El Klasiko dan əvvəl azarkeşlərlə polis arasında toqquşma, fanatlar himni fisə basıb VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sevilyada İspaniya kubokunun finalındakı "El Klasiko"dan əvvəl "Barselona"nın azarkeşləri ilə polis arasında toqquşma baş verib.
İdman.biz "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun bir qrup azarkeşinin Plaza Nueva meydanındakı davranışı səbəbindən polis onlara müdaxilə etməli olub.
"Barselona"nın bir azarkeşi həbs edilib, bundan sonra polisə yad əşyalar atmağa başlayıblar. Polis fanatları sakitləşdirə bilib və onlar dağılışaraq meydanı tərk ediblər.
Həmçinin stadionda oyunun startı öncəsi “Barselona” azarkeşləri İspaniya himnini fitə basıblar.
Qeyd edək ki, finalda "Real Madrid"lə qarşılaşan "Barselona" əlavə vaxtda vurduğu qol sayəsində 3:2 hesabı ilə qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Aprel 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















