Icma.az
close
up
RU
Ekspert: Ekspres marşrutlar dövrün tələbidir

Ekspert: Ekspres marşrutlar dövrün tələbidir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verib.

Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.

"Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 0,80 qəpik müəyyən olunub",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.


Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, ekspres avtobusların faydası çoxdur:


“Adından da göründüyü kimi ekspresdir. Yəni gediş-gəliş zamanı hər dayanacaqda dayanmayacaq və insanlar vaxt itirməyəcəklər. Ümumiyyətlə öncəki marşrutlar hər dayanacaqda dayandığı üçün vaxt çox gedirdi. Yeni avtobusların nə qədər effektiv olduğunu isə zaman göstərəcək. Ancaq indidən proqnozlaşdırmaq olar ki, effekti çox olacaq.  Digər tərəfdən şəhərin bir neçə istiqamətində də bu addımlar planlaşdırılır. Çünki ekspres marşrutlar dövrün tələbidir. Biz tıxacı aradan qaldırmaq və insanların rahatlığı üçün hər bir addıma əl atmalıyıq. Bu konteksdə ekspres marşrutların yaradılması xeyli yüngüllük yaradacaq. Həmçinin avtobus zolaqları çəkildiyinə görə də insanlar rahatlaşıb. Düzdür, bəzi yerlərdə zolaqlar tam deyil, bəzi yerlərdə kəsilir, bəzi yerlərdə isə digər nəqliyyat vasitələri avtobusların yoluna çıxır. Lakin həm avtobus zolağı, həm də yeni marşrutlar vətəndaşları rahat şəkildə gedəcəkləri ünvana vaxtında çatdırmağa müvəffəq olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri