Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Əhali arasında kredit götürənlərin sayı niyə artır? İQTİSADÇIDAN AÇIQLAMA FOTO

Əhali arasında kredit götürənlərin sayı niyə artır? İQTİSADÇIDAN AÇIQLAMA FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda kredit götürən vətəndaşların sayı kəskin artıb. Parlament üzvlərinin açıqlamasına görə, ölkədə 3 milyona yaxın insan istehlak krediti ödəyir. Bu, əhalinin üçdə birinə yaxın hissəsini əhatə edir.

Bunun əsas səbəblərindən biri gündəlik tələbatların ödənilməsi üçün gəlirlərin yetərli olmamasıdır. İnsanlar tez-tez toy mərasimləri, bahalı əşyalar və avtomobillər üçün də kredit götürür. Sosial şəbəkələrdə nümayiş etdirilən həyat tərzi də bəzilərini borclanmağa sövq edir.

Bankların kredit şərtlərini asanlaşdırması, sənədsiz kredit verilməsi və rəqəmsal xidmətlərin genişlənməsi də borclanma dinamikasını artırır.
Bəs ailələr bu vəziyyətdən necə çıxış yolu tapa bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfe.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə götürdükdə, burada bir çox amillər prosesə təsir göstərir:


“Birincisi, məlumdur ki, bu cür şəraitdə bazar strukturu formalaşır. İkincisi, banklar — xüsusilə də istehlak kreditləri məhsulları vasitəsilə — bazarda aktiv iştirak edirlər. Rəqəmsallaşma bu istiqamətdə yeni imkanlar yaradıb və kredit kartları təcrübəsinin son illərdə geniş yayılması nəticəsində kredit borcu olan ailələrin sayı artıb.
Kredit kartlarının əlçatan olması və istehlak kreditlərinin daha rahat verilməsi borclanma səviyyəsinin artmasına səbəb olur. Bankların davranış əsaslı qiymətləndirmə mexanizmləri tətbiq etməsi də bu prosesi sürətləndirir. Bu zaman kreditin verilməsində rəsmi sənədlərin rolu azalır və vətəndaşın qaytarma qabiliyyəti digər meyarlarla ölçülür. Nəticədə banklar üçün daha geniş kreditvermə imkanları yaranır”.

Ekspert əlavə olaraq qeyd edib ki, bundan başqa, 2023-cü ildən sonra genişmiqyaslı sosial paketlərin təqdim olunmaması, yüksək inflyasiya mühiti ilə birgə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib:

“Bu səbəbdən bir çox ailə təsərrüfatları yaranan ehtiyaclarını kredit vəsaitləri hesabına qarşılamağa üstünlük verir.

Eyni zamanda, bankların fəaliyyətini şaxələndirməsi və regionlara doğru genişlənmə siyasəti də kredit borcu olan ailə təsərrüfatlarının sayının artmasına səbəb olub”.

Sosioloq Üzeyir Şəfiyevin fikrincə, əhalinin kreditlərə müraciət dinamikasında artım müşahidə olunur:


“Parlament üzvlərindən birinin verdiyi məlumata görə, bu gün Azərbaycanda istehlak krediti götürən vətəndaşların sayı 3 milyona çatır. Bu, 11 milyonluq əhali üçün olduqca böyük rəqəmdir. İnsanlar bəzən bu kreditlərə həyatlarını qurmaq və ehtiyaclarını qarşılamaq üçün müraciət edirlər. Amma təəssüf ki, bir qisim vətəndaşlar kreditlərdən qeyri-praktik məqsədlər üçün, daha çox görüntü və təmtəraq naminə istifadə edirlər.

Məsələn, bəziləri kredit götürərək imkanlarından kənar təntənəli toy mərasimləri təşkil edir, bahalı markalı avtomobillər alır və ya gündəlik ehtiyaclarına uyğun olmayan, yüksək qiymətli məhsullara yönəlirlər. Bu isə nəticədə onları borclanma yükü altına salır. İnsanlar var ki, gəlirləri ilə həyat tərzləri arasında ciddi uyğunsuzluq yaranır və bu da onların psixoloji vəziyyətinə təsir edir. Onlar özlərini xoşbəxt hesab etmirlər, çünki qısa müddətli xoşbəxtlik üçün aldıkları borclar uzunmüddətli çətinliklər yaradır.
Bəzən insanlar sırf sosial status görüntüsü yaratmaq, dostları və sosial şəbəkələrdəki auditoriya qarşısında "xoşbəxt" görünmək üçün bu cür bahalı həyat tərzinə üstünlük verirlər. Amma unudurlar ki, bu görüntü tezliklə onların həyatını daha da ağırlaşdırır. Borcları qaytara bilmədikdə psixoloji təzyiqlə üzləşirlər, həyat keyfiyyətləri aşağı düşür, ailə münasibətləri pozulur və bəzi hallarda hətta faciəvi nəticələrə gətirib çıxarır”.

Sosioloq bildirib ki, insanlar imkanlarına uyğun həyat tərzi qurmalı, gəlirlərini düzgün idarə etməli, sosial görüntü naminə yox, real ehtiyaclarına əsaslanaraq qərar verməlidirlər:

“Sosial şəbəkələrdəki "mükəmməl" həyat görüntüləri ilə öz reallıqlarını müqayisə etməməli, hər paylaşımın arxasında fərqli reallıqların dayandığını unutmamalıdırlar. Borclanma qərarları emosional yox, rasional şəkildə, gələcəyi düşünərək verilməlidir. Yalnız bu halda sağlam maliyyə vərdişləri formalaşa və ailə rifahı qoruna bilər”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17490

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1048

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see178

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see174

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see124

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri