Icma.az
close
up
RU
Əfvetmə sərəncamları dövlətin insan ləyaqətinə, mərhəmətə və anlayışa verdiyi önəmin göstəricisidir ŞƏRH

Əfvetmə sərəncamları dövlətin insan ləyaqətinə, mərhəmətə və anlayışa verdiyi önəmin göstəricisidir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası isə əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər.

Həm Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi, həm də Cinayət Məcəlləsinin qeyd olunan maddəsi əfvetmə səlahiyyətinin Azərbaycan Respublikasının Prezidentinə məxsus olduğunu müəyyən edibr.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev söyləyib.

Zaur Əliyev deyib: “Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 may tarixli Sərəncamı humanizm prinsipi baxımından mühüm əhəmiyyətə malik aktdır. Artıq neçə illərdir ki, dövlətimiz humanizm prinsiplərini rəhbər tutaraq belə hüquqi addımlar atmaqda davam edir. Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi dövrdən etibarən əfv sərəncamları və amnistiya aktları humanizm və insanpərvərlik prinsiplərinə əsaslanaraq həyata keçirilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildən başlayaraq imzalanan əfv sərəncamları ilə minlərlə məhkum cəzadan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin ənənəni uğurla davam etdirərək, müxtəlif dövrlərdə əfv sərəncamları imzalayıb və bu hazırda da davam edir. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilib ki, bu da dövlətin öz siyasətində insan ləyaqətinə hörmətinin bariz nümunəsidir”.

Dekan qeyd edib ki, əfvetmə sərəncamları yalnız hüquqi bir addım deyil, həm də dövlətin insan ləyaqətinə, mərhəmətə və anlayışa verdiyi önəmin göstəricisidir. Bu aktlar cəmiyyətin harmoniya içində yaşamasına, cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə inteqrasiyasına imkan yaratmaqla, dövlətin cinayət törətmiş şəxslərə qarşı mərhəmət və insanpərvərlik nümayiş etdirməsinin bir forması kimi çıxış edir. Beləliklə, əfv sərəncamları humanizm prinsipinin praktiki tətbiqi olaraq, dövlətin ədalət və insan hüquqlarına olan sadiqliyini nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, əfvetmə və humanizm arasında sıx bir əlaqə mövcuddur. Humanizm insan ləyaqətinə, mərhəmətə və anlayışa əsaslanan bir dünyagörüşüdür. Bu baxımdan əfvetmə, yəni birinin səhvini bağışlama və onu cəzalandırmaq əvəzinə anlayış göstərmə humanizmin əsas prinsiplərindən biridir. Birincisi, ona görə ki, humanizm hər bir insanın dəyərli olduğunu qəbul edir. Dövlət cinayət törətmiş şəxsləri əfv etməklə onlara ikinci bir şans vermiş olur. Digər tərəfdən, humanist yanaşma cəzanı deyil, insanın islah olunması və cəmiyyətə qayıtmasını prioritet sayır. Bu baxımdan da əfvetmə aktı məhz bu prioritetə nail olunmasına xidmət edir. Qısa sözlə desək, əfvetmə sərəncamları humanist dəyərlərin, xüsusilə də insan ləyaqətinə hörmətin praktiki ifadəsidir. Təsadüfi deyil ki, hüquq ədəbiyyatında humanizm prinsipi geniş və dar mənada təhlil edilir. Geniş mənada humanizm prinsipi dövlətin cəmiyyəti və vətəndaşları cinayətkar qəsdlərdən müdafiəsini təmin edən prinsip kimi qəbul olunursa, dar mənada humanizm cinayət törətmiş şəxslərə humanist münasibəti, onların hüquq və azadlıqlarına hörməti nəzərdə tutur. Ona görə də humanizm hüquq prinsipi kimi insan şəxsiyyətinin dəyərinin tanınması ilə, insanın hüquqlarına, azadlıqlarına, şərəf və ləyaqətinə hörmətlə məhdudlaşmır, eyni zamanda, neqativ təzahürlərə və faktlara qarşı qətiyyətli mübarizə tələb edir. Məhz belə mübarizədə əfvetmə aktlarının rolu böyükdür. Çünki nə qədər neqativ davranışı ilə xarakterizə olunursa-olunsun, öz dövlətinin onu əfv edəcəyinə inanan şəxs islah olunmaq üçün can atır və ona tətbiq olunan islah və reabilitasiya tədbirlərinə müsbət reaksiya verir.

“Həmçinin unutmamalıyıq ki, bütün məhkumların törətdiyi cinayətdən asılı olmayaraq, bir arzusu var: azadlığa çıxmaq üçün amnistiya və ya əfvetməni gözləmək. Bu baxımdan, hər iki akt humanizm prinsipinə xidmət etməklə yanaşı, cinayət törətmiş şəxslərin islah olunmasında mühüm rol oynayır. Çünki əfv edilməklə azadlığa çıxacağına ümid bəsləyən hər məhkum islah olunmağa meyilli olur ki, bu da onun məsuliyyətli bir şəxs kimi azadlığa hazırlaşmasına töhfə verə bilər. Bütün bunlar da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsində öz əksini tapmış cəzanın məqsədlərinə təminat verir: cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Dövlətin humanist tədbirləri humanizm prinsipi ilə yanaşı, insan ləyaqətinə hörmət edilməsinə də xidmət edir. Əslində, humanizm prinsipini mahiyyətində elə insan ləyaqəti dayanır. Başqa sözlə desək, insan demokratiya, ədalət, ictimai tərəqqi, nizam üçün deyil, nizam, demokratiya, ədalət və sosial tərəqqi insan üçündür. Bu baxımdan, tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının müasir təcrübəsində dövlət siyasətinin bütün sahələrində humanizmə əsaslanaraq görülən hüquqi tədbirlər insan ləyaqətinə, hüquq və azadlıqlarının təminatında mühüm əhəmiyyətə malikdir. Bütün bunlar dövlətimizin konstitusion qaydada bəyan etdiyi ali məqsədinə xidmət edir”, - deyə Zaur Əliyev fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri