Icma.az
close
up
RU
Əfşar Süleymani: İran nüvə silahıyla bağlı MAQATE ilə razılığla gəlsə, Amerika heç nə edə bilməyəcək SÖHBƏT

Əfşar Süleymani: İran nüvə silahıyla bağlı MAQATE ilə razılığla gəlsə, Amerika heç nə edə bilməyəcək SÖHBƏT

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Sözügedən təlimlər  İranın müharibəyə hazır olduğunu göstərmək üçün hazırlanmış addımdır


Mövcud vəziyyət fonunda Üçüncü Dünya savaşının baş tutacağını düşünmürəm


Sözügedən məsələlər tezliklə bitməyəcək və müharibə ilə nəticələnsə, regionda vəziyyət çox pisləşəcək


Rusiya və Çin isə İrana dəstək verməyəcək, çünki hər iki tərəf məsələyə qarışmaq niyyətində deyil


 Əhalinin kommunal vəziyyəti ilə bağlı problemləri var və bu ölkənin rifahına böyük təsir göstərir


Son dövrlərdə İran daxili və xarici siyasətində bir sıra mühüm hadisələrlə diqqət mərkəzinə çevrilib. Ölkənin nüvə proqramı ilə bağlı danışıqların qeyri-müəyyən vəziyyətdə qalması, Qərblə davam edən sanksiyalar və İranın bölgədəki hərbi-strateji addımları beynəlxalq gündəmin əsas mövzularından biridir. Eyni zamanda, İranın daxili siyasətində baş verən dəyişikliklər, iqtisadi çətinliklər və ictimai narazılıqlar ölkənin gələcəyi ilə bağlı yeni suallar doğurur.

 İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İranın nüvə proqramı ilə bağlı son inkişaflar, Qərblə münasibətlərdə yaranan gərginlik, sanksiyaların təsiri və İranın Çabahar limanında keçirdiyi hərbi təlimlərin bölgəyə mümkün təsirləri ilə bağlı Sherg.az-ın suallarını cavablandırıb:


-Əfşar bəy, İranın daxili siyasətində son dəyişikliklər, bunun ölkənin iqtisadi və sosial vəziyyətinə təsiri haqqında nə deyə bilərsiniz? 


-İranın keçmiş rəhbərliyində bəzi səhvlərə yol verildiyinə və hazırki sanksiyalara görə iqtidasi vəziyyəti yaxşı deyil. Bu vəziyyətin davam etməsi həm valyutanı dəyərdən salar, həm də inflasiyanı çoxaldar. Eyni zamanda ölkə daxilində yoxsullaq yaranar və insanlar arasında narazılıq baş verər. Ona görə də Tehran hakimiyyətinin mövcud vəziyyəti normal hala salması lazımdır. İrana qarşı hansısa güclü dövlətin dəstəklədiyini görmürük. Çin və Rusiya sözdə İrana dəstək göstərəcəklərini desələr də, öz maraqlarını qoruyurlar. İran prezidenti isə iqtisadi durumun düzəldilməsini özü üçün önəmli vəzifə sayır. Əhalinin kommunal vəziyyəti ilə bağlı problemləri var və bu ölkənin rifahına böyük təsir göstərir. Həmin məsələlərin həlli isə daha çox sanksiyaların aradan qaldırılmasından asılıdır. Əgər sanksiyalar bitməsə, həmin problemlərin tam şəkildə həlli mümkünsüzdür. 


-İran və Qərb arasındakı gərginlik fonunda ölkənin iqtisadi sanksiyalardan çıxış yolları varmı?

-Sanksiyalardan çıxış yoluna bir neçə prizmadan yanaşmaq lazımdır. Sanksiylar İran daxilində illər boyu olub. Bu isə qeyd etdiyim kimi İranın iqtisadiyyatını kifayət qədər aşağı salır. Nüvə silahı, raket və hərbi məsələlərlə bağlı İrana tətbiq olunan sanksiylar öz təsirini göstərməyib. Sanksiyalar sadəcə olaraq nüvə silahının istehsalını bir qədər ləngidə bilər. Lakin İranın iqtisadi durumuna və əhalinin məişətinə ciddi təsirləri olmaqda davam edir. İranın nüvə istehsalı ilə bağlı işləri xeyli yüksəlib və raketləri hazırlanıb. Ona görə sanksiyanı tətbiq edən şəxslər öz niyyətlərinə çatmayıblar. Onlar əhalinin narazılığı fonunda İranın nüvə silahı istehsal etməkdən əl çəkəçəklərini düşünürdülər. İran nüvə silahını istehsal etmək üçün hətta nefti belə ucuz qiymətə sata bilər. Yəni İran sanskiyalara böyük əhəmiyyət verməyəcək. 


-İranın İsrail və Qərb ölkələrinə qarşı sərgilədiyi mövqe regionda yeni münaqişələrə səbəb ola bilərmi? 

-Məsələyə daha dəqiq yanaşdıqda İsrailin Amerika tərəfindən güclü şəkildə dəstəkləndiyini görürük. Qərb ölkələri və Amerikanın müttəhidləri İsrailə dəstək verirlər. Çin, Rusiya və Hindistan kimi ölkələr isə birbaşa dəstək göstərmirlər və  susmaqla kifayətlənirlər. Ona görə də İsrail həmin ölkələrə güvənərək insanları qətlə yetirir. Hazırda Orta Şərqdə baş verən hadisələr qismən sakitləşsə də, tam olaraq həll edilməyib. Lakin regionda Suriya məsələsi də gündəmdədir. Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra İsrail Suriyanın hərbi imkanlarını tamamilə qəsb etdi. Əgər İsrail savaşda tək olsaydı, çoxdan uduzardı. Amerika İsrailə hərbi cəhətdən xeyli köməklik göstərir. İran isə öz gücünü ortaya qoymağa çalışır. Sözügedən məsələlər tezliklə bitməyəcək və müharibə ilə nəticələnsə, regionda vəziyyət çox pisləşəcək. Rusiya və Çin isə İrana dəstək verməyəcək, çünki hər iki tərəf məsələyə qarışmaq niyyətində deyil. 


-İranın Çabahar limanında Rusiya və Çinlə keçirdiyi hərbi təlimlərin məqsədi nədir və bu təlimlər regionun təhlükəsizlik balansına necə təsir edə bilər?

-Sözügedən təlimlər  İranın müharibəyə hazır olduğunu göstərmək üçün hazırlanmış addımdır. İran bununa qarşı tərəfə müəyyən mesajlar göndərir. 


-Baş verən geosiyasi gərginlik fonunda Üçüncü Dünya Müharibəsinin başvermə ehtimalını necə qiymətləndirirsiniz?

-Mövcud vəziyyət fonunda Üçüncü Dünya savaşının baş tutacağını düşünmürəm. Üçüncü Dünya müharibəsi Rusiya və Çinin Amerika qarşısında durduğu vaxt baş verə bilər ki, belə bir şeyin olması da qeyri-mümkündür. Rusiya və Çin mövcud stuasiyada neytral mövqe sərgiləyəcəklər. Siyasi cəhətdən sözdə müəyyən sözlər versələr də, əməldə heç bir addım atmayacaqlar. Rusiya və Çin sadəcə olaraq savaşın olmaması üçün çalışa bilərlər.


-Bəs, İranın nüvə proqramı ilə bağlı atdığı addımları və beynəlxalq ictimaiyyətin reaksiyası haqqında nə düşünürsünüz?  

-İranın nüvə məsələsinə Qərbin yanaşması köhnə hamam köhnə tas olaraq qalmaqdadır. İran və Amerika nüvə sazişi ilə bağlı razılaşma imzalandıqdan sonra Donald Tramp bundan çıxdı və narazılıqlar başladı. Avropa, Rusiya və Çin də heç bir iş görə bilmədi. Nüvə sazişi daxilində BMT Təhlükəsizlik Şurasının 21 və 32-ci qətnaməsini Amerika təsdiqləmişdi. Lakin Amerika sazişlə bərabər həmin qətnamədəki öhdəliklərinin də əleyhinə çıxdı. Amerikanın sazişdən çıxması və sanksiyalar başlatmasından sonra İran nüvəylə bağlı müəyyən irəliləyişlərə nail oldu. Bayden hakimiyyəti dövründə də İran və Amerika arasında nüvəylə bağlı müəyyən addımlar atılacaqdı, lakin baş tutmadı. 2025-ci ilin oktyabrında nüvə 21 və 32-ci qətnamənin vaxtı bitir. Həmin vaxta qədər İran və MAQATE razılığa gəlməsə, İranın nüvə proqramı BMT-nin təhlükəsizlik Şurasında qayıdacaq. İrana tətbiq olunan sanskiyalardan isə bir çox ölkələr öz xeyrinə istifadə etməyə çalışır. İran tərəfindən səsləndirən fikirlərdən bəlli olur ki, Amerika zorakılıq diliylə danışmasa, onlar danışıqlara hazırdır. Avropa ölkələri isə Tramp hakimiyyətə gəldikdən sonra qıraqda dayanırlar və İrana vəziyyəti Amerika ilə həll etməyi söyləyirlər. İran isə öz mövqeyində durmağa davam edir və müəyyən qədər nüvə istehsalında qərarlıdırlar. İranın nüvə silahıyla bağlı MAQATE razılığla gəlsə, Amerika heç nə edə bilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri