxtilə dilə gətirib. Deyib ki, başqaların sevinc və gülüş bəxş edən təlxəklər, sənət adamları, aktyorlar, sənətkarlar öz içində ağlayırlar, tənhadırlar və böyük faciələri gizlədirlər. Keçmiş sovet dövründən bu yana bizim tamaşaçılar sanki saxtakarlığa öyrəşdirilib. Sənət adamları, ictimai elm və mədəniyyət  xadimləri yalnız uğur hekayələrini danışmaqla, qazandıqları nailiyyətləri sadalamaqla, sevinc hislərini, xoş günlərini dilə gətirməklə tamaşaçıların qəlbini ələ almağa çalışıblar. Sovet dövrünün ideologiyası bundan ibarət idi ki, SSRİ-də kədər, qəm, mənfilik ola bilməz. Lakin illər keçdikcə dünyanın hər yerində sənət adamları mədəniyyət xadimi olmaqla yanaşı, həm də bir insan olaraq çıxış edirlər. Onlar da hamı kimi doğulub öldüklərini, böyük kədər və problemlər yaşadıqlarını dilə gətirirlər". 
Onun sözlərinə görə, dünya təcrübəsində də məşhurların ağır günləri barədə publik etirafları son illər geniş yayılıb:
"Bu proses Azərbaycanda son vaxtlar başlayıb. Tanınmışlar artıq sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, həm də həyatlarındakı çətinliklər, problemlər barədə danışırlar. Hətta xarici ölkələrdəki bir çox tanınmış müğənnilər, sənət adamları, aktyorlar və aktrisalar rejissorlar yaxud ata-anaları, yaxın qohum-əqrəbaları tərəfindən zorlandığını, psixoloji və fiziki təzyiqə məruz qaldıqlarını dilə gətirirlər. Onların sayəsində başqalarının başına oxşar hadisələrin gəlməsinin qarşısını alacaq, çox böyük rezonans oyatmış sosial, mənəvi, psixoloji və ictimai, mədəni etirafları görmüş oluruq.
Belə nümunələri ölkəmizdə hələ ki az sayda müşahidə edirik. Çünki biz hər şeyi ört-bastır etməyi sevən, kədərimizi gizlətməyə, xəstələrimizi başqalarının gözündən yayındırmağa çalışan bir cəmiyyətik.  Amma bizim toplum da dünyada gedən proseslərdən keçməlidir. Uşaqlıqda bullinqə məruz qalmağımız, qorxudulub, çəkindirilməyimiz, ailədə başımıza qapaz vurularaq "sən uşaqsan, sus, dinmə" deyilərək susdurulmağımız az olmayıb.  Biz kənddən şəhərə, şəhərdən xarici ölkəyə getmək istədikdə, ata-analarımız "vay, getmə gözümdən, ölərəm" deyərək bizim bütün arzularımızı, tale və uğurlarımızı puç ediblər. Yəni elə şeylər var ki, həm tanınmışların, həm də sadə insanların başına gəlib. Bəzi tanınmışlar bunu sənət əsərinə çevirib və başqalarının dilində tamaşaçılara çatdırmaq istəyirlər. Elələri də var ki, bunu ömürlərinin sonuna qədər gizlədirlər".
 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri