Icma.az
close
up
RU
Ekspert: “Bakıdan Belemə Yol Xəritəsi” ədalətli keçid və effektiv maliyyələşmə üzərində qurulmalıdır

Ekspert: “Bakıdan Belemə Yol Xəritəsi” ədalətli keçid və effektiv maliyyələşmə üzərində qurulmalıdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bonn, 23 iyun, AZƏRTAC

Bonn İqlim Sammitində COP29-dan COP30-a keçid dövrü, “Bakıdan Beləmə Yol Xəritəsi”, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası və ədalətli keçidin təmin edilməsi kimi aktual məsələlər müzakirə olundu. Hazırkı dövrdə 54 əsas məsələ gündəlikdə yer alır və bunların bir qismi həm Texniki və Texnoloji Məşvərət Orqanı, həm də İcraya dair Yardımçı Orqan (SBI) tərəfindən birgə müzakirə edilməlidir. COP29-da qəbul edilən qərarlar və əvvəlki COP konfranslarından miras qalan təşəbbüslər üzrə irəliləyişin izlənməsi, bəzi proqramların yenilənməsi və yeni ideyaların prosesə daxil edilməsi vacibdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bonn İqlim Sammitinin iştirakçısı, Zimbabve Parklar və Vəhşi Təbiət İdarəetmə İdarəsinin (ZimParks) direktoru, professor Patience Gandiva deyib.

Ekspert bildirib ki, COP30 daha böyük irəliləyişə səbəb olmalıdır. “Müzakirələrə əsasən deyə bilərəm ki, COP30 artıq yığılmış impuls əsasında daha irəliləyişyönümlü olmalı, aktual ehtiyaclara cavab verən qərarların qəbulu ilə yadda qalmalıdır. Bu baxımdan “Bakıdan Belemə Yol Xəritəsi”nin əsas istiqamətlərindən biri – Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası və ölkələrin bu istiqamətdə bir-birini qiymətləndirmə prosesinin təşkili olacaq. Bu, həm də hesabatlılıq və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir”, - deyə Patience Gandiva əlavə edib.

Təbiətin rolu genişlənməlidir – meşə filləri 7 faiz karbon udulmasına töhfə verir

Ekspert, iqlim fəaliyyəti çərçivəsində yalnız ağaclara və okean planktonlarına deyil, vəhşi təbiətə də diqqət ayrılmasının vacibliyini vurğulayıb. “Məsələn, Qərbi Afrikada meşə filləri təbii fəaliyyəti nəticəsində 7 faizədək əlavə karbon udulmasına şərait yaradır. Bu, təbiətin yalnız flora deyil, fauna ilə birgə baxılmalı olduğunu göstərir,” – deyə Patience Gandiva bildirilib.

Ədalətli keçid və ən həssas qrupların müdafiəsi əsas prioritetlərdəndir

Ekspertin fikrincə, rəqəmsal platformaların istifadəyə verilməsi müsbət haldır, lakin bu prosesdə meşələrdə, kəndlərdə yaşayan, smartfon və internetə çıxışı olmayan insanların da nəzərə alınması zəruridir. “Əgər bir insanın yemək bişirmək üçün başqa alternativi yoxdursa, onu odun yandırmaqdan çəkindirmək mümkün deyil. Bu səbəbdən Afrikada ‘Clean Cooking – Mission 300’ təşəbbüsünü irəli sürmüşük”, – deyə mütəxəssis qeyd edib.

Maliyyələşmə olmadan qərarlar yalnız kağız üzərində qalacaq

Bonn İqlim Sammitində keçiriləm sessiyalarda diqqətə çatdırıldı ki, tədbirlərin icrası üçün maliyyə və texniki imkanların təmin olunması əsas məsələdir. “Əgər ölkələr Paris Sazişinin fundamental müddəası olan 9.1-ci maddəni belə gündəliyə əlavə etməyə razı deyillərsə, bu, ciddi suallar doğurur. Çünki vədləri yerinə yetirmək üçün mexanizmlər, resurslar və vasitələr lazımdır. BMT İqlim Katibliyini yüzlərlə qərarın icrası ilə yükləmək olar, amma bu qərarları həyata keçirmək üçün imkanlar olmadan nəticə əldə etmək mümkün deyil”, – deyə Patience Gandiva vurğulayıb.

Hər ölkənin özünəməxsus konteksti var

Patience Gandiva qeyd edib ki, bəzən ölkələrin qarşılaşdığı reallıqlar fərqli olur – bəziləri vətəndaş müharibəsi ilə üz-üzədir, digərləri pandemiya və ya təhsil kimi əsas xidmətlərlə mübarizə aparır. Buna görə də iqlim maliyyəsi və təşəbbüslərində bu kontekstlər nəzərə alınmalı və “ortaq, lakin fərqli məsuliyyət” prinsipi rəhbər tutulmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri