Icma.az
close
up
RU
Əliməmməd Nuriyev: 5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var

Əliməmməd Nuriyev: 5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Təqdim olunan təşəbbüsün qəbul ediləcəyi təqdirdə, onun 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. Amnistiya təşəbbüsü hüquqi mexanizm kimi geniş şəxslər dairəsinə şamil olunmaqla cəzaların azaldılması və ya cinayət məsuliyyətindən azadetmə imkanlarını nəzərdə tutur. Bu məsələ hazırda müvafiq qanunverici prosedurlar çərçivəsində müzakirə olunur.

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsini alqışladığını söyləyib:

"Bu, olduqca humanist bir addımdır. Ümumiyyətlə, Prezidentin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun əsas istiqamətlərindən biridir. Amnistiya və əfv anlayışlarını dəqiq ayırmaq lazımdır. Belə ki, amnistiya Milli Məclisin qəbul etdiyi normativ hüquqi aktdır, geniş şəxslər dairəsinə şamil olunur və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq edilir. Hazırda söhbət əfvdən deyil, məhz amnistiya təşəbbüsündən gedir. 

Amnistiya aktı qəbul edilərsə, ona aşağıdakı kateqoriyadan olan şəxslər daxil edilə bilər və onlara şamil oluna bilər: 

Dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, o cümlədən Vətən müharibəsində iştirak edənlər; 

2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında iştirak edən şəxslər;

Həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları;

Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslər;

Mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində zərər görmüş şəxslər;

Sosial baxımdan həssas qruplar-qadınlar, 60 yaşına çatmış və daha yuxarı yaşda olan şəxslər;

Yetkinlik yaşına çatmayanlar və digər humanitar əsaslı kateqoriyalar".

Hüquqşunas bir qayda olaraq, amnistiya aktının böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə şamil edildiyini bildirib:

"Buraya az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər daxildir. Bu kateqoriyaya aid olan şəxslər ya tam azad edilə, ya cəza müddəti azaldıla, ya da cinayət məsuliyyətindən ümumiyyətlə azad edilə bilərlər. Eyni zamanda, ümumi hüquqi praktikaya əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlərə- terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə adətən şamil edilmir. Bu məsələlər amnistiya aktının yekun mətnində açıq şəkildə göstəriləcəkdir. Amnistiya aktının gözlənilən miqyasına gəlincə, nəzərə alsaq ki, bu təşəbbüs Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından və Konstitusiyanın bütün ərazilərdə tətbiqindən sonra irəli sürülüb, onun miqyasının geniş olacağı ehtimal edilir. Mətbuatda yayılan məlumatlar da bunu deməyə əsas verir. Xatırladaq ki, 2021-ci ildə qəbul edilmiş Zəfər amnistiyası 17 200-dən artıq şəxsə şamil edildi. Hazırkı amnistiya aktı da minlərlə şəxsə şamil oluna bilər. Təxminən 5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var. Bu, əvvəlki amnistiya aktları ilə müqayisədə kifayət qədər geniş miqyaslı ola bilər".

Ə.Nuriyev vurğulayıb ki, bu təşəbbüs hüquq, dövlətçilik, humanizm və mərhəmət prinsipləri, postmüharibə dövründə sosial reinteqrasiya və Konstitusiyanın bütün ərazilərdə tətbiqi kontekstində yüksək qiymətləndirilməlidir:

"Təsadüfi deyil ki, amnistiya aktı Konstitusiyanın qəbulunun və onun bütün ölkə ərazisində tam tətbiqinin rəmzi davamı kimi dəyərləndirilir. Belə bir humanist addıma görə cənab Prezidentə minnətdarlığımızı bildirir və bu təşəbbüsü bir daha alqışlayırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri