Icma.az
close
up
RU
“Əgər bu şəxslər cəzalandırılmırlarsa...” “Rusiyanın işğalçı müharibəsində iştirak edən azərbaycanlılar məsuliyyətə cəlb olunmalıdır”

“Əgər bu şəxslər cəzalandırılmırlarsa...” “Rusiyanın işğalçı müharibəsində iştirak edən azərbaycanlılar məsuliyyətə cəlb olunmalıdır”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə həlak olan azərbaycanlıların sayı artmaqdadır.

Mediada yayılan məlumata görə, onlardan biri - 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub. O, bir neçə ay əvvəl Rusiya ordusu ilə müqavilə imzalayıbmış.

Qeyd edək ki, müharibənin davam etdiyi 4 ilə yaxın müddətdə yüzlərlə azərbaycanlının döyüşlərə cəlb edildiyi, onların bir qisminin həlak olduğu və yaralandığı məlumdur.

Politoloq Elxan Şahinoğlu bu tendensiyanı ciddi təhlükə kimi qiymətləndirərək vurğulayıb ki, vəziyyət artıq paradoksal və düşündürücü həddə çatıb: “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş bir qazinin sonradan Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulması və Ukraynada həlak olması ciddi suallar doğurur”.

Elxan Şahinoğlu vurğulayır ki, Rusiya ilə Ermənistan arasında bu müharibə kontekstində heç bir fərq yoxdur: “Ermənistan vaxtilə işğalçı idi, Rusiya da bu gün işğalçıdır. Belə çıxır ki, bir vaxtlar işğalçıya qarşı vuruşan döyüşçümüz başqa bir müharibədə işğalçının tərəfində yer alır”.

Politoloq bu vəziyyəti Suriyada terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının nümunəsi ilə müqayisə edir: “Suriyada terrorçulara qoşulmaq Azərbaycan qanunlarının pozulması sayıldı və geri qayıdan şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak etməyin bununla heç bir fərqi yoxdur”.

E.Şahinoğlu sual edir ki, Azərbaycan pasportu ilə Rusiyanın işğalçı müharibəsində iştirak edən şəxslər məsuliyyətə cəlb olunmalıdırlarmı: “Əgər bu şəxslər cəzalandırılmırlarsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq. Kreml şirnikləndirici müqavilələrlə qeyri-rus millətlərini, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək”.

Politoloq qeyd edir ki, Rusiya vətəndaşı olan bir azərbaycanlının müqavilə əsasında bu müharibədə iştirakı ayrıca hüquqi müzakirə mövzusudur, lakin məsələ bununla bitmir: “Daha təhlükəli məqam Rusiyada miqrant həyatı yaşayan Azərbaycan vətəndaşlarının işğalçı müharibəyə cəlb edilməsidir”.

Elxan Şahinoğlu diqqətə çatdırır ki, Ukrayna ordusu tərəfindən əsir götürülən azərbaycanlılarla bağlı məlumatlar da artmaqdadır və bu faktlar artıq dövlət səviyyəsində ciddi reaksiya tələb edir: “Azərbaycanın müvafiq dövlət qurumları bu halların qarşısını almaq barədə ciddi şəkildə düşünməlidir”.

Qeyd edək ki, siyasi təhlilçi Şahin Cəfərli də bu mövzuyla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edərək, azərbaycanlıların rus ordusuna cəlb edilməsinin qarşısını almağa çağırıb: “Azərbaycanın təhlükəsizlik orqanları Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir. Xüsusən qazilərimizin, ehtiyatda olan zabitlərimizin Rusiya ordusu ilə müqavilə bağlayıb, ukraynalılara qarşı cinayətlərdə iştirakı və orada ölməsi faciədir. Əlbəttə ki, bu problem təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Məsələnin sosial‐‎iqtisadi və siyasi‐‎təbliğati tərəfləri də var”.

Ekspert bu məsələdə yerli televiziyaların Rusiya-Ukrayna müharibəsinə yanaşmasını da tənqid edərək, məsələəyə adekvat yanaşma olmadığını vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri