Icma.az
close
up
RU
Ekspert Xəzər və Qərbi Kaspi Universitetlərinin saxtakarlığını üzə çıxardı FOTO

Ekspert Xəzər və Qərbi Kaspi Universitetlərinin saxtakarlığını üzə çıxardı FOTO

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stanford Universitetinin açıqladığı “dünyanın ən nüfuzlu alimlərin 2%-i” siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adı çəkilməsi ilk baxışdan qürur doğurur. Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır. Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar.

Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov siyahıda adı olan Xəzər Uiversiteti və Qərbi Kaspi Universiteti barədə bildirib. Ekspert əlavə edib ki, xüsusilə bəzi özəl ali məktəblərin – Xəzər Universiteti və Qərbi Kaspi Universitetinin siyahıda yer alan “tədqiqatçıları”na baxanda görünür ki, onların adlarının əksəriyyəti nə azərbaycanlıdır, nə də həmin universitetlə faktiki əlaqəsi var:

“Onların hər biri ya ABŞ-da, ya Avropada, ya da Asiyanın elmi mərkəzlərində çalışan alimlərdir. Sadəcə öz elmi məqalələrində “affiliation” bölməsində bu universitetlərin adlarını yazıblar. Əslində bu, həmin universitetlərin xarici tədqiqatçılara pul ödəyib öz adlarını “affiliation”da göstərmək praktikasının nəticəsidir.

Yəni faktiki olaraq Azərbaycandakı həmin universitetlərdə bu alimlər yoxdur, onlarla tələbə görüşü də mümkün deyil, heç bir laboratoriyada işləmirlər, elmi mühitlə əlaqələri yoxdur. Sadəcə bir sənəddə ad çəkilib, nəticədə universitet reytinqdə “araşdırma mərkəzi” kimi görünür. Amma bu, kağız üzərində olan, saxta bir görüntüdür. Belə yalan və manipulyativ “reyting”lər ölkənin elmi nüfuzuna zərbə vurur, real tədqiqatla məşğul olan yerli alimlərin əməyini kölgədə qoyur”.

K.Əsədov sual edir ki, bizə belə yalan reytinq lazımdırmı?:

“Universitetin məqsədi rəqəmləri şişirtmək, adını beynəlxalq siyahılarda göstərmək deyil, elmi mühit formalaşdırmaq, real tədqiqat aparmaq, gənc alimlər yetişdirmək olmalıdır. Akademik dürüstlük və şəffaflıq olmadan heç bir reytinqin mənası yoxdur. Azərbaycanın elmi adını belə yalan göstəricilərlə deyil, real araşdırmalarla yüksəltmək lazımdır”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see243

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see149

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see148

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see139

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see118

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri