Icma.az
close
up
RU
Elnur Əliyev: Təsisçiləri Türkiyə vətəndaşları və ya şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib

Elnur Əliyev: Təsisçiləri Türkiyə vətəndaşları və ya şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 may, AZƏRTAC

Türkiyə şirkətləri Azərbaycanda yaradılan münbit biznes mühitindən faydalanır. Təsisçiləri Türkiyə vətəndaşları və ya şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin 6-cı ümumi yığıncağında çıxışı zamanı deyib.

Nazirin birinci müavini diqqətə çatdırıb ki, sözügedən sənədi əldə edən hüquqi şəxslər texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və idxal gömrük rüsumlarından, habelə əmlak və torpaq vergiləri, eləcə də mənfəət və gəlir vergisinin 50 faizinin ödənilməsindən azad edilir.

“Hazırda Türkiyə şirkətləri Azərbaycanda energetika, sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, İKT, nəqliyyat, əczaçılıq və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda əlverişli və şəffaf biznes mühiti yaradılıb ki, nəticədə ölkəmizdə 5 minə yaxın Türkiyə şirkəti aktiv fəaliyyət göstərir. Bizim sənaye parklarında rezidentlər aktivdir, sayları dinamik şəkildə artır və bu, sistematik xarakter daşıyır. Rezidentlər əmlak və torpaq vergisindən azad olunmaqla yanaşı, 10 il müddətinə bir sıra imtiyazlardan da istifadə edirlər. Sənaye zonalarında Türkiyə kapitallı şirkətlərin iştirakı ilə reallaşdırılan layihələrin investisiya dəyəri on milyonlarla dollarla ölçülür. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac etməyə başlayıb”, - deyə E.Əliyev qeyd edib.

Nazirin birinci müavini onu da qeyd edib ki, sənaye zonaları ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə türkiyəli investorların aktivliyi artır: “Belə ki, Türkiyə şirkətləri tərəfindən 118 layihə üzrə müraciət qeydə alınıb və bir sıra genişmiqyaslı layihələr həyata keçirilir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının alternativ enerji potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və yenisinin tikilməsi üçün xarici kapitalın cəlb edilməsi davam edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri