Icma.az
close
up
RU
Elmira Axundovadan “ağsaqqalı”nın həbsinə reaksiya: "Təşəkkür edirəm"

Elmira Axundovadan “ağsaqqalı”nın həbsinə reaksiya: "Təşəkkür edirəm"

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan siyasi elitasının səhnəsində qəribə səssizlik hökm sürür. Dünənə qədər Ramiz Mehdiyevin adını eşidəndə ayağa qalxan, onun qarşısında baş əyən, “Ramiz müəllim” kəlməsini müqəddəs bir söz kimi tələffüz edənlər, bu gün qəribə bir qorxu içindədirlər. Əksəriyyət danışmaq istəmir. Heç kim etiraf etmək istəmir ki, bir vaxtlar bu ölkənin ən qorxulu, ən nüfuzlu, ən toxunulmaz adamının qapısında saatlarla gözləyib.

Bu sükutun ən diqqətçəkən ünvanlarından biri isə sabiq deputat, eks-səfir Elmira Axundovadır.

Bakupost.az xəbər verir ki, musavat.com-un əməkdaşı onunla əlaqə saxlayaraq, bu gün ev dustaqlığında olan Ramiz Mehdiyevlə bağlı fikrini öyrənməyə çalışıb. “Ramiz Mehdiyevin ən yaxın çevrəsinə daxil olan şəxs olmusunuz, onun həbsinə münasibətiniz necədir?” sualına Elmira Axundova qısa və məzmunsuz cavab verib. “Təşəkkür edirəm, təşəkkür edirəm...” – və telefonu qapadıb.

Halbuki Elmira Axundova uzun illər boyu Ramiz Mehdiyevin ən sadiq ideoloji silahdaşı kimi çıxış edirdi. O, Mehdiyevin kitablarının təbliğatçısı, onun “ağsaqqal siyasətçi obrazının” yaradıcısı idi. Onun deputat mandatı da, səfir postu da Ramiz Mehdiyevin masasından keçmişdi. Axundova bir vaxtlar danos-məktublarında Mehdiyevə “mənim dostum və ağsaqqalım” deyə müraciət edir, 2018-ci ildə ona “Xalq yazıçısı” adını şəxsən təqdim etdiyinə görə fərəhlə danışırdı. Dünən “dostum”, “ağsaqqalım” dedikləri bu gün “şübhəli şəxs” statusundadır deyə ona münasibət də dəyişib. Bir vaxtlar donos-məktublarla öz ağsaqqalını tərifləyən və başqalarını ləkələyən biri indi danışmağa söz tapmır?

O məktub 2018-ci ilin payızında yazılmış, Ramiz Mehdiyevə sədaqət andı kimi təqdim olunan, amma əslində, bir çoxlarını hədəfə alan donos ruhlu yazı Elmira Axundovanın kimliyini çoxdan açıb.

İndi isə vəziyyət fərqlidir. Ramiz Mehdiyev yıxılıb, onun köhnə dostları, sabiq müttəfiqləri, ideoloji tərəfdaşları sanki dillərini udublar. “Ramiz müəllimlə” bir kadrda görünməkdən, hətta adını çəkməkdən qorxurlar.

Bəli, Elmira Axundovanın bugünkü “təşəkkür” cavabı, əslində, bir etirafdır. Ramiz Mehdiyevin uzun illər ərzində yetişdirdiyi “sadiq çevrəsi” indi onu tək buraxmaqla, əslində, həm də onun özünün mahiyyətini üzə çıxarır. Görünür ki, bu, sadəcə qarşılıqlı fayda üzərində qurulmuş bir münasibətlər teatrıdır. Elmira Axundova isə bu teatrın ən tanınan aktrisasıdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri