Icma.az
close
up
RU
Ekspert: Yaxın gələcəkdə Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Yaxın Şərq regionlarının sinxronizasiyasının şahidi olacağıq

Ekspert: Yaxın gələcəkdə Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Yaxın Şərq regionlarının sinxronizasiyasının şahidi olacağıq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Yaxın gələcəkdə Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Yaxın Şərq regionlarının sinxronizasiyasının şahidi olacağıq

Bakı, 19 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Məlum olduğu kimi, Mərkəzi Asiya ölkələri böyük təbii ehtiyatlara malik olsa da, dünya okeanına çıxışı yoxdur. Müasir geosiyasi çağırışlar – logistika zəncirlərinin dəyişməsi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, dəniz marşrutlarının uzanması və konteyner çatışmazlığı fonunda alternativ nəqliyyat yolları xüsusi əhəmiyyət kəsb edir. Avrasiya məkanında belə imkanları əlverişli yerləşməsi və çoxşaxəli infrastrukturuna görə yalnız Azərbaycan təmin edə bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan marşrutların diversifikasiyası üçün geniş infrastruktur şəbəkəsinə malikdir: “Ölkəmiz boru kəmərləri, qaz və neft xətləri, hava dəhlizləri və inkişaf etmiş hava limanları, Xəzər dənizi limanları – Ələt, Hövsan, Zirə, eləcə də Səngəçal, Zığ, Dübəndi neft terminalları və Şərq–Qərb, Şimal–Cənub dəhlizlərinin dəmir yolu və avtomobil magistralları ilə güclü logistika imkanlarına sahibdir”.

R.Ağamirzəyev vurğulayıb ki, mövcud riskləri nəzərə alaraq Azərbaycan marşrutları aktiv şəkildə şaxələndirir: “Türkiyənin İstanbul ‘Marmaray’ sistemi vasitəsilə Avropaya birbaşa dəmir yolu çıxışı, Şimal Mərmərə avtomagistralı və Yavuz Sultan Səlim körpüsü ilə güclü nəqliyyat əlaqələri mövcuddur. Avropaya əlavə dəmir yolu bağlantısı layihəsi isə Orta Dəhlizin rolunu daha da artırır. Qarabağın azad edilməsindən sonra Zəngəzur istiqamətində inşa olunan yeni dəmir yolları və avtomagistrallar Mərkəzi Asiya ölkələrinə Türkiyənin Aralıq dənizi limanlarına ən qısa çıxışı təmin edir. Bu isə Cənubi Avropa və Şimali Afrika bazarlarına birbaşa yol açır. İraqdan keçən ‘İnkişaf Yolu’ da daxil olmaqla Türkiyənin layihələrilə sinxronizasiya Fars körfəzinə alternativ çıxış yaradır və regionları daha sıx bağlayır”.

Ekspert bildirib ki, müxtəlif kateqoriyalı yüklərin – uran, neft məhsulları, gübrələr, konteynerlər və yaşıl enerji məhsullarının daşınması üçün yaradılmış infrastruktur yaxın illərdə yeni regional sinxronizasiyanın formalaşmasına gətirib çıxaracaq: “Biz Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Yaxın Şərq regionlarının qarşılıqlı inteqrasiyasının şahidi olacağıq. Bu isə Xəzər, Qara və Aralıq dənizləri hövzələrinin, həmçinin Fars körfəzinin vahid logistika sistemində əlaqələndirilməsi deməkdir. Azərbaycanın boru kəmərləri, hava, dəmir yolu və avtomobil infrastrukturu, həmçinin fiber-optik rabitə xətləri ölkəmizin regional əlaqələndirici rolunu daha da gücləndirir”.

R.Ağamirzəyevin sözlərinə görə, Azərbaycanın və Mərkəzi Asiyanın Avrasiyanın kəsişməsində yerləşməsi istehsal sahəsində də geniş kooperasiya imkanları açır: “Tarixdə Böyük İpək yolu üzərində şəhərlərin formalaşması inkişafı necə sürətləndirdisə, bu gün də risklər fonunda istehsalın lokasiyasının dəyişdirilməsi aktuallaşır. Azərbaycan ən qısa logistika məsafəsini təmin edir ki, bu da xərcləri azaldır və həm marşrutların, həm də məhsulların rəqabət qabiliyyətini artırır”.

Ekspert hesab edir ki, ilk mərhələdə müxtəlif məhsulların yığılma üsulu ilə istehsalına başlamaq, sonra isə lokalizasiyanı artırmaq mümkündür: “Bu yanaşma həm yeni iş yerlərinin yaradılmasına, həm də əlavə dəyərin formalaşmasına səbəb olacaq. Azərbaycan qlobal nəqliyyat zəncirində təkcə tranzit ölkə deyil, həm də istehsalçı kimi çıxış etməyə çalışır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 06:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri