Elməddin Cəfərov ekranlara qayıdır
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur aktyor Elməddin Cəfərovun yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, sevilən aktyor yeni serialda çəkiləcək.
O, “İki qapı arasında” adlı serialla tamaşaçıların qarşısına çıxacaq. Elməddin Cəfərov layihədə “Sadiq” obrazına həyat verəcək. Sözügedən ekran işində Vəfa İsmayılova, Əsmər Rüstəmli, Elnur Hüseynov, Ülviyyə Əliyeva, Mətanət Əliverdiyeva və Mətləb Səfərli kimi məşhurlar da rol alacaqlar. Serial iki həyat yoldaşı olan şəxsin başına gələn komik hadisələrdən bəhs edəcək.
Qeyd edək ki, “İki qapı arasında” serialı Elməddin Cəfərovun rəhbəri olduğu “KO Media Group” tərəfindən çəkilir. Ekran işi yeni mövsümdə “ATV” telekanalında yayımlanmağa başlayacaq.
Elmir Mustafa
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















