Icma.az
close
up
RU
Əfqanıstan təhsilində İran xofu: Kitablar yasaqlandı

Əfqanıstan təhsilində İran xofu: Kitablar yasaqlandı

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əfqanıstanın Tədris Vəsaitlərinə Nəzarət Komitəsinin adı çəkilməyən nümayəndəsi "BBC" xəbər agentliyinə açıqlamasında diqqətə çatdırıb kİ, ölkədəki bütün ali təhsil müəssisələrinə göndərilmiş qadağa siyahısında göstərilən 679 vəsaitdən 310-u iranlı müəlliflərin əsərləridir. Nümayəndənin sözlərinə görə, bu kitabların yasaqlanmasında məqsəd yerli təhsil sisteminə "İran təbliğatının sızmasının qarşısını almaqdır".
Ölkədəki universitetlərinin müəllim heyəti bu qərardan narahatdırlar. Adının gizli saxlanması şərti ilə telekanala müsahibə verən professor vurğulayıb ki, iranlı müəlliflərin əsərlərinin tədris proqramlarından çıxarılması nəticəsində yaranan boşluğu doldurmaq "qeyri-mümkündür".
"İranlı müəlliflərin, tərcüməçilərin əsərləri Əfqanıstan universitetlərini dünyanın akademik ictimaiyyəti ilə birləşdirən körpü rolunu oynayır. Onların qadağa siyahısına salınması ali təhsilə böyük zərbədir", - o söyləyib.

(Əfqanıstanda bir universitetin kitabxanası)
İran və Əfqanıstanın münasibətləri son illərdə su ehtiyatları ilə əlaqədar mübahisələr və toqquşmalar ucbatından gərgindir. Eyni zamanda, Tehran cəmiyyətdə Əfqanıstan vətəndaşlarına nifrətin artması fonunda cari ilin yanvar ayından bəri 1,5 milyondan çox əfqanı öz ölkələrinə qovub.
"Taliban" qadınların qələmini də əllərindən alır
Əfqanıstanda "Taliban" hökumətinin tədris proqramını dəyişməsi çərçivəsində həmçinin qadın müəlliflərin yazdıqları əsərlər də yasaqlanıb. Qadağa siyahısındakı 679 kitabdan təqribən 140-ı məhz qadın müəlliflərə məxsusdur. Ölkədə "şəriət qanunlarına zidd sayılan" 18 fənn, o cümlədən insan hüquqları, cinsi qısnama və bir sıra digər mövzu da proqramdan çıxarılıb.
Xatırladaq ki, 2021-ci ilin 15 avqustunda Əfqanıstanda yenidən iqtidara gələn radikal "Taliban" hərəkatı ölkədə müxtəlif sahələrdə məhdudiyyətlər, qadağalar irəli sürüb. Bu çərçivədə son həftə ali lider Heybətulla Axundzadənin əmrinə əsasən, 10 əyalətdə "əxlaqsızlığın qarşısını almaq" məqsədilə fiber-optik internet yasaqlanıb.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri