Icma.az
close
up
RU
Əfsanəvi metalın sirrini açıblar

Əfsanəvi metalın sirrini açıblar

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Qədim mətnlərdə xatırlanan və əfsanəvi metal kimi təqdim edilən "orichalcum"-la bağlı yeni araşdırma aparıblar. Bu barədə "IfScience" nəşri yazıb.
Reyting.az
-ın məlumatına görə, elm adamları Aralıq dənizində sirli bir metal yükü aşkar etdikdən sonra "orichalcum"-un da sirrini aça biliblər.
"Orichalcum" yunanca "dağ mis" sözündən gəlir. Bu qədim, əfsanəvi metal Platonun "Atlantis əfsanəsi" əsərində də xatırlanır ki, burada "qızıldan başqa hər şeydən qiymətli" kimi təsvir edilir. Bu əsərin "Critias" adlı dialoquna nəzər yetirdikdə aydın görünür ki, əfsanə kimi xatırlanan qədim Atlantidanın mifik qalasının divarları, sütunları, həmçinin orikalkum ilə örtülmüş döşəmələri zövqlə bəzədildiyindən Platon məhz bu metalın binaya "qırmızı rəng" verdiyini bildirib.
Bu metal bir sıra digər qədim mətnlərdə, o cümlədən eramızın 1-ci əsrində yazılan Siseron və Yaşlı Plininin əsərlərində də dönə-dönə xatırlanır.
Elm adamları inanırdılar ki, bu metal bir növ pirinç, mis və yaxud sink ərintisi ola bilər. Bununla belə, müasir arxeoloji tapıntılar onun dəqiq tərkibinə işıq sala biliblər.
2014-cü ildə bir dalğıc Aralıq dənizində qədim Yunanıstanın Gela şəhərinin müasir Siciliya sahillərində 40 külçə metal ərintisi aşkar edib. 2016-cı ildə yerli hakimiyyət orqanları tərəfindən aparılan əlavə araşdırmalar zamanı ilk tapıntıdan cəmi 10 metr aralıda daha 47 külçə tapılıb. Məlum olub ki, hər iki külçə anbarı təxminən 2500 il öncə qəzada batan eyni gəmiyə məxsusdur.
Araşdırmalara görə, metal külçələr mis-sink ərintisidir. Alimlər məhz bu qarışığın "orichalcum" olduğunu sübut ediblər.
Alimlər həm də qədim Roma sikkələrində "orichalcum" tərkibli metal tapdıqlarına inanırlar. Bu dövrə aid sikkələrin çoxu isə qızıl, gümüş, tunc və yaxud da misdən hazırlanırdı. Əldə edilmiş, indiyə qədər tapılan bütün materialların hamısını skan etməklə, elektron mikroskopdan istifadə edən alimlər hələ 2019-cu ildə aparılmış araşdırmanı yeniləyiblər. Məlum olub ki, Avqust (e.ə. 23) və Neronun (63-64 AD) islahatlarından sonra zərb edilən bir çox sikkələrin 30 faizi sink tərkibli, həmçinin mis-sink ərintisindən hazırlanıb.
Alimlərin fikrincə, çox güman ki, Atlantis əfsanəsinin maddi sübutu hesab olunan "orichalcum" müəyyən bir pirinç növünü - əsas komponentləri kimi mis və həm də sink tərkibli ərintilər sinfini təsvir etmək üçün istifadə olunan qədim bir termindir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri