Icma.az
close
up
RU
Elçin Əmirbəyov Yunanıstanın ERT telekanalına müsahibə verib

Elçin Əmirbəyov Yunanıstanın ERT telekanalına müsahibə verib

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət telekanalı "ERT"ə müsahibə verib.

Oxu.Az xəbər verir ki, E.Əmirbəyov müsahibədə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan həqiqətlərini Yunanıstan ictimaiyyətinin diqqətinə çatdırıb. O, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33 illiyinə istinad edərək, son dövrlərdə siyasi və iqtisadi sahələrdə müşahidə olunan müsbət təmayülü qeyd edib, münasibətlərin qarşılıqlı hörmətə, ortaq maraqlara və iqtisadi potensiala əsaslanaraq uğurla inkişaf etdiyini bildirib. O həmçinin Azərbaycan-Yunanıstan əlaqələrin müxtəlif sahələrdə daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ikitərəfli siyasi dialoqun son vaxtlar möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Yunanıstanın Baş naziri cənab Kiriakos Mitsotakis arasında formalaşmış səmimi və etibarlı münasibətlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, onların arasında keçən ilin noyabr ayında COP29 konfransı zamanı Bakıda keçirilmiş görüş zamanı baş tutmuş səmərəli və konstruktiv fikir mübadiləsinin önəmini xüsusi vurğulayıb.

E.Əmirbəyov Azərbaycan ilə Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını bildirərək, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya, o cümlədən Yunanıstana çatdırılmasının önəmini qeyd edib. Eyni zamanda, o, Azərbaycanın yaşıl enerjiyə keçid siyasəti çərçivəsində Yunanıstan ilə bərpa olunan enerji - o cümlədən hidrogen, günəş və külək enerjisi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Ticarət, nəqliyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına da toxunan Azərbaycan rəsmisi, 2024-cü ildə Bakıda keçirilmiş Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələri, eləcə də daha sonra baş tutmuş birgə hökumətlərarası komissiyanın iclasını və həmin iclasda qəbul edilmiş fəaliyyət planını qeyd edərək, bu sənədin Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsi üçün konkret addımları nəzərdə tutan yol xəritəsi funksiyasını yerinə yetirdiyini vurğulayıb.

Ermənistanla sülh prosesi barədə də danışan Elçin Əmirbəyov sülh sazişi mətninin 2025-ci ilin mart ayında artıq razılaşdırıldığını və tərəflərin onun imzalanmasına çox yaxın olduqlarını qeyd edib. O, sazişin imzalanmasına mane olan amillərdən bəhs edərək, Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddialarının qalmasını sülh sazişinin məzmununa və ruhuna zidd olan əsas maneələrdən biri kimi göstərib. Bundan əlavə, o, Minsk Qrupu və ATƏT-in digər əhəmiyyətini itirmiş təsisatlarının ləğv edilməsinin zəruri olduğunu bildirib. E. Əmirbəyov hər iki məsələnin tez ya da gec mütləq öz müsbət həllini tapacağına əminliyini ifadə edib.

Elçin Əmirbəyov Yunanıstanın "ERT" telekanalına müsahibə verib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri