Icma.az
close
up
RU
Əliyevin “iki od arasında” sərrast gedişi Qələbədən sonra harada dayanırıq?

Əliyevin “iki od arasında” sərrast gedişi Qələbədən sonra harada dayanırıq?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın son dövrlərdə xarici siyasət sahəsində müşahidə olunan fəallığı rəsmi Bakının çoxvektorlu diplomatiya xəttinə sadiq qaldığını göstərir. İran, Çin və Avropa İttifaqı ilə münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi, xüsusilə də Prezident İlham Əliyevin son Albaniya səfəri zamanı Avropa liderləri ilə səmimi təmasları bu baxımdan diqqət çəkir.

Ekspertlərin fikrincə, Azərbaycan Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Bununla belə, Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginlik, xüsusilə də Prezident İlham Əliyevin 9 May Qələbə Günü münasibətilə keçirilən Moskvadakı paradda iştirak etməməsi Bakı-Moskva xəttindəki soyuqluğun davam etdiyini göstərir.

Bu kontekstdə sual yaranır: Azərbaycan eyni anda həm Qərb, həm də Şərq blokları ilə balanslaşdırılmış münasibətləri davam etdirə biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən bütün ölkələrlə bərabərhüquqlu və dostluq münasibətləri qurmaq xəttinə sadiq qalıb:

“Ümummilli Lider Heydər Əliyevin xarici səfərləri, digər ölkələrlə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, eləcə də “Əsrin müqaviləsi”nin imzalanması bu siyasətin bariz nümunəsidir.

Lakin torpaqlarımızın Ermənistanın işğalı altında olması Azərbaycanı məcbur etdi ki, diplomatik prioritetlərini bu kontekstdə formalaşdırsın. Bu dövrdə xarici siyasətimizin əsas məqsədi ərazi bütövlüyümüzün bərpası idi. Bu, təbii olaraq bəzi ölkələrlə yaxınlaşmanı, digərləri ilə isə məsafə saxlanılmasını zəruri edirdi”.

Politoloqun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra Azərbaycanın xarici siyasətində yeni mərhələ başlayıb:

“Ölkə rəhbərliyi və xalqın, ordunun birgə fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün Azərbaycanın xarici siyasətində məcburi məhdudiyyətlər yoxdur. Azərbaycan heç bir gücdən asılı olmadan, öz milli maraqları çərçivəsində siyasət yürüdür. Regionda və qlobal miqyasda formalaşan yeni geosiyasi reallıqlar fonunda ölkəmiz daha çevik və çoxşaxəli diplomatiya həyata keçirir. İran, Çin və Avropa İttifaqı ilə münasibətlərin inkişafı da məhz bu yanaşmanın tərkib hissəsidir. Azərbaycanın diplomatik addımları heç bir tərəfə qarşı yönəlməyib və bu, ölkənin suveren qərarvermə hüququndan irəli gəlir”.

Əlimusa İbrahimov

Ə.İbrahimov qeyd edib ki, Azərbaycanın Qərb ölkələri, ABŞ və digər güclərlə münasibətlərini inkişaf etdirməsi Rusiyaya qarşı addım kimi qiymətləndirilə bilməz:

“Kremllə münasibətlərdə yaşanan gərginliklərə və Prezidentin 9 May paradına qatılmasına gəlincə, bunun səbəbləri Rusiyanın özündə axtarılmalıdır. Rəsmi Moskva da Azərbaycanın mövqeyinin haqlı olduğunu anlayır və münasibətlərin normallaşdırılması üçün təşəbbüskar tərəf kimi çıxış etməlidir. Azərbaycanın milli maraqları bu gün Aİ, Çin, ABŞ ilə yaxınlaşmanı tələb edir. Rusiya isə bunu anlayışla qarşılamalı və münasibətlərdə bərabərhüquqluluğa əsaslanmalıdır. Azərbaycan artıq 20-30 il əvvəlki dövlət deyil – bu gün o, müstəqil və modern siyasət yürüdən ölkədir”.

Ekspert əlavə edib ki, Azərbaycan hazırda bütün qlobal güclərlə dostluq və əməkdaşlıq münasibətləri qurmağa və inkişaf etdirməyə qadirdir:

“Aparılan siyasət artıq müsbət nəticələrini verməkdədir. Hesab edirəm ki, Rusiya ilə də ortaq məxrəc tapılacaq və bu ölkə, Azərbaycanın bərabərhüquqlu münasibət qurmaq istəklərinə qarşı anlayışla yanaşacaq. Şimal qonşumuz öz geosiyasi ambisiyalarını cilovlayaraq qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafı naminə daha konstruktiv mövqe sərgiləməlidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri