Universitetlər vətəndaşların mühüm sənədini girov saxlayır Vəkildən ETİRAZ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Tələbənin orta təhsil attestatı niyə ali məktəblərimizdə saxlanılır? Tələbəyə surətini notarial (və ya apostil) təsdiq etmək lazım olanda da ali məktəb attestat əvəzinə başqa sənədi girov kimi saxlayır və ya ümumiyyətlə attestatı tələbənin əlinə verməyərək notariusa özü aparır”.
Redaktor.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov yazıb.
O bildirib ki, attestatın universitetə verilməsi lüzumsuz qaydadır:
“Sanki attestat tələbənin deyil, ali məktəbin mülkiyyətidir. SSRİ-dən qalma yersiz bürokratik qaydadır. Sivil dünyada abituriyent daxil olduğu ali məktəbə attestatın təsdiq olunmuş surətini təqdim edir. Yalnız keçmiş SSRİ məkanında bu anormal və tələbəyə əziyyət verən, ali məktəbi isə əlavə kargüzarlıqla yükləyən qayda var. Belə bəsit məsələdə keçmişdə qalmış təhsil sistemimizin mahiyyət üzrə bərbad olması labüddür...”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Yanvar 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















