Icma.az
close
up
RU
Əfv hazırlığı tamamlanır

Əfv hazırlığı tamamlanır

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu, yalnız Azərbaycan Prezidentinin qərarından asılıdır. Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Əfv Məsələləri Komissiyasının iclasları davam edir. Artıq altı iclas keçirilib, qarşıda növbəti iclas gözlənilir. “Bu iclasların keçirilməsi mümkün əfv sərəncamı üçün ilkin mərhələ kimi dəyərləndirilə bilər. Lakin yekun qərarın tarixi barədə qəti fikir söyləmək hüquqi baxımdan məqsədəuyğun deyil. Çünki bu, Prezidentin müstəsna konstitusiya səlahiyyətidir və son qərar məhz onun tərəfindən qəbul edilir”, - deyə Ə.Nuriyev bildirib.

Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının altıncı iclasında 100-dən çox müraciətə baxılıb. Bununla da komissiya tərəfindən baxılan müraciətlərin sayı 700-ü keçib.

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası mayın 16-da keçiriləcək. Bu barədə  Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib. Qeyd edək ki, bu, komissiyanın sayca 7-ci iclası olacaq.

Etibarlı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, 28 May-Respublika günü münasibətilə əfv fərmanının verilməsi gözlənilir.

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev də “Yeni Müsavat”a şərhində bildirdi ki, bu ay ərzində sərəncam verilməsi daha real görünür: “Əfv sərəncamının verilməsi Azərbaycan Prezidentinin müstəsna səlahiyyətidir. Bu sərəncama əsasən müvafiq şəxslərə münasibətdə cəzanın azaldılması, yaxud cəzasının çox hissəsini çəkmiş şəxslərin azad olunması istiqamətində tədbirlər həyata keçirilir. Əfv sərəncamı cəza siyasətinin humanistləşdirilməsi istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir. Cəmiyyət hər zaman əfv sərəncamının imzalanmasını gözləyir. Aydın məsələdir ki, xüsusilə məhkumların ailələri bu xəbəri səbirsizliklə gözləyirlər. Hesab edirəm ki, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin əfv sərəncamına düşməsi sevindirici hal kimi qarşılana bilər. Proses artıq yekunlaşıb, müraciətlər təqdim olunub. Yaxın günlərdə sərəncam verilərsə, siyahı açıqlanacaq”.

Xatırladaq ki, sonuncu əfv sərəncamı 2024-cü ilin may ayında imzalanıb. Belə ki, mayın 25-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 154 nəfər əfv edilib.

Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

\\“Yeni Müsavat”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri