“Əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində yekun tədbir keçirilib
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Əlilliyi olan şəxslərin sosial adaptasiyası" adlı layihə çərçivəsində yekun ictimai tədbir baş tutub.
Tədbiri giriş sözü ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyinin sədri Ruhin Cəfərov açıq elan edib. O, çıxışında əlilliyi olan şəxslərin cəmiyyətə bərabər şəkildə inteqrasiyasının vacibliyini vurğulayıb və bu layihənin məqsədinin məhz bu prosesi dəstəkləmək olduğunu qeyd edib.
Tədbirdə bir sıra tanınmış şəxslər çıxış ediblər. Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzinin şöbə müdiri Venera Yusubova, "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin sədri Aynur Məmmədova, sosial iş üzrə mütəxəssis Mədinə Rəhimova, Para-taekvondo üzrə Yay Olimpiyada Oyunları 3-cüsü Sabir Zeynalov, Asan Xidmət mərkəzinin əməkdaşı, fəal gənc Xəyalə Hüseynli əlilliyi olan şəxslər üçün motivasiya məqsədli çıxışlar səsləndirib. Tədbirin sonunda layihədə fəal iştirak edən iştirakçılara və tərəfdaşlara sertifikatlar təqdim olunub, daha sonra iştirakçılar arasında ünsiyyət və fikir mübadiləsi üçün coffee break təşkil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















