Icma.az
close
up
RU
Elmi dəstəkli yeni trend: Skandinaviya pəhrizi nədir?

Elmi dəstəkli yeni trend: Skandinaviya pəhrizi nədir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə sağlam həyat tərzinə marağın artması bir çox yeni pəhriz axınlarının yaranmasına səbəb olub. Bu tendensiyalar arasında uzun müddət ən çox tövsiyə edilən Aralıq dənizi pəhrizi olsa da, indi şimaldan yeni bir rəqib – Skandinaviya pəhrizi ön plana çıxır.

Qaynarinfo xəbər verir ki, soyuq iqlimin sadə mətbəxindən doğan bu qidalanma modeli təkcə arıqlamağı deyil, həm də ürək-damar sağlamlığını yaxşılaşdırmağı hədəfləyir. Elmi araşdırmalar göstərir ki, bu pəhriz xolesterini aşağı salır, qan təzyiqini tənzimləyir və ürək-damar xəstəliklərinin riskini azaldır.

Təbii və bitki əsaslı qidalanma

Skandinaviya pəhrizi Aralıq dənizi pəhrizi kimi bitki əsaslıdır. Burada tərəvəzlər, tam taxıllar, yağlı balıqlar, süd məhsulları və məhdud miqdarda heyvani zülal əsas yer tutur. Zeytun yağının yerini isə omega-3 ilə zəngin, ürək dostu təsiri ilə tanınan kolza (kanola) yağı tutur.

Somon, skumbriya, sardina və siyənək kimi soyuq dəniz balıqları əsas protein mənbələridir. Bu balıqlardakı omeqa-3 yağ turşuları ürək ritmini qorumağa, damar tutulmasının qarşısını almağa və qan lipidlərini azaltmağa kömək edir.

Yoğurt və az yağlı süd məhsulları, yulaf, arpa, çovdar kimi liflə zəngin taxıllar, həmçinin şalğam, yerkökü, kələm və gül kələmi kimi tərəvəzlər pəhrizin əsasını təşkil edir. Qırmızı-mor meyvələr – yaban mersini, zoğal və çiyələk – antioksidant tərkibi ilə damar sağlamlığını dəstəkləyir, qan təzyiqini salır.

Arıqlama və metabolik faydalar

Aparılan araşdırmalara görə, Skandinaviya pəhrizi yalnız ürək sağlamlığı üçün deyil, həm də çəki nəzarəti üçün effektivdir. Altı həftəlik müşahidədə iştirakçıların bədən çəkisinin orta hesabla 4 faiz azaldığı, altı ay davam edən başqa bir araşdırmada isə artıq çəkili insanların təxminən 4,5 kilo arıqladığı təsbit olunub. Bu, ənənəvi Qərb pəhrizinə nisbətən üç dəfə yüksək nəticə deməkdir.

Hətta çəki itkisi olmasa belə, bu qidalanma modeli xolesterin və qan şəkərinin səviyyəsini aşağı salır, qan təzyiqini normallaşdırır və iltihabı azaldır. 2022-ci ildə aparılmış bir təhlildə Skandinaviya pəhrizinin kardio-metabolik sağlamlığa müsbət təsiri aydın şəkildə göstərilib.

ABŞ üçün nümunə ola bilər

Harvard Universitetindən professor Frank Hu meyvələr, çovdar çörəyi və kanola yağını sevən insanların daha çox araşdırma gözləmədən bu pəhrizi sınaya biləcəyini qeyd edib. Mütəxəssislərə görə, xüsusilə ABŞ-da geniş yayılmış emal olunmuş qidaların, əlavə şəkərin və qırmızı ətin azaldılması, ictimai sağlamlıq baxımından böyük fayda verə bilər.

2023-cü ildə aparılmış elmi araşdırma da Skandinaviya pəhrizinin ABŞ-da ölümün əsas səbəbi olan ürək-damar xəstəliklərindən yaranan ölüm riskini azalda biləcəyini göstərib. Lakin alimlər bu təsirlərin dəqiq ölçüsünü müəyyənləşdirmək üçün daha uzunmüddətli araşdırmaların vacibliyini vurğulayır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri