Icma.az
close
up
RU
“Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”

“Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, COP-29 öz işinə başladı, tədbir barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Tədbir BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar təşkil etdiyi Konfrans olsa da, Azərbaycan ev sahibliyi edən tərəf kimi tədbirin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələn hər şeyi edib. Milli adət-ənənəmizə uyğun olaraq, qonaq qəbul etməzdən öncə evdə bərpa və təmizlik işləri görülmüş, qonaqların yüksək səviyyədə qarşılanması və yerləşdirilməsi üçün hər şey edilmişdir. Qərbin bəzi dairələri tərəfindən idarə olunan, ciddiliyini itirmiş insanlar iddia edirlər ki, bəzi böyük dövlətlərin yüksək səviyyədə Konfransa qatılmaması Azərbaycanda insan haqlarının pozulması və demokratik azadlıqların məhdudlaşdırılmasına görədir. Belələrindən biri utanmadan deyir ki, o hansısa xarici nəşrdə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair məqalə dərc elətdirib və bunun nəticəsi olaraq böyük dövlətlər Konfransı boykot edib. Bizdən öncə 28-ci Konfrans Birləşmiş Ərəb Əmirliklərində keçirilib və Bakıda yüksək səviyyədə təmsil olunmayan ölkələrin əksəriyyəti həmin tədbirə yüksək səviyyədə qatılmışdı. Orada doğrudanmı insan hüquq və azadlıqlarının vəziyyəti bizdən yaxşıdır? Qərəzdən və çarəsizlikdən rəzil vəziyyətə düşmüş bu adamlar gözəl bilirlər ki, bizdə etdikləri tənqidi çıxışların onda birini orda etsələr, dillərini boyunlarının arxasından dartıb çıxararlar. Bizi ilk növbədə ermənilərin Qarabağdan getməsinə görə boykot edir, vicdansızcasına etnik təmizləmə aparmaqda günahlandırırlar. Sadəcə bu ittihamlara həm də bəzi daxili məsələlər qoşulur ki, xalqın bir hissəsindən dəstək alsınlar, həm də buradakı tərəfdarlarına hökumət əleyhinə təbliğat imkanı versinlər. Onların bizi boykot etməsinin ikinci səbəbi Azərbaycanın xarici siyasəti ilə əlaqəlidir. Türkiyə, Çin və Rusiya ilə müttəfiqlik münasibətlərinə dair sazişin imzalanması, 3+3 formatında regional əməkdaşlıq onları xüsusilə qıcıqlandırır. Əsl səbəb budur. Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Beynəlxalq ictimaiyyət Bakıda qlobal istiləşməyə dair ciddi qərarların qəbul olunmasını gözləyir.
Konfransa qatılmayanlara görə sevinənlərə isə yazıqlar olsun. Onlar haqqında bir dəfə İlham Əliyev dedi ki, yeni istifadəyə verilən körpüdən su sızır, bunlar sevinirlər. Güclü yağış yağır, kimlərinsə evlərini su basır, bunlar toy-bayram edirlər. Erməniyə görə kimsə Bakıya gəlməkdən imtina edir, bunar yenə sevinirlər. Öz ölkəsinin uğurlarına yox, dövlətinə qarşı çağırışlara və təhdidlərə sevinənləri Allah heç vaxt sevindirməz.

- Bəs, İran niyə yüksək səviyyədə tədbirə qatılmadı?

- Pezeşkian tədbirə qatılmaq, həm də öz vətəninin bir hissəsini İranın Prezidenti kimi görmək istəyirdi, amma dini lider imkan vermədi. Bir dəfə demişəm, İranda prezidentin səlahiyyəti bizdə Baş Nazirin səlahiyyətindən azdır. Yəqin ki, Xameneiyə də xarici dairələrdən və farsistlər tərəfindən təzyiq olunub. Azərbaycanın təklənməsi təəssüratının yaradılması yaxın və uzaq ölkələrdən bir çoxunun maraqlarına uyğundur. Həm də “mən türk kimliyimlə fəxr edirəm”,- deyən Pezeşkianın Bakı səfəri Cənubi Azərbaycanda türklərə öz milli haqları, dilləri uğrunda daha ciddi mübarizə aparmağa əlavə stimul, milli birliyimizə töhfə verər, türk birliyini gücləndirərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri