Icma.az
close
up
RU
Ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı açıqlanıb

Ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı açıqlanıb

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclası keçirilib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, iclasda Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.

Bildirib ki, bugünkü iclasda 25 tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Ekspert şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Bildirib ki, bu günə qədər Ekspert Şurasında 500 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı 2000-dən artıqdır. Toplanmış materiallar mərhələli şəkildə Ekspert şurasının iclaslarında müzakirəyə çıxarılır. Həyata keçirilən işlər nəticəsində 2025-ci ildə 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb. Onlardan 7-i Bakı şəhəri, 44-ü isə işğaldan azad edilmiş ərazilərdə yerləşir.

İclasda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən 17, vətəndaş müraciətləri əsasında qeydə alınmış 7 və Qubadlı rayonu ərazisində yerləşən 1 obyekt barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Həmin tarixi, memarlıq və arxeoloji obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see229

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see200

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see135

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri