Icma.az
close
up
RU
Əhməd Obalı: Urmiyadakı etirazlar Cənubi Azərbaycan milli hərəkatında güclü dalğa yaradıb SÖHBƏT

Əhməd Obalı: Urmiyadakı etirazlar Cənubi Azərbaycan milli hərəkatında güclü dalğa yaradıb SÖHBƏT

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İran rejimi uzun illərdir ki, Cənubi Azərbaycan türklərinin milli kimliyini zəiflətmək və bölgədə kürd təsirini artırmaq siyasətini yürüdür


Son hadisələr göstərdi ki, Cənubi Azərbaycanda milli şüur əvvəlkindən daha güclüdür


Urmiya strateji əhəmiyyətə malikdir və kürdlərin burada yerləşdirilməsi İranın Cənubi Azərbaycanla Türkiyə arasındakı bağlantını kəsmək planının bir hissəsidir


Şəhər Şurası seçkiləri Urmiyada və digər bölgələrdə kürd və İran rejimi siyasətinə qarşı müqavimətin güclənib-güclənmədiyini göstərən mühüm indikator olacaq


Son zamanlar Cənubi Azərbaycanda milli hərəkatın gücləndiyini və İran rejiminin bölgədəki siyasətinin ciddi müqavimətlə qarşılandığını görürük. İran uzun illərdir ki, Urmiyada kürd təsirini artırmağa çalışsa da, yerli əhalinin etirazları bu planların qarşısını alır. Son bayram tədbiri də bu gərginliyin yeni nümunəsi oldu.


Sözügüdən hadisələr ilə bağlı Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı “Sherg.az”ın sullarını cavablandırıb. 



-Əhməd bəy, Son bayram şənliyi zamanı kürdlərə Urmiyada icazə verilməməsi və onların şəhərdən kənarda bayram keçirməsi nə ilə bağlıdır?

-İran rejimi uzun illərdir ki, Cənubi Azərbaycan türklərinin milli kimliyini zəiflətmək və bölgədə kürd təsirini artırmaq siyasətini yürüdür. Urmiya strateji əhəmiyyətə malikdir və kürdlərin burada yerləşdirilməsi İranın Cənubi Azərbaycanla Türkiyə arasındakı bağlantını kəsmək planının bir hissəsidir. Bu səbəbdən də kürdlərin əhval-ruhiyyəsinin yüksək olması üçün onlara bayram keçirmək imkanı yaradıldı, lakin eyni zamanda bu tədbir Urmiya əhalisi arasında ciddi narazılıq doğura bilərdi. Ona görə də kürdlərin bayramını şəhərdən kənarda güllə atma təlim meydanında keçirməsinə şərait yaradılıb. Eyni zamanda İranın Kürdüstan şəhəriylə yanaşı Ərax Kürdüstanından da ora dəvət olunanlar olubdur. 


-İranın Cənubi Azərbaycanla Türkiyə arasında bir “kürd zolağı” yaratmaq istədiyi iddia olunur. Sizcə, bu strategiya nə dərəcədə realdır və bunun həyata keçirilməsi qarşısında hansı maneələr var?

-“Kürd zolağı”nı yaratmaq üçün isə Urmiya şəhəri çox önəmlidir. Buna görə də Urmiyada kürdlərin hərəkətə keçirilməsi lazımdır. Urmiyada kürdlərin hərəkətə keçrilməsi üçün isə mühacirət olmalıdır. Həmin mühacirətə görə də kürdlərin Urmiyada əhval-ruhiyyəsinin yüksək olması vacibdir. Buna görə də kürdlərin bayram şənliyini Urmiyaya salmışdılar. Sözügedən strategiya İran üçün uzunmüddətli məqsədlərdən biridir, lakin ciddi çətinliklər var. Urmiya, Xoy və Maku kimi şəhərlərdə azərbaycanlılar çoxluq təşkil edir və onların milli şüuru güclüdür. İran rejimi kürdləri bu bölgələrə köçürtməyə və onların sayını artırmağa çalışsa da, Urmiyada istədiyi nəticəni əldə edə bilməyib. Bundan əlavə, yerli əhali buna qarşı ciddi etiraz göstərir. Cənubi Azərbaycan milli hərəkatının güclənməsi və xalqın bu məsələdə həssaslığı bu planın həyata keçməsini çətinləşdirir. 


-Məlumatlara görə, Naci Şərifi Zindəşti İran rejimi ilə sıx əməkdaşlıq edir və Urmiyada kürd təsirini gücləndirmək üçün fəal rol oynayır. Bununla bağlı nə deyə bilərsiniz? 

-Naci Şərifi Zindəşti İran rejiminin birbaşa dəstəklədiyi fiqurlardan biridir və onun fəaliyyəti yalnız Urmiya ilə məhdudlaşmır. O, narkomafiya, casusluq və siyasi sui-qəsdlərlə bağlıdır. Zindəşti kürd təşkilatları ilə İran rejimi arasında bir vasitəçi kimi çıxış edir və onun əli ilə bölgədə bir sıra işlər görülür. Zindəşti Kürdüstan Demokrat Partiyası üzvü olaraq keçmişdə İranda zindana düşüb. Bundan sonra bir zindandan başqa yerə köçərkən polis məmurlarını zədələyərək bir nəfərlə qaçmağa müvəffəq olub. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinə gedərək Avropaya üz tutub. Zindəşti Rumıniyada olanda xalasıgilin narkomafiyaları vardı. Rumıniyada İranın ittihad məmurları ilə həmkarlıq etməyə başlayıb. Rumıniyada İran hakimiyyətinə müxalif olan bir mollanı otelin 2-ci mərtəbəsindən aşağı ataraq öldürən də Zindəştidir. Zindəşti Türkiyəyə gələrək yenə İran ittihadları ilə işlədi. Onun İrana işlədiyi bəlli olduqdan sonra Tehrana qaçmağa məcbur olur. Onun əliylə çox böyük işlər görülür. Urmiyada keçirilən bayram şənliyində ərzaq paylanması da onun vasitəsilə təşkil olunmuşdu. Bu fəaliyyətlər bölgədə gərginliyi artırır və İranın kürdləri bir alət kimi istifadə etməsini açıq şəkildə göstərir.


-Son hadisələr Cənubi Azərbaycan milli hərəkatına necə təsir etdi? Urmiyada etirazların güclənməsi İranın gələcək siyasətinə necə təsir göstərə bilər?

-Son hadisələr göstərdi ki, Cənubi Azərbaycanda milli şüur əvvəlkindən daha güclüdür. Urmiyada baş verən etirazlar gözlənildiyindən daha böyük oldu və bu, İran rejimini ciddi narahat etdi. Türklər dini mərasimi milli mərasimə çevirməklə öz haqlarını tələb etdilər. Bu etirazlar Cənubi Azərbaycan milli hərəkatında yeni və güclü bir dalğa yaradıb. İran rejimi isə bundan dərs çıxarmalıdır, çünki bölgədə azərbaycanlıların milli tələbləri və hüquqlar uğrunda mübarizəsi günbəgün güclənir. Əgər rejim bu siyasətini davam etdirsə, etirazların digər şəhərlərə yayılma ehtimalı çox yüksəkdir.


-Şəhər Şurası seçkilərində kürdlərin təsirinin azalacağı və azərbaycanlı namizədlərin üstünlük qazanacağı proqnoz edilir. Sizcə, bu seçkilər bölgənin siyasi gələcəyini necə dəyişə bilər?

-Şəhər Şurası seçkiləri Urmiyada və digər bölgələrdə kürd və İran rejimi siyasətinə qarşı müqavimətin güclənib-güclənmədiyini göstərən mühüm indikator olacaq. Son etirazlardan sonra azərbaycanlıların seçkilərdə daha fəal iştirak edəcəyi və kürdlərin siyasi təsirinin azalacağı gözlənilir. Bu, milli kimliyini qorumaq istəyən Cənubi Azərbaycan türklərinin rejim siyasətinə qarşı mütəşəkkil şəkildə mübarizə aparmağa başladığını sübut edə bilər. Əgər bu proses davam edərsə, Urmiya və digər şəhərlərdə azərbaycanlıların təsiri daha da güclənəcək və rejimin bölgədə apardığı demoqrafik siyasət ciddi maneələrlə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri