Icma.az
close
up
RU
Türkiyə universitetlərinin təcrübəsi Azərbaycan üçün model ola bilər EKSPERT

Türkiyə universitetlərinin təcrübəsi Azərbaycan üçün model ola bilər EKSPERT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmzalanmış sənədlər təhsil sahəsində müsbət dinamika yaradacaq


Türkiyə Cümhuriyyətinin milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm sənədlərə imza atılıb. Verilən məlumatlara görə, Y.Tekin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhər 1 nömrəli, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhəri 1 nömrəli tam orta məktəbləri ziyarət edərək bu təhsil ocaqlarında yaradılmış müasir tədris mühiti ilə yaxından tanış olub. 


Yusuf Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir hissəsi kimi müasir təhsil infrastrukturunun qısa müddətdə təkmilləşdirilməsini yüksək qiymətləndirib. O, Şuşa, Füzuli və Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara yiyələnməsinə xidmət etdiyini xüsusilə vurğulayıb. Türkiyənin milli təhsil naziri Yusuf Tekin Xankəndidə Qarabağ Universitetini də ziyarət edib, təhsil müəssisəsində yaradılmış müasir infrastruktur və tədris prosesi ilə yaxından tanış olub. Daha sonra Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iki vacib sənəd imzalanıb. Elm və təhsil naziri E.Əmrullayev sosial şəbəkə paylaşımında qeyd edib ki, bu sənədlərin iki qardaş ölkə arasında təhsil əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə inanır.  Sözügedən sənədlərin imzalanması iki qardaş ölkə arasında təhsil sahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəmin yaradacaq. Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində də iştirak ediblər. Tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb və ardınca milli folklor proqramı təqdim edilib. Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. Səfir yeni tədris binasının istifadəyə verilməsini bu strateji əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Türkiyə Cümhuriyyətinin milli təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb. Nazir gənclərin müasir bilik və bacarıqlara yiyələnməsini dəstəkləyən birgə proqramların gələcəkdə daha da inkişaf etdiriləcəyini deyib. Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib. Nazir hər iki ölkə başçısının elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb. Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.


Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan arasında elm-təhsil sahəsində sənədlərin imzalanması sevindiici haldır: 

- Türkiyə Avropa təhsil sisteminə inteqrasiya etmiş dövlətdir. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi ancaq inkişaf və irəliləyiş vəd edir. Əlaqələrimizin genişlənməsi alqışlanmalıdır. Xatırladım ki, Azərbaycan hələ sovet dönəmindən Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdı. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılıb və müstəqil olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa xüsusi önəm verilməyə başlandı. 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil nazirlərinin toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edildi. Bu toplantıda qardaş dövlətlərin təhsil sahəsində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması kimi məsələlər geniş müzakirə edildi, lazımi qərarlar verildi. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisas artırmaları istiqamətində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır. Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə müştərək universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsi – Türkiyə-Azərbaycan Univeristetinin yaradılması da çox mühüm hadisədir. Qardaş Türkiyədə təhsil alan azərbaycanlı gənclərin sayı minlərlədir. Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, imzalanmış sənədlər təhsil sahəsində müsbət dinamikaya səbəb olacaq. Bununla Türkiyə təhsil sistemi təcrübəsindən, təhsil sahəsindəki yeniliklərin Azərbaycan təhsil sahəsinə inteqrasiyası da sürətlənəcək. 


K.Əsədov qeyd etdi ki, Türkiyənin təhsil sahəsindəki təcrübəsindən yararlanmaq lazımdır: 

- Türkiyədə süni intellekt üzrə təhsil proqramları işlənir, robototexnika, mühəndislik, texnologiya yönümlü ixtisaslar üzrə ali təhsil müəssisələri çoxluq təşkil edir. Müasir laboratoriyalar, texnoloji imkanlar genişdir. Bu ixtisaslar üzrə tələbələrin karyera imkanları da yüksək olur. Təhsildə müasir yanaşmalardan istifadə olunur. Mexatronika və robototexnika mühəndisliyi - günümüzdə elektronika, kompüter tətbiqi, proqramlaşdırma sahələrində texnologiyanın sürətlə irəliləməsi və eyni zamanda sənaye sahələrində avtomatikanın sürətlə inkişaf etməsi, ağıllı cihaz və robotların yaranması ilə yaranan mühəndislik sahəsidir.  Hazırda mexatronika, robototexnika mühəndisliyi, mexanika mühəndisliyi, elektrik-elektronika mühəndisliyi, kompüter mühəndisliyi, proqramlaşdırma, rəqəmsal texnologiyalar ən vaxib ixtisaslardır. Türkiyə təhsilində bu ixtisaslara üstünlük verilir. Bizim zamanı, təbii qaynaqları və əmək vasitələrini səmərəli istifadə edə bilən, eyni zamanda müasir texnologiyanı və mühəndis məhsuldarlığını, ekoloji şərtləri gözardı etmədən ən səmərəli şəkildə istifadə edərək texnoloji dizayn ortaya qoya bilən mütəxəssislərə ehtiyacımız var. Hesab edirəm ki, Türkiyə təhsil sistemindəki müasir çağırışları örnək alaraq ölkəmizdə təhsil sahəsində yenilənmələrə nail ola bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 07:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri