Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əhalinin sağlamlığı üçün reproduktiv maarifləndirmə vacibdir” TƏBİB rəsmisi

“Əhalinin sağlamlığı üçün reproduktiv maarifləndirmə vacibdir” TƏBİB rəsmisi

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Son illər Azərbaycanda reproduktiv sağlamlıqla bağlı statistika ciddi narahatlıq doğuran bir mənzərəni ortaya qoyur. Rəsmi göstəricilərə görə, erkən yaşlarda, xüsusilə də yeniyetmələr və gənc qadınlar arasında abort hallarının artması müşahidə olunur. “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” adlı statistik məcmuənin məlumatlarına əsasən, yalnız 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınıb. Onlardan 72-si 15-17 yaş qrupuna, ümumilikdə isə 2 751-i 15-19 yaş arası qızlara aiddir. Maraqlıdır ki, 2023-cü illə müqayisədə həm 15-17, həm də 18-19 yaşlı qızlar arasında aborta müraciətlərin sayında artım baş verib.

Xüsusən də 18-19 yaş qrupunda 2 679 abort faktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 151 nəfər çoxdur. Beləliklə, rəqəmlər göstərir ki, erkən yaşda baş verən abort halları təkcə fərdi seçim və ya tibbi zərurətlə məhdudlaşmır, həm də sosial, maarifçilik və ailə institutundakı boşluqlardan qaynaqlanan geniş ictimai problemə çevrilib.

2024-cü ildə hamilə qadınlar üzərində 69 913 qeysəriyyə əməliyyatı aparılıb. 2023-cü ildə isə bu rəqəm 66 584 olub. Statistik rəqəmlər göstərir ki, ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı son illər artmaqda davam edir.

Məsələn, 2010-cu ildə qeysər kəsiyi əməliyyatlarının sayı 22 746 olubsa, beş il sonra (2015-ci ildə)-45 942, 2020-ci ildə 49 897-ə yüksəlib. Ümumilikdə ölkəmizdə 2024-cü ildə respublika üzrə 101 066 doğuşun 74 563-ü təbii yolla baş verib.

Bu statistika həm tibbi, həm də sosial aspektdən dərin təhlil tələb edir: abortların, qeysəriyyə əməliyyatlarının artması gənclərin sağlamlığına, gələcək doğum göstəricilərinə və ümumi demoqrafik balansın qorunmasına təsirsiz ötüşmür.

Belə narahatedici tendensiyanın qarşısını almaq məqsədilə TƏBİB son illərdə müxtəlif istiqamətlərdə addımlar atır.

Məsələ ilə bağlı TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova Metbuat.az-ın suallarını cavablandırıb:

- Sevinc xanım, TƏBİB erkən yaşda hamiləliyin və abortların qarşısını almaq üçün hazırda hansı maarifləndirici və profilaktik tədbirlər həyata keçirir?

- Hazırda TƏBİB erkən yaşda hamiləliyin və abortların qarşısını almaq məqsədilə bir sıra maarifləndirici və profilaktik tədbirlər həyata keçirir. Hər bir Ailə Sağlamlıq Mərkəzində (ASM) və Qadın məsləhətxanalarında çalışan orta tibb personalının vəzifə borclarından biri də erkən yaşda hamiləliyin və doğuşun mənfi nəticələri barədə maarifləndirici söhbətlərin aparılmasıdır. Bu məqsədlə hər bir tibb müəssisəsində müəyyən saatlarda təlimlər keçirilir, rayonlarda fəaliyyət göstərən ASM-lərin tibbi heyəti mütəmadi olaraq kəndlərə səfərlər edərək əhali ilə maarifləndirici söhbətlər aparır, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində, TƏBİB-in Ana və Uşaq Sağlamlığı şöbəsi tərəfindən məktəblərdə və valideyinlikdən məhrum edilmiş uşaqlar üçün internatlarda maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində erkən yaşda hamiləliyin fiziki, psixoloji və sosial riskləri barədə əhalinin məlumatlandırılması təmin olunur.

- Azərbaycanda göstəriş olmadan qeysəriyyə əməliyyatlarına göndərişlərin qarşısının alınması üçün TƏBİB hansı tədbirləri görür və bu əməliyyatların ümumi doğuşlarda faiz nisbəti nə qədərdir?

- TƏBİB göstərişsiz qeysəriyyə əməliyyatlarının qarşısının alınması istiqamətində ciddi nəzarət və monitorinq tədbirləri həyata keçirir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Daxili nəzarət və monitorinq departamenti tibb müəssisələrində daxili auditlər apararaq qeysəriyyə əməliyyatlarının göstərişlə icra olunub-olunmamasını yoxlayır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hər bir tibbi tarixçə araşdırılır. Göstərişsiz qeysəriyyə əməliyyatı aşkarlandığı halda məsul həkimin bonusları ləğv olunur və müvafiq inzibati tədbirlər görülür. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qeysəriyyə əməliyyatlarının ümumi doğuşlara nisbəti 49%-dən çox deyil. Bu əməliyyatların təxminən yarısı təkrar doğuş zamanı əvvəlki çapığın olması ilə əlaqədardır.

- Ümumiyyətlə, qeysəriyyə əməliyyatlarının sonrakı dövrdə ana sağlamlığına yaratdığı risklər barədə əhalinin maarifləndirilməsi üçün xüsusi proqramlar varmı? Bu məsələdə bilməli olduğumuz məqamlar hansıdır?

- TƏBİB qeysəriyyə əməliyyatlarının sonrakı dövrlərdə qadın sağlamlığına təsiri barədə əhalinin məlumatlandırılması istiqamətində də tədbirlər görür. Bu məqsədlə Doğuma yardım komissiyasının sədri və üzvləri, TƏBİB-in Ana və Uşaq Sağlamlığı şöbəsinin əməkdaşları və digər ixtisaslaşmış həkimlər tərəfindən mətbuata müsahibələr verilir, seminar və dəyirmi masalar təşkil olunur. Zahılıq dövründə qadınlara qeysəriyyə əməliyyatının müsbət və mənfi tərəfləri barədə maarifləndirici bukletlər paylanılır. Qeysəriyyə əməliyyatı tibbi göstəriş olmadan aparıldığı hallarda həm ana, həm də körpənin sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu səbəbdən, əməliyyatın yalnız zəruri hallarda və peşəkar tibbi qərarla həyata keçirilməsi tövsiyə olunur.

- Əsasən hansı risklər müşahidə edilə bilər?

- Qeysəriyyə əməliyyatı bir sıra risklərlə müşayiət oluna bilər. Ana üçün başlıca risklərə güclü qanaxma, infeksiya riski, uşaqlığın gec bərpası (subinvolyusiya), eləcə də anesteziyaya bağlı ağırlaşmalar – ürək dayanması, ödem və anafilaktik şok daxildir. Körpə üçün risklər isə doğuş zamanı ağciyərlərin tam açılmaması səbəbilə tənəffüs problemlərinin yaranması, küvezə yerləşdirilmə zərurəti və antibiotiklərlə müalicə ehtiyacıdır.

Gələcək hamiləliklərdə isə əvvəlki əməliyyatdan sonrakı çapıq nahiyyəsinə ciftin yapışması riski yüksəkdir. Bu hal güclü qanaxma ilə müşayiət oluna bilər və əməliyyatı texniki cəhətdən daha mürəkkəb və riskli hala gətirə bilər. Bundan əlavə, qeysəriyyə əməliyyatı sonrasında fiziki bərpanın təbii doğuşa nisbətən daha uzun çəkdiyi müşahidə olunur ki, bu da qadının gündəlik aktivliyə qayıtmasında müəyyən çətinliklər yaradır.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri