Elektron siqaret qadağası GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik aprelin 1-də qüvvəyə minəcək.
Sənədə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin qanunun tətbiqi barədə 14 mart tarixində imzaladığı Fərman qeyd edilən tarixdə qüvvəyə minəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 27 Mart 2026 06:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















