Icma.az
close
up
RU
Elə bir şey olsaydı, yəqin... “Turan Tovuz”un oyunçusundan Qurban Qurbanova cavab

Elə bir şey olsaydı, yəqin... “Turan Tovuz”un oyunçusundan Qurban Qurbanova cavab

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Misli premyer-liqasında 20-ci turun ən baxımlı oyununu “Qarabağ”la “Turan Tovuz”un ifasında izlədik.

Qonaqlar son dəqiqələrdə vurduğu qollarla əzmkar qələbə qazandı. Onların heyətində ən fəallardan biri müdafiəçi Faiq Hacıyev idi.
- “Qarabağ” kimi komandanı son 10 dəqiqədə məğlub etdiz. “Kəpəz”ə acı məğlubiyyətdın sonra bunu necə bacardız?
- “Kəpəz”ə məğlubiyyətdən sonra həftəboyu bu oyuna hazırlaşdıq. Bilirdik ki, çətin olacaq. “Qarabağ”la oyunlar həmişə çətin olur. Bu matçda səbirli olmalıydıq, biz də onu bacardıq. Son dəqiqəyə kimi mübarizə apardıq və bəhrəsini gördük. 
- Ağdamlılar cari mövsümdə üç oyunda sizə qalib gələ bilməyib.
- “Qarabağ” elə komandadı ki, belə rəqiblərə qarşı onsuz da motivasiya yüksək olur. Həm bunun təsiri idi, həm də məşqçilərin tapşırığını düzgün yerinə yetirməyimizin. Bəlkə də buna görə “Qarabağ” bizdən cəmi bir xala ala bilib.
- Kurban Berdıyev məşqlərdə standart vəziyyətlərlə bağlı nəsə tapşırıq verirmi? 
- Məşqçimiz hər komandanı təhlil edir, güclü və zəif tərəflərini bizə anladır. Bunları biləndən sonra oyun üslubumuzu qururuq. Standart vəziyyətlər üzərində çox işləyirik.
- “Qarabağ” bir neçə gün əvvəl FKSB ilə oyunda da hər üç qolu künc zərbəsindən sonra buraxmışdı.
- Çempionat oyunlarımızda ən böyük üstünlüyümüz standart vəziyyətlərdi. Yəni tək “Qarabağ”la yox, bütün oyunlarda belə vəziyyətlərdən qol vurmağa çalışırıq.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında “Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdı. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir” dedi. Bu fikirlərə münasibətin?
- Qurban müəllimin sözlərinə hörmətlə yanaşıram. Bu barədə çox şey demək istəmirəm. Bu da bizim tapşırığımız idi. Şahruddinə çox da müdaxiləm olmadı. Sadəcə, orda durmuşdum. Bu, bizim standart vəziyyətdə etdiyimiz taktikadı. Amma qapıçıya çox toxunmadım. VAR-da da baxıblar, elə bir şey olsaydı, yəqin qolu qeydə almazdılar. 
- Bu oyuna əsasən demək olarmı ki, “Kəpəz”lə məğlubiyyət təsadüfü idi? 
- Çempionatımız elə gedir ki, bütün komandalar bir-birindən xal ala bilər. Yəni “Kəpəz”in qələbəsinə kölgə sala bilmərik. Futbolda hər şey olur. Təsadüfi qələbə deməyək. Çünki Gəncə təmsilçisinə hörmətsizlik olar, onlar yaxşı hazırlaşmışdılar. Hər oyuna ciddi yanaşırıq. Sadəcə, oyunumuzun alınmadığı günlər də olur. O oyunda da istədiyimiz alınmadı.
- Üç oyunluq qələbəsiz seriyanı qırdız. Bu qələbə nəyi dəyişəcək? 
- Bu 3 xaldan ilhamlanıb bütün oyunlara qələbə üçün çıxacağıq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağa şansımız var. Şansımız varsa, niyə də dəyərləndirməyək?! Bacardığımız qədər yuxarı pillələr uğrunda mübarizə aparmaq istəyirik. 
- Kurban Berdıyev kimi baş məşqçidən qazandığınız təcrübə nədi? 
- Berdıyev adından söz etdirmiş məşqçidi. Bəlkə də çox incə şeylərə toxunur. Bəzən deyirsən ki, başqa məşqçi olsa, buna diqqət yetirməz. Amma o, elə incə məqamlara diqqət edir ki, peşəkarlaşmağımıza yardım edir. 
- Mövsüm yarılanıb. Sən özündə irəliliyiş hiss edirsən?  
- Oyundan-oyuna “artırmağa” çalışıram. Baş məşqçimdən nələrisə öyrənməyə səy göstərirəm. Kurban Berdıyev də oyunumda rahatlıq yaradıb. Bundan öncə Ayxan Abbasovla da işləmişəm, ondan da çox şey öyrənmişəm.
- Komandanızdan Ayxan Quseynov, Şəhriyar Əliyev və Xəyal Nəcəfov yığmaya dəvət alır. Milli komanda ilə bağlı hədəfin varmı? 
- Mən də milli komandamızın formasını geymək istəyərəm. Yığmanın məşqçiləri oyunlara baxır.
- Bu mövsümü karyeran üçün uğurli saymaq olarmı? Ötən mövsüm sənin üçün yaxşı alınmamışdı, Ağabala Ramazanov sənlə mübarizə zamanı başından zədə alaraq karyerasını bitirmişdi...   
- Danışığımız oldu. Sağ olsun Ağabala, mənə dedi ki, futbolda belə şeylər qaçılmazdı. Məsələyə “sən məni futboldan uzaqlaşdırdın” kimi yanaşmadı. Başa düşdü. Mən özüm də gün bu gün pis oluram.
- Çempionatın səviyyəsi dəyişibmi? 
- Ötən mövsüm komandalar 41 xalla avrokuboklara yollanmışdı. Amma bu il indidən o xalı toplayanlar var. Bu da çempionatın səviyyəsinin qalxmasından xəbər verir. 
- Sonda azarkeşlərinizə nə demək istərdin? Avrokubok vədi verirsənmi?
- Azarkeçlərimiz həqiqətən bizə yaxşı motivasiya verir. Komandadan həmişə ən yaxşısını istəyirlər. Biz də bəzən onları məyus edir, bəzən sevindiirirk. Amma nəyəsə nail olmaq istəyiriksə, hamıməz birgə olmalıyıq. Birlik olsaq, nəticələrimiz də uğurlu olacaq. Azarkeşlərə təşəkkür edirəm ki, ev və səfər oyunlarında bizi tək buraxmırlar. Biz də çalışırıq ki, avrokubok sevinci yaşayaq. İşlərimiz belə gedərsə, zədəlilər və ya cəzalılarımız olmazsa, hamımız bu sevinci yaşayarıq.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri