Icma.az
close
up
RU
Əkizlərin ölümündəki müəmma Boyadan ölüm mümkündür?

Əkizlərin ölümündəki müəmma Boyadan ölüm mümkündür?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xətai rayonunun Əhmədli qəsəbəsində faciəvi hadisə qeydə alınıb. Yayılan xəbərlərdə həmin ərazidəki mənzildə yaşayan iki azyaşlının dəm qazından zəhərləndiyi iddia olunub. Ailəyə yaxın şəxslər isə bu məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. Məlumata görə, ailənin yaşadığı fərdi evdə bir müddət əvvəl yanğın baş verib və sonradan təmir işləri aparılıb. Bir neçə gün əvvəl döşəməyə boya çəkildiyi qeyd olunur. Ehtimal olunur ki, iki yaşlı əkizlər məhz bu boyanın təsirindən zəhərlənərək həyatlarını itiriblər.
Hadisə ilə bağlı Umz. Dr Zakir Quliyev Demokrat.az-a bildirib ki, təsərrüfatda istifadə olunan boyalar adətən təhlükəsiz olsa da, düzgün istifadə edilmədikdə ciddi zəhərlənməyə və nadir hallarda ölümə səbəb ola bilər:
"Xüsusilə qapalı məkanda güclü boya buxarlarının uzun müddət udulması, boyanın təsadüfən içilməsi (əsasən uşaqlarda və heyvanlarda), köhnə və tərkibində zərərli maddələr olan boyalara davamlı məruz qalma, eləcə də boyanın qızdırılması və ya yandırılması zamanı yaranan zəhərli qazlar həyati təhlükə yarada bilər".
Həkim deyib ki, buna görə boya ilə işləyərkən havalandırmaya riayət etmək, qoruyucu vasitələrdən istifadə etmək və təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.

Baş verən bu acınacaqlı hadisə məişət işlərində, xüsusilə də təmir zamanı ehtiyatlı olmağın həyati əhəmiyyətini bir daha xatırlatdı. Adi bir boya qoxusunun ailənin iki kiçik nümayəndəsini əlindən alması təhlükəsizlik qaydalarına laqeyd yanaşmağın və ya məlumatsızlığın nə dərəcədə ağır nəticələr doğura biləcəyini göstərdi. İndi hər kəsi düşündürən tək sual var, o da eyni faciənin başqa qapıları döyməməsi üçün kimyəvi maddələrlə işləyərkən nə dərəcədə ayıq-sayıq olmağımızla bağlıdır. Görünən odur ki, bəzən ən sadə ehtiyatsızlıq belə düzəldilməsi mümkün olmayan yaralar açır.
Əfsanə Kamal
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri