Icma.az
close
up
RU
Menu

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

Ukraynada sülhə mane olanların adları açıqlandı

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

12 ton saxta spirtli içki ələ keçirildi

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

Elektromobillərin ili köhnəldikcə həm ekologiyaya, həm də avtomobili idarə edən şəxslərin səhhətində ciddi problem yaradacaq

Elektromobillərin ili köhnəldikcə həm ekologiyaya, həm də avtomobili idarə edən şəxslərin səhhətində ciddi problem yaradacaq

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elektromobillərin ənənəvi avtomobillərdən daha zərərli olduğu müəyyən edilib. Oxu.az-ın verdiyi məlumata görə, bunu Oklend Universiteti (Yeni Zelandiya) və Şiamen Universiteti (Çin) beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar göstərib. Araşdırmanın nəticələri “Energy” elmi jurnalında dərc edilib.

Komanda son 15 il ərzində 26 ölkədən məlumatları təhlil edib. Bu zaman nəqliyyat vasitələrinin istehsaldan utilizasiyaya qədər tam dövrü nəzərə alınıb. Nəticədə geniş yayılmış fikrin əksinə olaraq, elektromobillərə keçidin iqlim dəyişikliyinin əsas faktoru olan qlobal karbon dioksid emissiyalarının azalmasına səbəb olmadığı aşkar edilib.

Bundan əlavə, elektrik enerjisinin əsasən kömür və neftdən istehsal olunduğu ölkələrdə elektromobillər daxiliyanma mühərrikli ənənəvi avtomobillərdən daha zərərli ola bilər.

Alimlərin hesablamalarına görə, real ekoloji təsirə nail olmaq üçün enerji sistemində bərpaolunan enerji mənbələrinin payı ən azı 48%-ə çatmalıdır, halbuki hazırda bu göstərici dünya miqyasında təxminən 30% təşkil edir.

“Bizim təhlilimiz göstərir ki, elektromobillərin ekoloji üstünlükləri tamamilə ölkənin elektrik enerjisi istehsalı strukturundan asılıdır”, - deyə tədqiqatın həmmüəllifi Stiven Poletti izah edib.

Bu iş nəqliyyatın elektrifikasiyasına üstünlük verən bir çox dövlətin mövcud iqlim strategiyalarının effektivliyini sual altına qoyur. Alimlər təkcə elektromobillərin təşviqini deyil, həm də bərpaolunan enerji mənbələrinin sürətli inkişafını, enerji səmərəliliyinin artırılmasını və iqtisadiyyatın dekarbonizasiyası üzrə digər tədbirləri əhatə edən kompleks yanaşmanın zəruriliyini vurğulayırlar.

Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-nə olan məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub. 2023-cü ildə isə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.

Bu ilin yanvar-fevral aylarında isə Azərbaycana xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 309 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 232 ədəd (42,9%), dəyər ifadəsi ilə 10,8 milyon ABŞ dolları (47,1%) azdır.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana idxal dəyəri 22,8 milyon ABŞ dolları dəyərində 541 ədəd elektromobil gətirilmişdi.

Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta idxal qiyməti 39,1 min dollar (66,5 min manat) olub ki, bu da illik müqayisədə 3,1 min dollar (5,3 min manat) və ya 7,3% azdır.

Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta idxal dəyəri 42,2 min dollar ( 71,8 min manat) idi. Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat” a şərhində bildirdi ki, elektromobillərin ili köhnəldikcə həm ekologiyaya, həm də avtomobili idarə edən şəxslərin səhhətində ciddi problem yaradacaq: “Köhnəldikdən sonra elektromobillərin utilizasiya məsələsi ciddi problemlər yaradacaq. Hazırda yeni olduqları üçün bu çox da nəzərə çarpmır. Köhnə "Prius"lar ucuz olduğu üçün bazara sürətlə daxil oldu. Dəfələrlə köhnə hibrid avtomobillərin ölkəyə gətirilməsinin əleyhinə çıxışlar olsa da, buna məhəl qoyan olmadı. Avtomobillərin kütləvi şəkildə gətirilməsi bəzi qurumlara sərf edir, buna görə də bəzi məqamlara göz yumulur. ABŞ-da köhnə hibrid avtomobillərin utilizasiyası baha başa gəldiyi üçün onu dəyər-dəyməzinə satıb ölkəni “təmizlədilər”. Köhnə hibrid avtomobillər mümkün qədər dərində basdırılmalıdır ki, ətraf mühitə çox ziyan vurmasın. Müqayisə üçün, adi saat batareyasını belə tərkibində olan kimyəvi maddələrə görə zibil qutularına tullamaq olmaz.  Təəssüf ki, elektromobillərin sayı günü-gündən artır".

Ekspertin sözlərinə görə, elektromobillər işlək halda da insan orqanizminə mənfi təsir göstərə bilər: “Uzaq yol gedərkən daxili yanma mühərriki olan avtomobildə heç kimdə baş hərlənməsi, ürək bulanması halları olmur. Amma Çinin ən lüks avtomobil markalarının istehsalı olan elektromobillərlə yol getdikdə səhhətində hər hansı problem olan şəxslərdə müəyyən narahatlıqlar olur. Yeni avtomobildə belə bu hal yaşanırsa, köhnəldikcə istər-istəməz fəsadları daha da çoxalacaq.  Elektromobillərlə bağlı araşdırmanın dünyada səs-küyə səbəb olması bazara da ciddi təsir göstərəcək. Bu cür xəbərlər qismən də olsa, elektomobillərin qiymətinə və tələbata təsir göstərir. Bakı şəhərində onsuz da radiasiya çox idi. Elektromobillərə kütləvi şəkildə keçid radiasiyanı bir qədər də artıracaq. Azərbaycan neft ölkəsidir. Bu da radiasiyanı artıran amillərdən biridir. Odur ki, bunun qarşısını almaq üçün çıxış yolları düşünmək lazımdır”.

Xatırladaq ki, bu yaxınlarda Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə mexanizmləri ilə bağlı təkliflər hazırlanır.

“2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim ediləcək. Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır”, - deyə o qeyd edib.

R.Qurbanovun sözlərinə görə, elektromobil və hibrid avtomobillərin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsini adekvat gücləndirilməsi əsas prioritetlərdən biridir. “Hazırda Azərbaycanda minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, - deyə R.Qurbanov bildirib.

O qeyd edib ki, 2025-ci ilin yanvar göstəricilərinə əsasən, elektromobil və hibrid avtomobillərin sayında 33 %-lik artım müşahidə olunur: “Bu proses avtomobil sektorundakı tendensiyalarla yanaşı, dövlət tərəfindən dəstəklənən infrastruktur layihələri ilə əlaqəlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Aprel 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see157

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see139

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see129

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see127

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see126

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see120

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see119

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see119

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see119

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see116

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see115

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

15 Aprel 2025 18:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri