Icma.az
close
up
RU
Ekspert rəyi, yoxsa sifarişli narrativ? BBC nin görünməyən tərəfləri

Ekspert rəyi, yoxsa sifarişli narrativ? BBC nin görünməyən tərəfləri

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2006-ci ildə bütün dünya BBC telekanalında işə qəbul müsahibəsinə gəlmiş bir şəxsin qəfil olaraq milli televiziya kanalında ekspert rolunda çıxış etməsini hadisəsini izlədi. 

Aparıcının “Apple” və “Apple Corps” arasında mürəkkəb məhkəmə mübahisəsi ilə bağlı suallara cavab vermək əvəzinə efiri dayandırmaq mümkün olduğu halda, bu “qəfil ekspert” bacardığı qədər özünəinamlı şəkildə mürəkkəb sualları cavablandırmağa çalışdı.

Dünya televiziyasının onilliklər ərzindəki tarixində yanlış identifikasiya ilə bağlı bu qədər absurd başqa bir hadisə tapmaq çətindir. Milyonlarla tamaşaçı işə qəbul müsahibəsinə gəlmiş bir şəxsin qəfil olaraq milli televiziya kanalında ekspert rolunda çıxış etməsini izləyirdi.

Oxşar hadisə, 2017-ci ildə BBC “Breakfast” proqramının aparıcısının Everestə qalxmağa hazırlaşan keçmiş hərbçini ABŞ seçkilərinə rus hakerlərinin təsirini müzakirə etmək üçün dəvət olunmuş politoloq kimi təqdim olunması zamanı baş vermişdi.

2025-ci ildə “BBC Scotland” proqramlarından birinin aparıcısı iqlim siyasəti barədə sualları, əslində, səhiyyə məsələlərini müzakirə etmək üçün gəlmiş bir şəxsə ünvanladı. Sadalanan bütün hallarda canlı efirdə səhvlər baş vermişdi. 

Lakin Qay Qomanın hekayəsi onunla unikaldır ki, o, ümumiyyətlə, proqramın qonağı deyildi. O, iş müsahibəsinə gəlmişdi və təsadüf nəticəsində milli televiziya kanalının canlı efirində televiziya eksperti roluna düşmüşdü. Qay Qomanın hadisəsi xüsusi olaraq ona görə diqqət çəkir ki, burada problem sadəcə yanlış qonağın efirə çıxması deyil, ümumiyyətlə, “ekspertlik” statusunun vizual və situativ tanınma üzərindən qurulması idi.

Yəni televiziya məkanında insanın kim olduğu çox vaxt onun həqiqi ixtisasından daha çox, həmin an studiyada “uyğun görünməsi”, prodüserlərin sürətli qərarı və efir dinamizmi ilə müəyyən olunur. Bu, əslində, qərb mediasında çox ciddi bir problemin görünən kiçik bir hissəsi idi.

Qeyd edim ki, müasir mediada “ekspert” anlayışının deformasiyası təkcə sürətli xəbər istehsalının nəticəsi deyil.  Daha dərin səviyyədə bu proses informasiya bazarının kommersiyalaşması və siyasi və iqtisadi lobbi qruplarının media üzərində təsir mexanizmlərinin genişlənməsi ilə bağlıdır.

Bu kontekstdə Qərb mediasında “ekspert” artıq çoxdan bilik daşıyıcısı deyil, sifarişli narrativlərin legitimləşdirici alətinə çevrilmiş funksional fiqurdur. Müasir informasiya mühitində ekspert rəyinin əsas dəyəri onun elmi və ya peşəkar əsaslandırılması deyil, müəyyən siyasi və ya strateji mövqeni “obyektiv analiz” kimi təqdim edə bilməsidir.

Bu nöqtədə “ekspert” anlayışı faktların şərhi deyil, artıq əvvəlcədən formalaşdırılmış nəticələrin akademik dildə “qablaşdırılması” funksiyasını daşıyıcısıdır.

Lobbiçilik strukturları və kommunikasiya strategiyası qurumları bu mexanizmi sistemli şəkildə istifadə edir. Seçilmiş ekspertlər vasitəsilə müəyyən mövzular çərçivələndirilir, alternativ baxışlar isə mübahisələndirilir,  efirə çıxış imkanından məhrum edilir və s. Bu yanaşma qərb media sistemində ekspertlik funksiyasını bir növ bazar məhsuluna çevirdi və burda peşəkar keyfiyyət deyil, şəxsin sifarişli narrativlərə uyğunluğu əsas götürülürdü.

Bunun nəticəsi kimi akademik ekspertlik bir institut kimi mediada arxa plana keçdi və bu sahədə narrativə uyğun danışan “şərhçilər” mərkəzi fiqurlara çevrildilər. Bu tendensiya tədricən “selektiv ekspertlik sistemi” yaradaraq, siyasi və sifarişli uyğunluq kapıtallı “ekspert kütləsi” yaratdı. 

Bu kütlədən isə ən çox faydalanan lobbi qrupları oldu.Tədricən siyasi və iqtisadi lobbi qrupları bu sistemi birbaşa idarə etmədən, kənardan strukturlaşdıraraq, hazır ekspert şəbəkələri, analiz paketləri və şərh çərçivələri təqdim etdilər. Ekspert rəyi artıq akademik fikirlər deyil, əvvəlcədən formalaşdırılmış kommunikasiya strategiyasının bir hissəsi oldu. Bu isə medianı ictimai maraqların xidmətçisi missiyasından kənarlaşdıraraq lobbi qrupların siyasi və iqtisadi maraqların xidmətçisinə çevirdilər. 

Belə media strategiyası isə bu sahəni rəqib dövlətlərin, korporativ və ya ideoloji maraqlara xidmət üçün əlverişli bir ekosistemlərə çevirdi. Bu model ən təhlükəli nəticələri özünü hərbi və təhlükəsizlik mövzularında göstərir. Çünki bu sahələrdə yanlış və ya yönləndirilmiş ekspertizanın nəticələri təkcə informasiya təhrifləri ilə məhdudlaşmır, ictimai rəyin və siyasi qərarların formalaşmasına birbaşa təsir edə bilir.

Səthi və ya sifarişli analizlər, mürəkkəb geosiyasi prosesləri sadələşdirərək strateji balansları yanlış təqdim edilməsi və müəyyən aktorları “qaçılmaz narrativlər” daxilində ictimai fikirə yeridilməsi baş verir.

Ən fundamental problem ondan ibarətdir ki, ekspertlik institutu tədricən akademik və analitik strukturlardan ayrıldı. Nəticə etibarilə “yalançı ekspert” fenomeni təkcə fərdi qeyri-peşəkarlıq problemi olmaqdan çıxıb , lobbiçilik və maraq qruplarının informasiya sisteminə inteqrasiyasının möhkəmləndirdi. Çünki müasir media sadəcə xəbər ötürən platforma deyil, həm də rəqabət aparan narrativlərin legitimləşmə meydanıdır. Bu şəraitdə xəbərin klassik əsas sualı “informasiya nə qədər doğrudur, deyil” çərçivəsindən çıxaraq, “hansı marağı legitimləşdirir” kimi ifadə olunmağa başladı.

Yeganə Hacıyeva,

Mətbuat Şurasının İH üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyun 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri