Icma.az
close
up
RU
Elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır AYDINLIQ GƏTİRİLDİ

Elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əvvəlcə elektromobillərin mənfi təsirləri ilə bağlı kifayət qədər geniş ictimai qənaət formalaşmayıb. Lakin bu sahədə bəzi problemlərin artıq müşahidə olunduğunu demək mümkündür. Xüsusilə elektromobillərin enerji tələbatının artması nəticəsində dolayı yolla ətraf mühitin çirklənməsi və digər potensial risklər diqqətdən qaçmamalıdır. Bu səbəbdən elektromobillərin mənfi cəhətlərinin də elmi müstəvidə araşdırılması və qiymətləndirilməsi vacibdir. Bununla yanaşı, istifadəçi baxımından müsbət tərəflər barədə də danışmaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, elektromobillərin müsbət təsirləri kontekstində qeyd edə bilərik ki, Azərbaycan da 2030-cu ilə qədər atmosferdəki karbon dioksid emissiyalarının minimuma endirilməsi və “yaşıl dünya” naminə qlobal kampaniyalara qoşulma istiqamətində ciddi öhdəliklər götürmüşdür: "Bu məqsədlə əsas hədəflərdən biri daxili yanma mühərrikli nəqliyyat vasitələrinin sayını azaltmaq və onların yerini daha ekoloji cəhətdən zərərsiz olan elektromobillərlə və ya hibrid nəqliyyat vasitələri ilə əvəz etməkdir.

Elektromobillərin üstünlüklərindən biri odur ki, onların istifadəsi atmosferə atılan zərərli qazların – xüsusilə də karbon dioksid və azot oksidlərinin – miqdarının azalmasına şərait yaradır. Əgər elektromobil şarj stansiyalarının sayı artırılarsa və geniş istifadə təmin olunarsa, bu, həm də iqtisadi baxımdan səmərəli nəticələr verə bilər. Belə ki, elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır və texniki baxımdan da daha az resurs tələb olunur. Bununla yanaşı, şəhər mühitində səs-küyün və havanın çirklənməsinin azalması da mühüm ekoloji faydalardandır".

Ekspert həmçinin qeyd edir ki, elektromobillərin alınması zamanı, məlumdur ki, Azərbaycanda bu nəqliyyat vasitələri bir sıra fiskal güzəştlərdən faydalanır. Belə ki, elektromobillər gömrük rüsumlarından və aksiz vergisindən azaddır. Bu amillər həm ölkəyə idxal olunan elektromobillərin qiymətinin tənzimlənməsinə, onların daha əlçatan və ucuz olmasına şərait yaradır, həm də vətəndaşları ekoloji cəhətdən üstün nəqliyyat vasitələrinə üstünlük verməyə təşviq edir.

Alınan elektromobillərin dəyəri uzunmüddətli perspektivdə daha sərfəlidir. Bu tendensiya artıq Azərbaycanda da müşahidə olunmağa başlanmışdır. Məsələn, “Demir Yol Nəqliyyat Parkı”nda yenilənmə işləri çərçivəsində elektromobillərin gətirilməsi və istismara verilməsi prosesi həyata keçirilmişdir. Bu yeniliklər, ölkədə elektromobillərin tətbiqinin genişləndirilməsi istiqamətində atılan addımların bariz nümunəsidir.

Bundan əlavə, qeyd etmək lazımdır ki, bu sahədə digər alternativ seçimlər və texnoloji yeniliklər də mümkündür. Məsələn, COP29 ərəfəsində Azərbaycan yeni, tam elektriklə çalışan avtobuslar əldə etmiş və onların istifadəsinə başlamışdır. Bu addımlar, həm ictimai nəqliyyatda karbon emissiyalarının azaldılması, həm də ölkənin ekoloji hədəflərinə çatması baxımından mühüm əhəmiyyət daşıyır" - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri