Icma.az
close
up
RU
Əli Təbrizlinin Türkçülük və ictimai siyasi görüşləri

Əli Təbrizlinin Türkçülük və ictimai siyasi görüşləri

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I yazı

Azərbaycan Türk mütəfəkkiri, türkçülüyün ideoloqlarından Əli Təbrizli (1929-1998) Təbrizin Münəc­cim məhəlləsində anadan olub, ibtidai və orta təhsilıni burada alıb. 1945-ci ildə Milli Hökumət dönəmində ana dilində təhsilnə davam edən Təbrizli on beş yaşında olarkən ailəsi ilə birgə Tehrana köçüb. Gənc ikən çeşidli işlərlə məşğul olub və nəhayət, “Atropat” yayınevini açıb. O, ayrı-ayrı dövrlərdə ədəbi dərnəklər adı altında milli məsələləri müzakirə edən və milli işlərlə məşğul olan siyasi-mədəni qruplar yaradıb. Dəfələrlə Pəhləvi rejiminin zindanlarında dustaq olan Təbrizli bütün təzyiqlərə baxmayaraq, Türk folklor nümunələrini toplamağa başlayıb. ”Kərəm ilə Əsli” dastanı­nı toplayıb yazıya köçürərək nəşr edən Təbrizli daha sonra Şah İsmayılın həyatı və şeirlərini əhatə edən iki cildlik “Şah İsmayıl” kitabını yayınlayıb.

1955-ci ildən sonra şair Həsən Məcidzadə Savalanla birlikdə çalışmağa başlayan Təbrizli bu işbirliyinin nəticəsi olaraq 4 ildən sonra “Əliağa Vahidin külliyyatı” kitabını ərsəyə gətirib. Daha sonra isə onlar “Azərbaycan nəğmələri və bayatıları” (iki cilddə), ”Koroğlu” dastanını nəşr ediblər. Eyni zamanda o, Sava­lanla birlikdə “Azərbaycan klassik ədəbiyyatından şeir məcmuə­ləri”, “Füzuli divanı”, “Salman Mümtazın şeirləri”, “Əziz Nesinin hekayələri” və başqa kitabları hazırlayaraq nəşr edib.

Tanınmış ziyalımız, folklorşünas, türkoloq alim Əli Şamil yazır ki, Əli Təbrizli Həsən Məcidzadə Savalanın “Apardı sellər Saranı” və başqa əsərləri çap edərkən şah jandarması nəşriyyata basqın edərək çap olunan və çapa hazırlanan, mətbəədə yığılan kitabları müsadirə edib, onun özünü də zindana atıblar. Ə.Şamil yazır: “Bu hadisə Əli Təbriziyə yalnız mənəvi deyil, həm də böyük maddi zərbə vurur. Buna baxmayaraq, o, ruhdan düşmür, müba­rizəsini davam etdirir. Məqalələrində Türk elitası içərisində etnik təəssübün olmamasını tənqid edərək yazır ki, vara və sərvətə, qüdrətə və gücə, yaxşı yeyib və içməyə, habelə ev bəzəklərinə və yüzlərcə belə şeylərə və işlərə qiymət və dəyər qoyulurdu, ancaq dilə, ədəbiyyata, milli mədəniyyətə, milli vicdana, özünü və millətini tanımağa elə bir könül və əlaqə göstərilmirdi. Və indi budur ki, bugünkü nəslin əlində bir öylə milli fərhəng yoxdur və olub qalan varsa da, ya gözlərdən itkindir və ya zamanın pası və tozu ilə örtülüdür”.[1]

Təbrizli naşir olmaqla yanaşı, həm də bir şair, araşdırıcı, publisist kimi tanınıb. Ən önəmlisi isə, o, milli hərəkatın həm görkəmli nümayəndəsi, həm də ideoloqu kimi də məşhurlaşıb.

Onun əsas əsərləri “Ədəbiyyat və milliyyət”, “Əli Təbrizlinin qəzəlləri”, “Göz yaşları” kitablarıdır. Onun ictimai-fəlsəfi yönlü milli məsələlərə aid əsas baxışları 1960-cı illin başlarında qələmə aldığı “Ədəbiyyat və milliyyət”, ya da “Dil və ədəbiyyat” əsərində öz əksini tapmışdır.[2]

O, “Ədəbiyyat və milliyyət” əsərində İran-fars şovinizmini, Aryan irqciliyini tənqid etməklə yanaşı, həmin dövrün mənzərəsini də verməyə çalışmış və türkçülüyün zəif duruma gətirilməsi səbəblərini göstərməyə çalışmışdır.[3] Bu baxımdan Təbrizli sağ, ya sol ideologiyalara ifrat bağlı olan soydaşlarını tənqid edir, onları milli məsələnin həllinə köklənməyə dəvət edirdi. O haqlı olaraq hesab edirdi ki, türklüyün arxa plana keçməsində iran-fars irqçiləri qədər öz türklüyünü unudub irançılığa-aryançılığa xidmət edən türklər də günahkardırlar: “Yuz illərcə, milyonlarca qoyun kimi doğulub, qoyun kimi yeyib və qoyun kimi qığılayıb, və sonra qoyun kimi ölub gedənlərimiz və onların yerin tutanlarımız, hər işə qulp qoyub, hər oyuna baş vurub, və tarix və coğrafiya oxuyub və yazıb, hər curə özgə dillər ögrənib və ögrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərini və dillərini tanıyıb və hər cürə boyağa bulaşıb, ancaq özün və millətin, və kim imiş və kimdir və kim olacağın tanımayıb və hələ də tanımaq istəmir”.[4]

Türklərlə farsların islamaqədərki dövrünə nəzər salan Təbrizli hesab edirdi ki, İslamdan öncə farsların nəinki ciddi bir elmi-fəlsəfi, hec bir ədəbi, nəzmi, roman kitabları da yoxdur. Sadəcə, Sanskrit, Avesta, Mazda, Yəşt adlı bir neçə kitabcıqlar varsa da xurafat və movhumat üçün yazılıbdır. Bu baxımdan irançıların islamaqədərki İran tarixini göylərə qaldırmasını mənasız hesab edən mütəfəkkirə görə, üstəlik bunun fonunda farsların ərəb və turkləri “vəhşi və dilbilməz” kimi qələmə verməsi irqçilikdən başqa bir şey deyildir. Təbrizlinin fikrincə, əgər türklərvə ərəblər vəhşi, yırtıcı olsaydı, Firdovsi “Şah­namə”sini ərəb əlifbasında yazıb Türk hökmdarına hədiyyə etmək niyyətinə düşməzdi. Təbrizli yazırdı: “Firdovsi ərəb əlifbası ilə nə üçün Türk şahı Mahmud Qəznəviyə “Şahnamə”ni yazmış? Bu uzun əsrlər boyu Həkim Fərrux Sistani, Ünsüri, Ənvəri, Qani Şirazi, Hafiz Şirazi, Vüsal Şirazi, Sədi Şirazi,... Kəmaləddin İsfahani, Məliküşşüəra Bahar Xorasani və yüzlərcə, minlərcə şairlər və məddahlar hünərləri və istedadlarını Ərəb, xüsusilə Türk üçün nəsar (hədiyyə) təqdim etmişlər”.[5]

Bütün bunların fonunda o, istər islamaqədərki, istərsə də İslam dinini qəbul etdikdən sonrakı dövrlərdə böyük mədəniyyətə, dövlətlərə sahib olan türklərin, xüsusilə də Turk xaqanlarının Türk dilinə, Türk ədəbiyyatına bir qədər biganə münasibət bəsləməsini, bunun əvəzində Ərəb, Fars dillərinə, onların ədəbiyyatına daha çox önəm vermələrini tənqid etmişdir. Təbrizli Əli hesab edirdi ki, Türk dövlətlərinin başçılarının milli dil və milli ədəbiyyat məsələ­lərində bir çox hallarda yanlış siyasət yeritmələri Türk xalqları üçün yaxşı olmamışdır. O, yazırdı: “Qulluqlarında yüzlərcə balaca şahlar, hökumətlər, tarix yazanlar, ədiblər və şairlər, memarlar və təbiblər olan ata və babalarımız, gələcək nəsil üçün, yəni bizlər üçün hec bir gözəl milli miras, milli dil və ədəbiyyat, milli tarix qoymayıblar. Fəqət günün nəğd olan qüdrət və gücünə qane olub, zəmanı və dünyanı kiçik və qısa düşünüblər... Dilə, ədəbiyyata, milli fərhəngə, milli vicdana, özün və millətin tanımağa elə bir könul və əlaqə göstəril­mirdi. Və indi budur ki, bugünkü nəslin əlində bir öylə milli fərhəng yoxdur və olub qalan varsa da ya gözlərdən itkindir, ya da zaman pası və tozu ilə örtülüdur”.[6]

Azərbaycan Türk mütəfəkkirinə görə, Türk dövlətlərinin xaqanları, məmurları hər zaman başqa xalqlara, onların dillərinə, ədəbiyyatlarına hörmət etdikləri, hətta bir çox hallarda öz dillərindən, mədəniyyətlərindən də üstün saydıqları halda, bunun qarşılığında da daima zərbə alıblar. Ancaq bundan daha çox zərbə alan və uduzan tərəf isə Türk xalqları olmuşdur. Məsələn, Türk sultanı Mahmud Qəznəli Fars şairi Firdovsiyə nə qədər comərdlik etsə də, nəticədə Firdovsi farsların uydurma tarixini yazmış, üstəlik orada türkləri aşağılamağa çalışmışdır.[7]

[1]https://ali-shamil.tr.gg/%26%23399%3Bli-T%26%23601%3Bbrizi.htm

[2] Ağcaköylü Abdullah. Bilinmeyen Büyük Bir Türkçü ve Türkçeci Tabrizli Ali. – “Türk kültürü”, sayı 1, yıl 1, Kasım 1962, s.41-45

[3] Məmmədli Pərvanə, Nəsib Nəsibli. Fikir və əməl böyüklərimiz./Təbrizli Əli/. Bakı, Nurlar NPM, 2014, s.427-429

[4]Təbrizli Əli. Ədəbiyyat və miliyyət. Tehran, Atropat kitab evi, 1360, s.3

[5]Təbrizli Əli. Ədəbiyyat və miliyyət. Tehran, Atropat kitab evi, 1360, s.4-5

[6] Yenə orada, s.101

[7] Məmmədli Pərvanə, Nəsib Nəsibli. Fikir və əməl böyüklərimiz./Təbrizli Əli/. Bakı, Nurlar NPM, 2014, s.431


OXŞAR XƏBƏRLƏR

Tarix kimin yanında idi? - Səttarxan, Xiyabani, yoxsa Pişəvəri?

09:19

CON QAFFARİ - 85: Hollivudda bir İÇƏRİŞƏHƏRLİ

23 Sentyabr 10:11

Bir daha Himnimiz haqqında

23 Sentyabr 10:07

Zamandan üstün ömür: İnam Ata (Asif Ata) – 90

23 Sentyabr 09:52

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

23 Sentyabr 09:38

Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri

23 Sentyabr 09:25

Türk dastanının qəhrəmanlarından biri-Azər Turan

19 Sentyabr 14:20

Andı Vətən olanlar… - Onlar sabitlik adasının keşikçiləridir

16 Sentyabr 11:06

Cəngavər kəşfiyyatçı

16 Sentyabr 10:43

Dildə, Fikirdə, İşdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

16 Sentyabr 10:36

Professional müsiqimizin iki zirvəsi

16 Sentyabr 10:16

Zamandan üstün ömür: İnam Ata (Asif Ata) – 90

16 Sentyabr 09:52

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

16 Sentyabr 09:26

Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri

16 Sentyabr 09:13

Hindistanda Türklər və Türk mədəniyyəti

9 Sentyabr 10:34

Qıpçaq çöllərinin və Altay dağların Şaman ocaqları

9 Sentyabr 10:23

Yenilməz döyüşkənlik və haray soraqçısı

9 Sentyabr 09:35

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

9 Sentyabr 09:18

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Bu ətlərin satışına icazə verilməyəcək - YENİ QAYDA

11:01

Satışda olan balıqlarla bağlı qorxunc iddia: “İnsan nəcisi ilə qidalandırılır”

10:24

Nəcməddin Sadıkov orduya qayıtmağıma imkan vermirdi... - General Zaur Cavanşir YAZIR

10:04

Bu avtobuslarda gediş haqqı 60 QƏPİKDƏN BAHA OLDU

09:29

İqbal Ağazadə Cabir İmanovla bağlı çıxışına aydınlıq gətirdi

00:30

Trampın Ərdoğana mesajının sirri – Növbəti “hədəf” Türkiyədir

29 Sentyabr 17:10

SON XƏBƏRLƏR

“Sülh istəyirsiniz, yoxsa...” - Paşinyan xalqı seçim arasında qoydu

11:43

Paşinyanın seçki və konstitusiya planları: Ermənistan üçün yeni mərhələ?

11:33

Qripdən necə qorunmaq olar? - İnfeksionistdən tövsiyələr

11:20

Həmasın Qəzza planına ilk reaksiyası Ağ Ev tərəfindən açıqlandı

11:10

Bu ətlərin satışına icazə verilməyəcək - YENİ QAYDA

11:01

Bu torpaqlarda tikintiyə icazə verildi – Yeni qayda

10:49

Netanyahu 20 maddəlik planı qəbul etdi: Avropa bunu alqışlayır

10:37

Misir və Qətər Trampın Qəzza planını Həmas-a çatdırıb

10:26

Satışda olan balıqlarla bağlı qorxunc iddia: “İnsan nəcisi ilə qidalandırılır”

10:24

Azərbaycanda bu kağız pullar artıq qəbul edilmir – SƏBƏB

10:13

Nəcməddin Sadıkov orduya qayıtmağıma imkan vermirdi... - General Zaur Cavanşir YAZIR

10:04

Pezeşkiandan ölkəni silkələyən mövqe

09:59

Əgər ölkədə xərçəngdən ölənlər ürək xəstələrini üstələyirsə, demək... – Həkimdən AÇIQLAMA

09:38

Bu avtobuslarda gediş haqqı 60 QƏPİKDƏN BAHA OLDU

09:29

Sabah ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

09:26

Əli Təbrizlinin Türkçülük və ictimai-siyasi görüşləri

09:21

Tarix kimin yanında idi? - Səttarxan, Xiyabani, yoxsa Pişəvəri?

09:19

Neft ucuzlaşmaqda davam edir

09:02

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz - Açıqlama

00:50

İqbal Ağazadə Cabir İmanovla bağlı çıxışına aydınlıq gətirdi

00:30

ABŞ-dan Azərbaycanla bağlı xoş xəbər: Dünyada ilk…

00:13

Azərbaycana qarşı kampaniyanın başında kim dayanır? - VİDEO

00:07

Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir?

29 Sentyabr 22:55

III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı

29 Sentyabr 22:29

Orban Ukraynanı təhqir etdi: “Hər şey bitib, çünki…”

29 Sentyabr 22:06

Rusiyadan İrəvana ŞOK Gümrü XƏBƏRDARLIĞI: “Tərk etməyəcəyik”

29 Sentyabr 21:45

NATO ölkələri Ukraynaya qalib gəlmək üçün daha çox iş görməlidir - Ostin

29 Sentyabr 21:41

Trampla görüşən Netanyahu həmin ölkəyə zəng edərək üzr istədi

29 Sentyabr 21:29

CASCFEN-dən türk dünyası ziyalılarına “Təşəkkürnamə”

29 Sentyabr 21:23

Qarabağda mina və kasetli silah problemi: Dəyirmi Masada çağırışlar səsləndi / FOTOLAR

29 Sentyabr 21:21

QHT “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” layihəsini uğurla yekunlaşdırdı - FOTOLAR

29 Sentyabr 21:19

Məhəmməd daha bir zorlamada İTTİHAM olunur

29 Sentyabr 21:04

Tramp Vaşinqtonda Netanyahu ilə görüşdü

29 Sentyabr 21:01

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29 Sentyabr 20:55

Tramp onu hədələdi: Yardım dərhal kəsiləcək!

29 Sentyabr 20:49

Gedişhaqqı artırıldı: Digər sahələrdə də qiymət artımı gözlənilir? - ŞƏRH

29 Sentyabr 19:17

Bu tarixdən hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

29 Sentyabr 18:02

Tramp: ABŞ-dan kənarda çəkilən bütün filmlərə 100 faizlik rüsum tətbiq edəcəyəm

29 Sentyabr 18:01

Prezident Si Cinpinə məktub göndərdi

29 Sentyabr 17:59

NATO generalından ETİRAF: Hava hücumundan müdafiəni Ukraynadan öyrənməliyik!

29 Sentyabr 17:58

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...

21 Sentyabr 09:31

Bakı üçün “yaşıl işıq” yandı: Pekindən vacib mesaj – “Hazırıq”

31 Avqust 12:25

Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir?

29 Sentyabr 22:55

Köçkünləri təhqir edən jurnalist işdən qovuldu

11 Sentyabr 21:11

Səidə Bəkirqızı işdən niyə çıxıb? – Jurnalistdən EKSKLÜZİV açıqlama

11 Sentyabr 23:03

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - VİDEO

2 Sentyabr 17:03

Kremldən Putin-Əliyev görüşü barədə açıqlama

1 Sentyabr 17:47

Bakının dostundan təhlükəli qərar: Putin sevindi, ölkədə çöküş başladı

6 Sentyabr 16:38

Putinin “qısa söhbət” sözünə Əliyevin “cavabı” – 5 tələb var

4 Sentyabr 15:01

Pokrovskda rus ordusu məhv edildi - 2500 itki, 100-dən çox əsir

18 Sentyabr 22:57

Milli Məclisin komitəsində alman qonaqlarla görüş keçirilib - FOTO

2 Sentyabr 14:39

Gündəmi silkələyəcək iddia: azərbaycanlılar bura köçürülə bilər – Sensasion

2 Sentyabr 15:52

Kiyevdə azərbaycanlı ata və oğlu güllələndi - Anbaan video

3 Sentyabr 10:00

SON DƏQİQƏ: Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı QƏRAR VERİLDİ

11 Sentyabr 12:20



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see209

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see187

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see181

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see176

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see148

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see146

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see135

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see132

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see132

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see131

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see131

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see131

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see130

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see129

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see127

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see127

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see126

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri