Icma.az
close
up
RU
“Elm” nəşriyyatının 2024cü il üzrə fəaliyyətinin yekunları müzakirə edilib AZƏRTAC

“Elm” nəşriyyatının 2024cü il üzrə fəaliyyətinin yekunları müzakirə edilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov hesabat məruzəsini təqdim edib. Bildirib ki, nəşriyyat cari il üçün müəyyən olunmuş tematik plana əsasən elmin ayrı-ayrı sahələrinə dair monoqrafiyalar, seçilmiş əsərlər, soraq-məlumat ədəbiyyatları, çoxcildlik əsərlər, elmi-kütləvi kitablar, biblioqrafik göstəricilər, elmi jurnallar və s. çap edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəşriyyatda “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Təbiət də bir kitabdır”, “Qlobal ekoloji problemlər” kitabları, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları işıq üzü görüb. Müəssisədə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından elmimizin inkişafında böyük xidmətləri olan görkəmli alimlərə həsr edilmiş 20-yə yaxın biblioqrafik göstərici, həmçinin çoxcildlik əsərlər, müxtəlif sahələrə dair monoqrafiyalar və digər kitablar çap olunub.

Qeyd olunub ki, nəşriyyat Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştiraka görə sertifikata layiq görülüb.

İclasda bildirilib ki, nəşriyyatın Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlığı uğurla davam etdirilib. Elmi tədqiqatların səmərəliliyinin artırılması işinə töhfə vermək məqsədilə EASE Azərbaycan bölməsində bir sıra tərcümə məqalələri yerləşdirilib. S.Qəhrəmanov Azərbaycan bölməsinin rəhbəri kimi qurumun il ərzində keçirdiyi “EASE-nin 14-cü Baş Assambleya və Konfransı”, “Texnologiya və dil modelləri ilə bağlı EASE panel müzakirəsi”, “Elmi jurnallarının redaktorları və naşirləri üçün seminar” və digər tədbirlərə onlayn qoşulub. EASE Azərbaycan bölməsinin fəaliyyətini yüksək qiymətləndirib və bölmənin sədri Səbuhi Qəhrəmanov Nəşr Etikası Komitəsinə (COPE) üzv seçilib.

2024-cü ildə AMEA-nın yeni loqotipinin – embleminin hazırlanması üçün keçirilmiş müsabiqədə “Elm” nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmova da iştirak edib. Nəşriyyat əməkdaşının müəllifi olduğu ümumiləşdirilmiş loqo qalib seçilərək Rəyasət Heyətinin qərarı ilə Akademiyanın yeni loqosu kimi təsdiq olunub.

S.Qəhrəmanov müəssisənin cari ildəki nəşr fəaliyyətini əks etdirən bir sıra məlumatları da diqqətə çatdırıb.

Sonda hesabat ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb. Nəşriyyatın cari ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri