Elmar Baxşıyev: Qara Qarayevi futbola qaytarmağımıza peşman deyilik
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qara təcrübəli futbolçularımızdandır, komandamıza kömək edir. Onu futbola qaytardığımıza görə peşman deyilik. Yeri gəldikcə öz təcrübəmizi bölüşürük”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunun “Zirə” ilə səfər oyununda Qara Qarayevin emosianal davranışı barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis Qarayevin rəqib futbolçular və baş məşqçi Rəşad Sadıqovla yaşadığı gərginliyə də münasibət bildirib: “Futbolda belə halla nə ilkdir, nə də son olacaq. Futbol emosional oyundur, meydanda bu cür gərginlik olur. Ancaq matç bitdikdən sonra hər şey elə baş verdiyi yerdə də qalır. Meydanda olanları şişirtmək olmaz. Bu cür gərginlik yalnız Qaranın başına gəlməyib”.
Baxşıyev son 3 oyunda uduzan “Araz-Naxçıvan”ın “qara zolaq”da olmasını isə belə şərh edib: “Futbolda elə qanun yoxdur ki, mütləq qələbə qazanmalısan. Bəli, mövsümün ilk yarısında məğlubiyyətsiz oyunlar seriyası yaxalamışdıq. Son 3 oyunda xal qazana bilmədik. Əlbəttə, məğlubiyyətlərdən nəticə çıxarmalı, toparlanmalı, növbəti oyunlara hazırlaşmalıyıq. Təhlillər edir, səhvlərimizi görürük. Fasilə yeni başa çatıb, qarşıda 17 tur var. Çempionatın ən maraqlı hissəsi başlayıb. Komandada hansısa enişin olduğunu demək düzgün deyil. Nəticə baxımından istədiyimizi qazana bilməsək də, oyun planında rəqiblərimizdən zəif təsir bağışlamamışıq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”yə səfərdə 1:0 məğlub olan “Araz-Naxçıvan” turnir cədvəlinin ikinci pillədə yer alıb. Ardıcıl 4 oyundur qələbə qazanana bilməyən “qırmızı-ağlar”ın 39 xalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Yanvar 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















