Icma.az
close
up
RU
Elmira Axundovadan jurnalistlərlə bağlı təklif: Yeni redaksiya heyəti yaradılsın

Elmira Axundovadan jurnalistlərlə bağlı təklif: Yeni redaksiya heyəti yaradılsın

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Milli Mətbuatın 150 illiyi ərəfəsində təcrübəli, peşəkar jurnalistlərdən ibarət redaksiya heyəti yaradıla bilər.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Xalq yazıçısı, keçmiş deputat və diplomat Elmira Axundova çıxış edib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyinin nəzdində xüsusi bir portal və ya sayt yaradaraq, Qarabağ və 20 Yanvar hadisələri mövzusunda işləyən jurnalistlər haqqında bütün məlumatların və nəşrlərin toplanması, onların müsahibələrinin, şəkillərinin, videoreportajlarının bir araya gətirilməsi mümkündür.

“Azərbaycan mətbuatının qızıl fondunu təşkil edən Elmira Əmrahqızı, Mais Məmmədov, Vladimir Morozkov və başqa jurnalistlər haqqında da oçerklərim var. Qarabağ ətrafında baş verənlərlə bağlı bir çox reportaj və məqalələrim müxtəlif vaxtlarda Rusiya və digər ölkələrin mətbuatında dərc olunub.

Eyni zamanda, “Qara Yanvar” günlərində, Xocalı soyqırımı zamanı və 30 il ərzində Qarabağ münaqişəsinin salnaməsini yaradanların bir çoxu hələ də öz soydaşlarımız arasında tanınmalarını gözləyirlər. Onlar öz adlarının Azərbaycan xalqına çatdırılmasına, müharibə müxbiri, operator, rejissor, reportyor kimi işlərinin yazılı formada olmasına layiq idilər. Çünki filmlər köhnəlir, video yox olur, amma əlyazmalar, necə deyərlər, yanmır.

Vasif Babayev son aylarda müxtəlif mətbuat orqanlarına bir neçə müsahibə verib və müsahibələrində AzTV əməkdaşlarının həmin müdhiş günlərdə nələrə dözdüyündən danışıb. Digər şahidlər nəsə danışırlar. Bəs Cahangir Zeynallı, başqa rejissor və operatorlar? Bəs o vaxt bizim Kinostudiyanın direktoru işləyən və mübaliğəsiz, əsl vətəndaş cəsarəti göstərmiş Ramiz Fətəliyev necə? Dağıdılmış Bakının küçələrində onun kameraları işləyirdi, onun laboratoriyalarında qiymətli filmlərin işlənib hazırlanması və montaj işləri sürətlə gedirdi və məhz onun əlaqələri sayəsində bir çox material xaricə ötürülə bildi. Lakin təəssüf ki, biz bu barədə çox az məlumatlıyıq”, - E.Axundova vurğulayıb.

Xalq yazıçısı söyləyib ki, Milli Mətbuatın 150 illiyi ərəfəsində bu məsələ ilə media qurumları - Mətbuat Şurası, Azərbaycan Medianın İnkişafı Agentliyi və Prezident Administrasiyasının müvafiq qurumu məşğul olmalıdır. Təcrübəli peşəkar jurnalistlərdən ibarət redaksiya heyəti yaradıla bilər. Bu şura əvvəllər müəyyən mövzu ilə bağlı yazı yazan bütün KİV nümayəndələrini toplayıb, daha nə etmək lazım olduğunu, kimlə danışılmalı, kimə sual verilməli olduğunu müəyyən edə bilər: “Bu cür xatirə kitabları indi bizim qəhrəmanlarımız - Vətən müharibəsinin şəhidləri haqqında yazılır, sovet dövründə isə “Heç kim unudulmur - heç nə yaddan çıxmır” devizi altında şəhid olmuş döyüşçülər haqqında nəşrlər çıxırdı. Bu gün internet və sosial şəbəkələr dövründə, Medianın İnkişafı Agentliyinin himayəsi altında xüsusi bir portal və ya sayt yaradaraq, Qarabağ mövzusu ilə bağlı, 20 Yanvar hadisələri ilə əlaqədar işləyən jurnalistlər haqqında bütün məlumatların və nəşrlərin toplanması, onların müsahibələrinin, şəkillərinin, video reportajlarının bir araya gətirilməsi mümkündür”.

Elmira Axundova əlavə edib ki, bu layihə sonradan inkişaf etdirilə və genişləndirilə bilər:

“Əminəm ki, ora dünyanın hər yerindən dəyərli materiallar göndəriləcək, çünki Qarabağ münaqişəsi zamanı onlarla vicdanlı jurnalist sözügedən mövzuda obyektiv reportajlar hazırlayıb, yazılar qələmə alıblar. Ümid edirəm ki, təklifim bu fundamental qərarın qəbuluna cavabdeh olan şəxslər tərəfindən eşidiləcək. Jurnalist həmkarlarım öz adları və əməllərinin əbədiləşdirilməsi haqqını qazanıblar. Xahiş edirəm, əziz dostlar, məni və həmkarlarımın səsini eşidin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Yanvar 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri