Icma.az
close
up
RU
Elementar suala cavab verə bilməyən müəllim yenidən təhsil alsın

Elementar suala cavab verə bilməyən müəllim yenidən təhsil alsın

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bildiyiniz kimi fevralın 28-dən martın 19-na qədər fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə müəllimlərin attestasiyası keçirilmişdir. Burada 1700 nəfərə yaxın müəllim iştirak etmişdir.Komissiya üzvlərindən olan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru , sənətşünaslıq üzrə fəlsəfə doktoru, Tərəqqi medallı, Humay Milli Mükafatı laureatı Könül Hüseynova fortepiano müəllimləri üzrə komissiyanın sədri olmuşdur.

Manset.az attestasiya prosesi haqqında Könül Hüseynovanın müsahibəsini təqdim edir.

- Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?

Attestasiya prosesini müəllimlərin peşə bacarıqlarının qiymətləndirilməsi baxımından yüksək dəyərləndirir, onların öz iş fəaliyyətlərində daha inamlı və böyük səylə çalışmalarına təkan vermiş olduğuna inanıram.

Son 3 ay ərzində attestasiya proqramına hazırlıq müəllimlərin bəlkə də müəyyən dərəcədə unudulmuş biliklərini yenidən cilalayıb, təkmilləşdirib təqdim etmələrini şərtləndirdi. Hətta imtahan zamanı bir çox müəllimlər özləri belə attestasiya prosesinə hazırlıq dövründə yeni biliklər əldə etdiklərini vurğuladılar və  bu yenilikləri tədris prosesinə tətbiq edəcəklərini qeyd etdilər.

İnsan öz sevib seçdiyi peşəsində uğurlu olduğuna inandıqda biliklərini daha dolğun və çoxçalarlı şəkildə ötürə bilir. Gənc musiqi nəslinin formalaşıb, incəsənət sahəsində bəlirli uğurlar əldə etmələri üçün savadlı, peşəkar pedaqoji ustalıqları ilə seçilən müəllimlərə böyük ehtiyyac duyulur.

Bizim xalqımızın istedadlı övladları incəsənət sahəsində xüsusilə fərqlənirlər. Bu cür bacarıqlı övladlarımıza peşəkar müəllimlərin tədris etmələri gələcəkdə mədəniyyətimizin çiçəklənməsinə töhfələr verə bilər.  Dahi musiqiçilərimiz, dünya səviyyəli incəsənət nümayəndələrimiz və onların yetişdirdikləri böyük bir musiqiçi nəsli bu fikrin bariz nümunəsidir.

Təəssüf hissi ilə qeyd edirəm ki, son illər musiqi sahəsində inkişaf əvvəlki illərə nisbətən daha az nəticələrlə əks olunur.

7 və 11 illik Uşaq İncəsənət Məktəblərinin məzunlarının sayının azlığı, ifaçılıq bacarıqlarının zəifliyi, onların bir çoxunun musiqi üzrə təhsillərini ali təhsil ocaqlarında davam etdirməmək istəkləri isə bu problemlərin bir hissəsidir. Əgər biz statistikaya nəzər yetirsək görərik ki, bu sahədə bəlirli uğurlar əldə etmiş şagirdlər sənətdən uzaqlaşmırlar. Onların uğurlarının təməlçisi isə müəllimləridir. Müəllim səylə çalışıb şagirdini yeni nailiyyətlərə doğru istiqamətləndirsə, mütəmadi konsertlərdə iştirakını şərtləndirsə, fədəkarcasına çalışsa, şagirdinin musiqi ilə bağlı bütün suallarına cavab vermək iqtidarında olsa, bir sözlə musiqiçi kimi ona örnək olsa, o zaman yetişməkdə olan musiqiçi nəslimiz bu sahənin əsas simalarına çevrilə bilərlər.

- Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi?

Mən sədri olduğum komissiya haqqında deyə bilərəm ki, proses şəffaf, qərəzsiz, bütün insani məqamların nəzərə alınması ilə , müəllimlərin pedaqoji keyfiyyəylərinin üzə çıxması yolunda komissiya üzvlərinin obyektiv yanaşma tərzi ilə aparıldı. Bunu bizim komissiya qarşısında attestasiya olunmuş hər bir iddiaçı təsdiqləyə bilər.

- Attestasiyada istedadlı, bacarıqlı müəllimləri tanıdığıma şad oldum. Hətta onlardan biri yüksək ifaçılıq və bilik səviyyəsinə görə diqqətimi xüsusilə cəlb etdi. O cür yüksək səviyyəli müəllimlərin Ali Təhsil Ocaqlarında da fəaliyyət göstərmələri məqsədəuyğundur. R.Şumanın “Kreysleriana” əsərini yüksək ifaçılıq bacarığı, dərin məzmunlu təfsir elementləri ilə zənginləşmiş bir tərzdə ifa edən, eyni zamanda da pedaqoji ustalığını və dərin bilik səviyyəsini nümayiş etdirən müəllim necə heyrət doğurmaya bilməz?!

   Həmçinin, namizədlərdən F. Şopenin 2 nömrəli “Skertso”, 3 , 12 saylı Etüdlərinin və b. əsərlərin ifalarını nümayiş etdirən müəllimlərin pedaqoji bilik səviyyələri də qürurverici idi. Təbii ki, attestasiyada hər bir müəllim bu cür səviyyəli  əsərləri ifa etmək məcburiyyətində deyil və namizədlər daha asan əsərləri də ifa edərək, komissiya üzvləri tərəfindən ünvanlanmış suallara cavab verərək müsbət qiymətləndirilmişlər.

Təəssüf hissi ilə qeyd etməli olduğum məqamlar da mövcud idi. Belə ki, ən elementar- Do major qammasının paralel minorunu, sol major qammasının işarəsini, klaviaturada mi diyez notunu göstərməyi, Dövlət himninin müəlliflərini bilməyən, İ.S.Baxı, F.Şopeni tanımayan, 2 və 3-cü siniflərin proqramlarını, ən adi musiqi terminlərini, 4/3 ölçünü bilməyən və s. müəllimlər də var idi. Məhz attestasiyanın zərurətini də son fikirlərim təsdiqləmiş olur.

- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?

Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərin bir qismi təlimlərə cəlb olunub, öz üzərilərində səylə çalışıb təkmilləşə bilərlər ancaq ən elementar 1-ci sinif səviyyəli suallara cavab verə bilməyən müəllimlərin isə yenidən təhsil almaları məsləhət görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri