Icma.az
close
up
RU
Ekspert: Azərbaycanın rəqəmsal transformasiyası Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqi hesabına təmin ediləcək

Ekspert: Azərbaycanın rəqəmsal transformasiyası Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqi hesabına təmin ediləcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Rəqəmsal transformasiya maliyyə sektorunun simasını kökündən dəyişir, yeni imkanlar yaradır, həmçinin onun qarşısına ciddi çağırışlar qoyur. Texnologiyaların sürətlə inkişaf etdiyi və müştəri tələbatının getdikcə artdığı mühitdə maliyyə institutları rəqabət qabiliyyətini qorumaq və yüksəkkeyfiyyətli xidmət təmin etmək üçün innovativ həlləri tətbiq etməyə və buna uyğunlaşmağa məcburdur. Azərbaycan kimi sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr üçün rəqəmsal alətlərdən səmərəli istifadə dayanıqlı artım və maliyyə xidmətlərinin əhalinin bütün təbəqələri üçün əlçatanlığının artırılması üçün əsasdır. AZƏRTAC maliyyə sektorunun rəqəmsal transformasiyası üzrə aparıcı ekspert və keçmiş HSBC bankının (Hongkong and Shanghai Banking Corporation, Honq-Konq-Şanxay Bank Korporasiyası) qlobal lideri Pol Mallinslə müsahibəni təqdim edir.

– Bu gün maliyyə sektorunda hansı əsas tendensiyalar və texnologiyalar Azərbaycanın rəqəmsal transformasiyasını ən effektiv şəkildə dəstəkləyə bilər?

– Hesab edirəm ki, Azərbaycanın rəqəmsal transformasiyasının ən effektiv dəstəyi Dördüncü Sənaye İnqilabı (4IR) texnologiyalarının sürətli tətbiqi hesabına təmin ediləcək. Xüsusilə, süni intellekt və maşın öyrənməsi kreditləşdirmə prosesini inqilabi şəkildə dəyişə bilər. Bu texnologiyalar, xüsusilə kredit tarixçəsi məhdud olan fərdlər və kiçik bizneslər üçün kreditlərin təhlükəsiz genişləndirilməsi üçün zəruridir. Əlbəttə, onlar kibertəhlükəsizlik və fırıldaqçılığın aşkarlanması sahəsində ilk müdafiə xəttini də formalaşdırır və sistemlərin qorunması bu alətlərdən istifadə edərkən prioritet məsələ olacaq.

Etibarlı bulud texnologiyalarının tətbiqi sürətli miqyaslandırma və fiziki infrastrukturla bağlı yüksək kapital xərclərini azaltmaq üçün vacibdir. Məhz buna görə bu texnologiyaya dair strategiyanın mövcudluğu çox önəmlidir. Nəhayət, təhlükəsiz API-lər vasitəsilə Açıq bankçılıq üçün çərçivələrin hazırlanması maliyyə institutlarının fintech şirkətləri ilə əməkdaşlıq etməsinə imkan verəcək ki, bu da istehlakçılar üçün yeni, inteqrasiya olunmuş məhsulların sürətli yaradılmasının açarıdır. Nəhayət, ani ödəniş sistemlərinin genişləndirilməsi Azərbaycanın nağdsız iqtisadiyyata keçidini təmin edən əsas hərəkətverici qüvvə olacaq.

– Azərbaycan rəqəmsal maliyyə xidmətlərini aktiv şəkildə inkişaf etdirir. Təcrübənizdən hansı ən yaxşı praktikalar yerli bazarda müştərilərə yönəlmiş məhsulların tətbiqini sürətləndirməyə kömək edə bilərmi?

– Təcrübəm göstərir ki, yalnız mükəmməl rəqəmsal məhsul yaratmaq kifayət deyil; müştərinin ona etimadını qazanmaq lazımdır. Qəbul prosesini sürətləndirmək üçün etimad və sadəlik üzərində fokuslanmaq vacibdir. Təhlükəsizlik əsas məsələ olduğundan, təhlükəsizlik tədbirlərinə davamlı sərmayə qoymaq və müştəriləri bu barədə fəal şəkildə məlumatlandırmaq vacibdir. İstifadəçi təcrübəsinə (UX) xüsusi diqqət yetirmək lazımdır. Texnologiya “arxa planda” olmalı, müştərilərə kredit müraciətləri kimi mürəkkəb əməliyyatları telefon vasitəsilə bir neçə dəqiqəyə həyata keçirməyə imkan verməlidir. Eyni zamanda, fiziki bank mərkəzləri və “fizgi¬tal” strategiya (fiziki və rəqəmsal birləşmə) hələ də aktualdır, belə ki, filialların yüksək texnologiyalı təlim və müştəri dəstəyi mərkəzləri kimi istifadəsi, xüsusilə yaşlı nəslin nümayəndələri üçün məqsədəuyğundur. Nəticədə “Apple” şirkəti də məhz bu səbəbdən özünün mağaza şəbəkəsini yaradıb və onlar mükəmməl müştəri təcrübəsinin nə olduğunu yaxşı bilirlər.

– Maliyyə institutları Azərbaycanda müştəri təcrübəsini yaxşılaşdırmaq və yeni məhsullar yaratmaq üçün məlumat və analitikadan necə istifadə edə bilər?

– Şübhəsiz ki, məlumat ən qiymətli aktivinizdir. Məqsəd yalnız əməliyyatların həyata keçirilməsi deyil, müştərinizi dərin anlayışla tanımaqdır və məlumat analitikası bu dəyəri yaradan mühərrikdir. Müştəri təcrübəsini (CX) yaxşılaşdırmaq üçün maşın öyrənməsi alqoritmlərindən istifadə edilərək həqiqi fərdiləşdirmə təmin edilə bilər. Bu, universal təkliflərdən uzaqlaşmaq və müştəriyə vaxtında və uyğun yerdə fərdi qənaət planı və ya kredit təklifi kimi fərdiləşdirilmiş tövsiyələr təqdim etmək deməkdir. Proqnozlaşdırıcı analitika müştərinin potensial problemlərini əvvəlcədən görməyə imkan verir, beləliklə siz onlara dəstək xidmətinə müraciət etmədən əvvəl fəal şəkildə müdaxilə edə və həmin problemi həll edə bilərsiniz. Bu imkan xüsusilə məlumatlara əsaslanan kiçik və orta sahibkarlıq subyektləri üçün dövriyyə kapitalının çevik maliyyələşdirilməsi kimi qeyri-neft sektoruna yönəlmiş yeni məhsulların işə salınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, məqsəd müştərinin bütün yolunu maksimum dərəcədə sadə və rahat etməkdir.

– Azərbaycanda mobil və təmassız ödənişlərin inkişaf perspektivləri nədən ibarətdir və onların populyarlığını və təhlükəsizliyini artırmaq üçün nə etmək lazımdır?

– Bakıda keçirdiyim son bir neçə gün ərzində mobil və təmassız ödənişlərin hər yerdə mövcud olduğunu müşahidə etmişəm. Növbəti mərhələ mobil ödənişlərin istifadəsinin genişləndirilməsi olacaq. Bu, onların paytaxt mərkəzindən kənarda bütün dövlət xidmətlərinə və nəqliyyat sistemlərinə inteqrasiyası hesabına mümkün olacaq. Bu proses bir çox inkişaf etməkdə olan bazarlarda müşahidə olunur və mənim fikrimcə, eyni yanaşma Azərbaycana da aiddir. Populyarlığı artırmaq üçün infrastrukturun genişləndirilməsi davam etdirilməli, belə ödənişlərin gündəlik həyatın müxtəlif sahələrində rahatlığı və əlçatanlığı təmin edilməlidir. Təhlükəsizlik baxımından isə qorunma texnologiyalarını davamlı təkmilləşdirmək, müasir audentifikasiya üsullarını tətbiq etmək və istifadəçiləri təhlükəsizlik tədbirləri barədə qabaqcadan məlumatlandırmaq vacibdir ki, bu da etimadı möhkəmləndirsin və dələduzluq risklərini minimuma endirsin.

– Rəqəmsal transformasiya xüsusilə Azərbaycanın kənd və digər bölgələrində maliyyə inklüzivliyi üçün hansı imkanlar yaradır?

– Rəqəmsal transformasiya, şübhəsiz ki, xüsusilə kənd və uzaq ərazilərdə yaşayan əhali üçün maliyyə inklüzivliyindəki fərqi azaltmaq üçün ən güclü və iqtisadi cəhətdən səmərəli vasitədir. Başa düşürəm ki, Azərbaycanda mobil rabitənin nüfuzetmə səviyyəsi çox yüksəkdir. Bu isə o deməkdir ki, bahalı fiziki bank filiallarına əlavə sərmayə qoymağa ehtiyac yoxdur, bunun əvəzinə şəhərlərdən kənarda da sabit işləyən, az trafik sərf edən keyfiyyətli mobil tətbiqlərin yaradılmasına diqqət yetirmək lazımdır. Həmçinin etibarlı agent bank şəbəkəsinin inkişaf etdirilməsini qəti şəkildə tövsiyə edirəm və bu məqsədlə səlahiyyətli yerli mağazalardan və ya poçt şöbələrindən nağd vəsaitlərin qəbulu və verilməsi üçün mühüm məntəqələr kimi istifadə etmək olar. Bəlkə sizi təəccübləndirər, lakin bu model Böyük Britaniyada uğurla tətbiq edilib və filial şəbəkəsinin azaldılmasına baxmayaraq, kənd yerlərində bank xidmətlərinin qorunub saxlanmasına imkan yaradıb.

– Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycanın maliyyə sektorunun inkişafına necə kömək edə bilər? Azərbaycanda maliyyə xidmətlərində innovasiyaları dəstəkləmək üçün hansı tənzimləyici və qanunvericilik dəyişiklikləri tələb olunur?

– Beynəlxalq əməkdaşlıq artımın sürətləndirilməsi və maliyyə sisteminizin qlobal səviyyədə təhlükəsizliyinin və rəqabət qabiliyyətinin təmin edilməsi üçün açar rol oynayır. Beynəlxalq maliyyə təşkilatları və xarici tənzimləyici orqanlarla əməkdaşlıq, inkişaf etmiş kibertəhlükəsizlik və süni intellektin idarə edilməsi kimi qabaqcıl sahələrdə biliklərin ötürülməsi baxımından son dərəcə vacibdir. Beynəlxalq fintech şirkətləri və ödəniş bazarının iştirakçıları üçün cəlbedici mühitin yaradılması təkcə xarici kapitalı cəlb etmir, həm də rəqabət təzyiqi və yeni texnologiyalar gətirir ki, bu da nəticə etibarilə yerli müştərilərin xeyrinə olur. Əsas diqqət həllərin yerli tətbiqinə və qlobal uyğunluğu təmin edən infrastrukturun qurulmasına yönəldilməlidir. Bu, həmçinin texniki standartların ahəngdarlığına kömək edir ki, bu da sərhədlərarası rəqəmsal ticarətin asanlaşdırılması baxımından həyati əhəmiyyət daşıyır, habelə Azərbaycanın texnoloji həllərinin dünya bazarına ixracı üçün yol açır. İnnovasiyaları dəstəkləmək üçün mən iki prioritet tənzimləyici dəyişiklik qeyd edərdim: perspektivli fintech şirkətlərinin yeni məhsulları təhlükəsiz və operativ şəkildə sınaqdan keçirə biləcəyi “tənzimləyici qum qutusu”nun (regulatory sandbox) formal yaradılması və Açıq bankçılıq (Open Banking) və API-lərlə bağlı aydın qanunvericiliyin formalaşdırılması. Bu, maliyyə xidmətlərində innovativ və dinamik mühit yaradacaq ki, yerli bazar həlləri qlobal kontekstdə vaxtında və aktual olsun.

– Yaxın 5–10 ildə maliyyə sənayesi üçün hansı tendensiyaları və çağırışları proqnozlaşdırırsınız və Azərbaycan bu dəyişikliklərə necə hazırlaşa bilər?

– Maliyyə sənayesində növbəti onillik texnologiyaların dərin inteqrasiyası, yeni risklərin yaranması və maliyyə xidmətlərinin təqdimat üsullarının dəyişməsi ilə səciyyələnəcək. Əsas tendensiyalardan biri generativ süni intellektin dominantlığı olacaq ki, bu da uyğunluq (compliance) və müştəri xidməti ilə bağlı geniş prosesləri avtomatlaşdıracaq. Digər mühüm istiqamət isə “daxili maliyyə”nin (“Embedded Finance”) sürətli inkişafıdır. Bu halda bank xidmətləri “görünməz” olur və birbaşa qeyri-maliyyə tətbiqlərinin, məsələn, elektron kommersiya platformalarının və mobil xidmətlərin daxilində təqdim edilir.

Yeni imkanlarla yanaşı ciddi çağırışlar da yaranacaq. Birincisi, kiberdavamlılıq (cyber resilience) məsələsidir. Belə ki, rəqəmsal ekosistemin mürəkkəbliyi maliyyə sektorunu sistemli kiberhücumların əsas hədəfinə çevirəcək ki, bu da etibarlı müdafiə sistemlərinin yaradılmasını və təhdidlərə çevik cavab vermək qabiliyyətini tələb edəcək. İkincisi, rəqəmsal bacarıqların ciddi çatışmazlığı müşahidə olunacaq: süni intellektin tətbiqi sürəti əməkdaşların mövcud səlahiyyətlərini üstələyəcək və bu, effektiv təlim proqramlarının hazırlanmasını, habelə sosial nəticələrin idarə edilməsini zəruri edəcək.

Bu dəyişikliklərə uğurla hazırlaşmaq üçün süni intellekt, məlumat elmi (data science) və analitik düşüncə sahələrində bacarıqların inkişafına yönəlmiş genişmiqyaslı ixtisasartırma proqramlarına sərmayə qoymaq vacibdir. Bu proqramlar həm universitet təhsilinə, həm də peşəkar hazırlığa inteqrasiya edilməlidir. Bundan əlavə, kiberdavamlılığı artırmaq məqsədilə sahələrarası kəşfiyyat məlumatlarının mübadiləsi təşkil edilməli və bütün maliyyə sektoru səviyyəsində mürəkkəb kiberhücum simulyasiyaları və stres testləri mütəmadi keçirilməlidir. Nəhayət, “daxili maliyyə”nin potensialını maksimum dərəcədə istifadə etmək üçün maliyyə institutları qabaqcıl API imkanlarını fəal şəkildə inkişaf etdirməli və böyük rəqəmsal kommersiya şirkətləri ilə strateji tərəfdaşlıqlar qurmalıdır ki, bazarda aktual və cəlbedici mövqelərini qoruya bilsinlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see255

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see241

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see207

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see201

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see178

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see158

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see146

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see138

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri