Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

ƏHALİ KƏNDLƏRDƏN NİYƏ QAÇIR? Prezident səbəbləri açıqladı, məmurlar nəticə çıxarmalıdır...

ƏHALİ KƏNDLƏRDƏN NİYƏ QAÇIR? Prezident səbəbləri açıqladı, məmurlar nəticə çıxarmalıdır...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev yeni təyin etdiyi icra başçılarını qəbul edərkən bölgə əhalisini ən çox narahat edən problemdən danışıb. Dövlət başçısı xüsusi ilə işsizlik və kəndlərdən şəhərlərə köçün bir-biri ilə bağlı olduğunu, məmurların bu məsələlərə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.

“Bölgələrdə, əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir”, - İlham Əliyev qeyd edib

Prezident əlavə edib ki, bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir: “Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”.

Qeyd edək ki, uzun illərdi ucqar kəndlərin boşalmasının əsas səbəbi, ölkə başçısının bildirdiyi kimi, məşğullqla bağlıdır. Bölgələrdə email müəssisələrinin sayı çox azdır, başqa əməktutumlu iş yerləri də yox dərəcəsindədir. Statistikada məşğul göstərilən kiçik torpaq sahibləri isə işsizlər ordusunun əsasını təşkil edir...

Paralel olaraq infrastruktur problemləri, kommunal xidmətlərin zəif olması, təhsilə və səhiyyə xidmətinin əlçatanlığının aşağı səviyyədə qalması vətəndaşları ciddi şəkildə narahat edir. Müvafiq dövlət qurumları bu barədə statsitika aparmasa da, on minlərlə ailə daha yaxşı yaşamaq üçün Bakıya və iri şəhərlərə, eləcə də rayon çərkəzlərinə köçüb. Bəzi dağ və dağətəyi kəndlərdə ümumiyyətlə həyat sönüb. Bunun nəticəsi olaraq məktəbə qədər və orta təhsil müəssisələri fəaliyyətini dayandırmaq məzburiyyətində qalıb. Elm və təhsil naziri Emin Əmrullayev bildirdmişdi ki, respublika üzrə 4400-dən bir qədər artıq olan orta məktəblərin 1500-nün bağlanması təhlükəsi var. Çünki şagird sayı həddinən artıq azdır, dövlətin çəkdiyi xərc böyükdür və səmərəsizdir. Bu statistika kəndlərdən əhalinin köçməsi ilə bağlıdır, hazırda Gədəbəy, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Lerik, Yardımlı, Quba, Astara, Lənkəran və s. rayonların elə kəndləri var ki, son illərdə 1-ci sinflərə 1 nəfər də olsun şagird qəbul olunmayıb. Məsələn, Daşkəsən rayonun Gürbulaq kənd orta məktəbində cəmi 12 şagird təhsil alır. Onlara 13 müəllim dərs deyir!...

Kəndlərdə tibbi ximət də bərbad vəziyətdədir. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisdə çıxışında da etiraf edib. O, bildirib ki, ölkədəki 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır. Z.Əliyevin sözlərinə görə, səhiyyə sahəsində kadr çatışmazlığı mövcuddur.

Kommunal xidmətlərə gəlincə, qaz və elektrik təminatı ilə bağlı problemlərə yeniləri də əlavə olunub. Belə ki, qanunvericilikdəki dəyişiklikdən sonra “Çıxarış”ı olmayan mənzillərə qaz, su və elektrik təminatı həyata keçirilmir. Regionlarda isə əksər evlərin mülkiyyət sənədləri yoxdur, ümumiyyətlə bu sahədə acınacaqlı durum var. Evlərin sənədləşdirilməsi üçün dövlət qurumları elə astronomik rüsum və xidmət haqları tələb edir ki, vətəndaş bu qurumlara üz tutmaq isəmir.

Əsas problemlərdən biri kənd təsərrüfatının - əkinçiliyin, heyvandarlığın gəlirsiz sahələrə çevrilməsidir. Kəndli pay torpağını əkib-becərə bilmir. Çünki əksər bölgəlrdə su problemi var, bu, başlıca səbəbdir. Bundan başqa toxumun, becərmədə istifadə olunan gübrələrin, kimyəvi preparatların baha olması, dövlət subsidiyalarının formal xarakter daşıması, nəhayət, satış bazarlarının əlçatan olmaması kəndlinin əl-qolunu bağlayır. Nəticədə kəndlilər pay torpaqlarını dəyər-dəyməzə sataraq iri məmur təsərrüfatlarında günəmuzd işləyən yoxsullara çevrilirlər.

Beləliklə, regionlardakı səfalətdən qurtulmaq istəyən vətəndaşlar yaxşı həyat dalınca şəhərlərə üz tutur, burada kirayə qalmaqla kiçik maaşlı işlərdə, yaxud taksi xidmətində işləməklə keçimini təmin etməyə, övladlarına təhsil verməyə çalışır. Amma bu, olduqca əzablı və çətin həyat deməkdir. Çünki kənddən görünən zahiri parıltının əksinə, paytaxtda və iri şəhərlərdə də əhalinin dolanışığı daşdan çıxır. Şəhərə təmtəraq verən məmurların, imkanlıların dəbdəbəli həyatıdır, onun kölgəsində isə çox az iş yeri və rahat həyat tapmaq mümkündür...

E. Rüstəmli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri