Icma.az
close
up
RU
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? şok versiyalar

Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? şok versiyalar

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, “Qarabağ”ın müdafiəçiləri Abbas Hüseynovla Elvin Cəfərquliyev əsas komandadan uzaqlaşdırılıb. Qəbul edək ki, əsas itki Abbas deyil, Elvindi. Bəs Elvin komandadan niyə uzaqlaşdırılıb? Ağlımıza üç versiya gəlir.

Birinci versiya: Elvin əyləncəyə hədsiz meyillidi. Hətta o dərəcədə ki, “Ayntraxt”la uğurlu oyundan sonra milyonlarla azərbaycanlının gözü önündə əlinə mikrofon alıb, dönərsatanlardan birinin sosial şəbəkə fenomeninə çevrilən “başua...” ifadəsini qışqıra bilir. Bunu təkcə orda etsəydi, dərdyarı. Adam az qala qatıldığı hər məclidsə bunu təkrarlamağı özünə borc bilir. Gecə klublarına, başqa belə məkanlara daimi səfərlər istər-istəməz onun intizamını, deməli, həm də oyun səviyyəsini aşağı salır. Bəli, “şəxsi həyat” anlayışı var – bunu hər birimiz bilirik. Amma tələbkar, yerli və legioner futbolçuların şəxsi həyatı ilə daim maraqlanan Qurban Qurbanov üçün bu mənada müəyyən sərhədlər və qırmızı cizgilər var. İkisi eyni gündə cəzalanıbsa, söhbət intizam qaydalarının daha kobud pozuntusundan gedir.
İkinci versiya: Elvin növbəti uğusuz oyunun müzakirəsi zamanı Qurban bəyin hansısa iradına kobud şəkildə cavab verib. Təbii ki, ölkənin ən yaxşı məşqçisinə belə cavab, ümumiyyətlə, belə davranış tərzi ağlasığmaz və qəbuolunmazdı. Qurbanov Elvini cəzalandırmayacağı təqdirdə elə sərəncamı altında olan futbolçuların yanında hörməti göydən yerə enərdi. Maksimalist, sərt Qurbanov belə münasibəti qəbul edə bilməz və etməyib də. Bu gün Cəfərquliyevə futbolçu kimi nə qədər böyük ehtiyac duysa da!
Üçüncü versya: məşqləri ciddiyə almaması, özünə münasibətdə tələbkarlığı aşağı salması. Təcrübəli mütəxəssis mətbuat konfransında bu haqda danışdı. Görünür, ÇL-in Liqa mərhələsində vurduğu iki qol, verdiyi bir məhsuldar ötürmə, rəmzi heyətə düşmək Elvini eyforiyaya saldı. Ona elə gəldi ki, əvəzolunmazdı, “Qarabağ”ın dirəyidi, möhtəşəmdi, başqalarından üstündü.
Dördüncü versiya: “Neftçi” ilə transfer danışıqları aparması. Bu da pis variantdı. Mövsümün belə həssas çağında, komandanın ölkədaxili hər iki turnirdə qələbə şansını qoruduğu məqamda ağdamlıların əsas rəqiblərindən biri ilə şübhəli təmaslara keçmək... Yox, bunun adını deməyəcəm. Özünü də nə demək istədiyimi anladız.
Kəsəsi, “Qarabağ”ın son vaxtlardakı uğursuz çıxışının qurbanı Elvin Cəfərquliyev oldu. Amma bəlkə məsələni belə qoymaq daha yaxşıdı: Elvinin intizamsızlığının, komandadaxili ab-havanı korlamasının qurbanı “Qarabağ” oldu!
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:945
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri