“Elçibəy o pulu versəydi, Qarabağ işğal edilməzdi” Nemət Pənahlıdan sensasiya
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Media Türk”ün efirində qonaq olan Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn və siyasətçi Nemət Pənahlı arasında gərginlik yaşanıb.
Globalinfo.az xəbər verir ki, debatın mövzusu Nemət Pənahlının Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında səsləndirdiyi fikirlər olub.
Nemət Pənahlı çıxışında bildirib ki, vaxtilə meydanda xalq tərəfindən toplanan və təxminən 10 milyon manat təşkil edən vəsait Elçibəy tərəfindən mənimsənilib:
“Mənə cəmi 40 min manat çatıb. Həmişə bu məsələlərdə mənim adım hallandırılıb, guya 10 milyon manatı mən mənimsəmişəm. Halbuki bunun belə olmadığına dair faktlarım var.
1991-ci ilin əvvəllərində Türkiyədən 250 ədəd avtomat gətirilmişdi – 1500 manata. O vaxt bir avtomat bir kəndi qorumağa bəs edirdi. Bizim əlimizdə pul yox idi, qohum-əqrəba ilə çalışdıq ki, həmin silahları alıb Qarabağa göndərək. Təxminən 350 min manat lazım idi. Hamı qəpik-qəpik pul yığdı, amma məbləğin yarısını belə toplaya bilmədik.
Əgər əlimizdə pul olsaydı, həmin 10 milyonun cəmi 10 faizi bizdə olsaydı, Qarabağ məsələsində uduzmazdıq. Amma Əbülfəz Elçibəy bu pulu mənimsəyən şəxs kimi adı çəkilən Rəsul Ələkbərovu qorudu və bizim onun arxasında getməyimizə imkan vermədi. Sonradan eşitdiyimə görə, həmin vəsaitin 70 faizi Elçibəyin əlində olub. Bunun nə dərəcədə doğru olduğunu dəqiq bilmirəm, amma buna inanıram”.
Pənah Hüseyn isə cavabında meydanda 10 milyon manat pul yığılması iddiasına inanmadığını bildirib:
“Mənim və bir neçə şəxsin Azərbaycan Milli Hərəkatını məhv etdiyini deyirlər. Amma burada məhv olan Nemət Pənahlının özüdür. Bu dediklərinə görə Nemət Pənahlı Əbülfəz Elçibəyin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir. Əks halda, məsələ məhkəməyə qədər gedib çıxa bilər”.
Nemət Pənahlı isə cavabında bildirib ki, Pənah Hüseyn ona qarşı illərdir amansız təbliğat aparıb:
“Əbülfəz bəyi xalqa mən tanıtmışam. Bu da mənim ən böyük cinayətimdir. Mən haqqımı Əbülfəz Elçibəyə halal etmirəm”.
Daha sonra Pənah Hüseyn debatla bağlı bunları deyib:
“Mənə həmişə deyirdilər ki, Nemətlə debata çıxma, gərək qulaq asardım”.
Nemət Pənahlı isə belə qeyd edib:
“Cəmi iki ay vəzifədə olmuş bir şəxsi baş nazir kimi təqdim edirsiniz. Əbülfəz Elçibəyin səhvi ondan ibarət idi ki, yaxşı kadrlar kənarda qaldığı halda Pənah kimiləri hakimiyyətə gətirdi. Elçibəyin faciəsi də elə buradan başladı – qarpız satanı baş nazir etdi. Pənah Hüseynin dövlətə verdiyi xeyir bir qarpızsatan qədər də olmayıb”.
Pənah Hüseyn isə buna cavab olaraq deyib:
“Əgər o qarpızsatan Nemət Pənahlını məhv edibsə, onda kül sənin başına”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 26 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















