Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

5 ilə nələr dəyişdi? Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Əjdahanı yola salan MƏŞHURLARIN təhlükəli, etibarsız İlandan GÖZLƏNTİLƏRİ Yeni Çağ Media

Əjdahanı yola salan MƏŞHURLARIN təhlükəli, etibarsız İlandan GÖZLƏNTİLƏRİ Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Yerlə göyün ruhunu birləşdirən yeganə mifik varlıq, eləcə də enerji və güc rəmzi kimi tanınan Əjdaha ilinin başa çatmasına sayılı günlər qalıb. Qarşıdan İlan ili gəlir. İnanclara görə, ilan soyuq, etibarsız, həm də təhlükəli heyvandır. Eyni zamanda, gözəllik aşiqidir, dəb-dəbə və parıltını sevir.

Görək, Əjdaha məşhurlar üçün düşərli oldumu? Bəs qarşıdan gələn İlan ilindən gözləntiləri nədir?

Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova əjdaha ilindən məmnun qaldığını bildirib. İlandan isə gözləntiləri çoxdur:

“Əjdaha ili pis keçmədi. Ümid edirəm ilan ilində hər şey yaxşı olacaq”.

Ustad xanəndə Sabir Abdullayev:
“Heç Əjdahadan da xoşum gəlmir, bir işə yaramadı. İlan da ondan betərdir. Elə İlandan da açığım gəlir. Fürsətdən istifadə edib bütün xalqımızı və media işçilərini təbrik edirəm”.

Aparıcı Günay Firudinqızı:

“Əjdaha ili mənim üçün daha çox od-alovla yadda qaldı. Deyirlər, il necə başlayırsa, elə də davam edir. Əjdaha başlayandan od-alov püskürdü, sona qədər də belə davam etdi. İnsanlar da bir-birinə qarşı münasibətdə odlu-alovlu idi. Üzümüzə gələn İlan ilində ümid edirəm ki, insanlar bir-birini sancmazlar. Əjdaha mənə düşərli il oldu, ilan İlinin ondan da çox düşərli olacağını gözləyirəm”.

Model, aktrisa Əfsanə Qasımova:

“Alov püskürən, parıltısı ilə göz qamaşdıran Əjdaha ili elə əjdaha kimi də gəldi-keçdi, sözün əsl mənasında od püskürdü. Mənə də təsirsiz ötüşmədi, ilin yarısına qədər istər iş, karyera, istərsə də şəxsi həyatım hər mənada təlatümlü keçdi. Avqust ayından bu yana isə işlərim qaydasına düşməyə başladı. İlana gəlincə, adı üstündə ilandır. İl İlan üstə təhvil olub-olmayacağından asılı olmayaraq ömürboyu “ilan”larla mübarizədə olmuşuq. Birinin başını əzirsən, o biri baş qaldırır. Allah bizi “zəhərli ilan”ların təhlükəsindən qorusun. İlanlar həm də soyuq olur, amma mən ondan özümə qarşı isti münasibət gözləyirəm. Çalışaram, quyruğunu basdalamayım. Necə deyərlər, dəymə mənə, dəyməyim sənə. Ümid edirəm, ilan mənə dəyib-toxunmaz. Bir sözlə, İlan ilindən gözləntilərim çoxdur. İstər iş, karyera, istərsə də özəl həyatım uğurlara nail olacağam. Söz verirəm, bu uğurları da ilk olaraq “Yeni Çağ”la bölüşəcəyəm. Başda rəhbərlik olmaqla bütün komandanıza yeni ildə yeni uğurlar arzulayıram. İlan ili düşərli olsun”.

Müğənni, Əməkdar artist Şölə Səfərəliyeva:

Əjdaha ili sözün əsl mənasında əjdaha kimi keçdi. Tələbələrimlə birgə Yunanıstan səfirliyinin dəvəti ilə COP29-da çıxış etdim. Mahnılar yazdırdım, klip çəkdirdim, Konservatoriyada tələbələrimlə birgə uğurlu çıxışlarım oldu, özümü bir daha da təsdiqlədim. “Qaya” Dövlət Ansamblı ilə solo konsertlər verdik. Sağ-salamat bu ili başa vururuq, bu, mənim üçün çox vacibdir. Ard-arda itkilər yaşayan biri kimi, ailə üzvlərimin sağ-salamat olmaları mənim üçün hədiyyə oldu. Sağlamlığımız, maddi durumumuzdan çox razıyam. Ümumiyyətlə, şükür edən insanam. Gələn il gözləntilərim bundan da artıqdır. Ən məzəli bir məqamı da vurğulayım, nəhayət ki, bu il özüm üçün iri bir qarderob şkaf düzəltdirə bildim. Bu, bir sənət adamı kimi mənim üçün çox vacib idi. Nəhayət ki, ayaqqabılarımı, paltarlarımı ürəyim istəyən kimi yerləşdirə biləcəyəm. Əvvəlcədən deməyim. keçən il də il başlayanda dedilər, bu il ailə həyatı qurarsan, amma ilboyu işdən başım açılmadı. Təki hər zaman iş olsun, gözəl insanların əhatəsində olaq, qalan hər şey düzələr”.

Aparıcı, aktyor, müğənni Şəhriyar Əbilov:

“2024 mənim üçün çox bəhrəli il oldu. Musiqi karyerama başladım, üç mahnımı sevənlərimə təqdim etdim. “Düşən pullar” verilişinin ikinci mövsümü oldu. “Evdə qalmış” filmi kinoteatrlarda nümayiş olundu. Yaradıcılığımın üç fərqli istiqamətində gördüyüm işlərlə uğur qazandım. 2025-ci ildən gözləntilərim və istəklərim çoxdur. Musiqi albomumu tamamlamaq, sırf musiqiçi kimi bazara daxil olmaq niyyətindəyəm. Daha çox musiqi sahəsində işlərim olacaq. Aparıcılıq da öz yerində. Onsuz da 2025-ci ildə də verilişim nümayiş olunacaq. Film təklifi olarsa, nəzərdən keçirəcəyəm. Amma enerjimi, əsasən, musiqi sahəsinə yönəldəcəyəm.

Cəvahir

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 29 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see412

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see277

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see169

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see131

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see125

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri