Icma.az
close
up
RU
Elektron tərəzilər tır sürücülərini qanunsuz CƏRİMƏ YAĞIŞI na tutub İDDİA

Elektron tərəzilər tır sürücülərini qanunsuz CƏRİMƏ YAĞIŞI na tutub İDDİA

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər yük avtomobili sürücülərinin elektron tərəzilərlə bağlı şikayətləri artıb. Sürücülərin sözlərinə görə, yük maşınlarının çəkiləri normadan artıq olmadığı halda tərəzilər yüksək rəqəm göstərir və minlərlə manatlıq cərimələr yazılır.

Həmin sürücülərdən biri - Nizami Tofiq oğlu Vahidov Oxu.Az-a müraciət edib.

O bildirib ki, 700-ə yaxın sürücü sözügedən məsələdən əziyyət çəkir:

"Avqustun 5-də "Shacman" markalı yük maşını ilə Quba istiqamətində hərəkət edərkən Mollakamallı kəndi ərazisində quraşdırılan elektron tərəzidən keçərkən 600 manat cərimələndim. Yükümün normadan artıq göstərildiyi barədə mesaj aldım. Halbuki yükləmə məntəqəsindən çıxarkən çəki 32 ton 160 kiloqram idi. Daha sonra rəsmi sertifikatlı tərəzidən keçdim və yük maşınının çəkisi 31 ton 850 kiloqram oldu. Yəni heç bir artıq yük daşımırdım. Buna baxmayaraq, elektron tərəzi 35 ton 780 kiloqram göstərərək məni cərimələdi".

Sürücü bildirib ki, məsələ ilə bağlı dərhal Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin "141" qaynar xəttinə və yol polisi əməkdaşlarına müraciət etsə də, şikayəti cavabsız qalıb:

"Oxşar hadisə avqustun 21-də yenidən təkrarlanıb. Bu dəfə yük avtomobili 31 ton 120 kiloqram idi. Lakin Xızı rayonun Şorabad kəndi istiqamətində quraşdırılan elektron tərəzi mənim yükümü normadan artıq göstərdi və 1200 manatlıq cərimə yazdı: "Yüküm faktiki 31 ton 120 kiloqram idi. Sertifikatlı tərəzidə təsdiqini də aldım. Amma elektron tərəzi 34-35 ton göstərdi. Mənim əlimdə bununla bağlı bütün çeklər var. Buna baxmayaraq, SMS-lə 1 200 manat cərimə gəldi".

Sürücü əlavə edib ki, avqustun 24-də Xaçmaz istiqamətində hərəkət edən zaman yenə eyni situasiya təkrarlanıb və bu dəfə 3 000 manata yaxın ümumi cərimə ilə üzləşib: "Texniki baxışdan keçmək üçün cərimələri ödəməliyəm. Ödəmədiyim üçün əlavə olaraq 50 manat da cərimə gəlib. Beləliklə, cərimələrin məbləği artmaqda davam edir".

Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Lakin hələ də problemin həlli tapılmayıb:

"Məni ancaq məhkəməyə yönləndirirlər. Artıq ayın 5-dən bu günə qədər araşdırma aparılmalı idi, amma heç bir nəticə yoxdur. Hazırda işim məhkəmədədir".

Bu gün Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsindən sertifikatlı tərəzi ilə faktiki olaraq 30 ton 840 kiloqram yüklə yola düşdüm. Lakin Ceyranbatan ərazisində elektron tərəzi 35 ton 210 kiloqram göstərdi və 1 200 manat yenə cərimələndim. Boğaza yığılmışam, mən kasıbdan nə istəyirlər?"

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən edilir:

"Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir. Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi sözügedən qərara əlavə olunmuş 2 nömrəli cədvəldə müəyyən edilmiş hədləri aşmamalıdır.

Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əksini tapıb. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barədə hər hansı fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:456
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri