Icma.az
close
up
RU
Ekspert: “Mexanizm olmadan genişlənmə keyfiyyətsizliyə səbəb olacaq”

Ekspert: “Mexanizm olmadan genişlənmə keyfiyyətsizliyə səbəb olacaq”

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir.

Bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilib.

Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Bundan başqa, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Vurğulanır ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Təhsik eksperti Kamran Əsədov “Sherg.az”a deyib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü sosial inklüzivlik baxımından əhəmiyyətli görünsə də, bu addım real mexanizmlərlə müşayiət olunmadıqca, keyfiyyətin kəskin şəkildə aşağı düşməsi və məktəbəqədər təhsilin formalaşdırıcı rolunun zəifləməsi təhlükəsini yaradır:


“Azərbaycan təhsil sistemində uzun illərdir müşahidə edilən əsas problemlərdən biri – kəmiyyətin keyfiyyətdən üstün tutulması – bu məsələdə də təkrar olunur. Elm və Təhsil Nazirliyi bu sahədə yalnız hüquqi dəyişikliklərlə kifayətlənir, nə strateji yol xəritəsi təqdim edir, nə proqnoz verir, nə də ictimaiyyətlə açıq dialoqa girir. Təhsil sahəsində islahatların ən riskli tərəfi odur ki, nəticələri 10–15 ildən sonra özünü göstərir və həmin nəticələr bəzən artıq düzəldilə bilməyəcək sosial-psixoloji çatlara səbəb olur. 2022–2026-cı illər üçün Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında məktəbəqədər təhsilin əhatəliliyinin artırılması əsas hədəflərdən biri kimi müəyyən olunub. Bu strategiyaya əsaslanaraq “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara edilən dəyişikliklər nəticəsində məktəbəhazırlıq qruplarının məktəbdənkənar təhsil müəssisələrində də yaradılması hüquqi cəhətdən mümkün sayılır. Lakin bu dəyişikliklərin praktik reallaşması üçün nə kadr, nə infrastruktur, nə də nəzarət mexanizmi hazırlanıb. Mövcud təcrübəyə əsaslansaq, bu tip genişlənmələr yalnız formal hesabatlara xidmət edir, çünki əsas hədəf – uşaqların sosial və idrak inkişafı – sistemin diqqətindən yayınır”. 


Təhsil eksperti qeyd edib ki, statistik göstəricilər göstərir ki, Azərbaycanda 1–5 yaş arası uşaqların məktəbəqədər təhsilə cəlb olunma faizi 2023-cü ilin sonuna qədər yalnız 38,2% təşkil edib:

“Bu, dünya üzrə orta göstəricidən iki dəfəyə yaxın aşağıdır. UNESCO-nun 2022-ci il üzrə hesabatına görə, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilə cəlb olunma orta göstəricisi 80–90% civarındadır. Finlandiyada bu rəqəm 87%, Estoniyada 92%, Cənubi Koreyada isə 94%-dir. Bu ölkələrdə məktəbəqədər təhsil uşağın yalnız tərbiyə və baxımı ilə deyil, onun emosional, dil, sosial və motor inkişafı ilə sistemli şəkildə məşğul olur. Azərbaycanda isə bu sahə ya klassik bağçaların qeyri-işlək modeli ilə, ya da hazırkı dəyişiklikdə nəzərdə tutulan məktəbdənkənar müəssisələrin səriştəsiz bazası ilə əvəz olunmağa çalışılır.

Azərbaycan Respublikasının “Məktəbəqədər təhsil haqqında” Qanununun 6.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, bu sahədə çalışan pedaqoji işçilər müvafiq ixtisas üzrə təhsil almış olmalıdır. Lakin məktəbdənkənar təhsil müəssisələrinin əksəriyyəti əlavə dərnəklər, musiqi kursları, rəqs və hazırlıq mərkəzləri kimi fəaliyyət göstərdiyindən, bu müəssisələrdə çalışanlar pedaqoji təlim metodikasına və məktəbəqədər yaş psixologiyasına malik deyillər. Əgər yeni dəyişikliklərlə bu müəssisələrə məktəbəhazırlıq funksiyası veriləcəksə, bu zaman yüzlərlə, minlərlə uşaq qeyri-ixtisaslı şəxslərin nəzarətinə düşəcək. Bu isə gələcəkdə təlim vərdişlərinin zəifləməsi, sosial travmalar, dil inkişafında ləngimə və davranış pozuntularının artması ilə nəticələnəcək. Müsbət tərəfi odur ki, bu dəyişiklik alternativ modellərə hüquqi əsas yaradır. İcma əsaslı məktəbəqədər təhsil, dövlət–özəl–valideyn əməkdaşlığı kimi modellər potensial baxımından faydalıdır. Xüsusilə kənd yerlərində və bağça mövcud olmayan bölgələrdə belə qruplar vasitəsilə əhatəliliyin artırılması mümkündür. Amma bu sistemin uğurla işləməsi üçün minimum standartlar, akkreditasiya mexanizmi, pedaqoji təlim paketləri və monitorinq sistemi yaradılmalıdır. Əks halda, bu dəyişiklik “bir otaqlı tədris məkanı”, “qeyri-formal müəllim” və “nəzarətsiz tədris” mənzərəsini qanuniləşdirməkdən başqa bir işə yaramayacaq.


Əsədov əlavə edib ki, dünya təcrübəsində bu sahədə ciddi hazırlıq mərhələləri olur:

"Məsələn, Estoniyada icma əsaslı bağçaların açılması üçün minimum 120 saatlıq pedaqoji təlim, tərbiyəçilər üçün akkreditasiya imtahanı və davamlı qiymətləndirmə mexanizmi mövcuddur. Kanadada alternativ məktəbəqədər təhsil modelləri yalnız müəllim sertifikatı olan şəxslərlə icazə əsasında tətbiq olunur. Polşada isə uşaq qruplarının açılması üçün sanitar norma, təhlükəsizlik, və pedaqoji kurikulum uyğunluğu ayrıca komissiya tərəfindən yoxlanılır. Azərbaycanda bu mexanizmlərin heç biri mövcud deyil. Belə çıxır ki, sistem “görünüşü genişləndirməyə” çalışsa da, mahiyyət etibarilə zəifləyir.Elm və Təhsil Nazirliyi bu sahədə tam passivdir. Dəyişikliklər Prezident Administrasiyası və ya digər normativ orqanlar tərəfindən irəli sürülür, amma Nazirlik bu dəyişiklikləri izləyən, tənzimləyən və ya dəstəkləyən heç bir strateji sənəd təqdim etmir. Nazirliyin nə minimum standartlar üzrə metodikası var, nə ictimai məlumatlandırma kampaniyası aparılıb, nə də müəllim hazırlığı üçün resurs mərkəzləri yaradılıb. Hətta pilot olaraq bir neçə məktəbdənkənar müəssisədə bu modeli tətbiq edib nəticələr analiz olunmayıb. Bu, təhsil sahəsində planlı və dəliləsaslı yanaşmanın yoxluğunun göstəricisidir.Əgər məqsəd əhatəliliyi artırmaqdırsa, bu zaman məktəbəqədər təhsilin keyfiyyətinin itirilməsi hesabına bu nəticəyə nail olmaq təhlükəlidir. Əgər bu dəyişikliklər paralel olaraq nəzarət və keyfiyyət təminatı ilə müşayiət olunmayacaqsa, bu zaman məktəbəqədər təhsil uşağın təməlinin deyil, təəssüf ki, problemlərinin başladığı mərhələyə çevriləcək. Bu isə gələcəkdə daha zəif məktəb nəticələri, daha çox təlim çətinlikləri və daha dərin sosial bərabərsizliklə nəticələnəcək. Əgər təhsil sistemi dəyişəcəksə, bu dəyişikliklərin təməli ən aşağıdan – məktəbəqədər səviyyədən başlamalıdır. Amma bu təməl zəifdirsə, nə qədər əhatəli olsa da, üzərində keyfiyyətli gələcək qurmaq mümkün deyil. Bu gün təhsilin təməli kağız üzərində genişlənir, amma praktikada dayanıqlılıqdan məhrumdur. Bu isə gələcəyi risk altına atmaqdan başqa bir şey deyil”. 



Kəmalə Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri