Icma.az
close
up
RU
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? ŞOK FAKTLAR Yeni Gündəm

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? ŞOK FAKTLAR Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı?

ŞOK FAKTLAR İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır
Bu iddia AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır.

Bundan əlavə institutun idarəçiliyində ciddi problemlərin olduğu, korrupsiya faktları, qohumbazlıq və s. iddialar da, səslənir. Biz yazıda adları yer alan tərəfləri də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlərlə dərc edirik:

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babaxanlı idarə edir. G.Babaxanlı institutda at oynadaraq “Teymur Kərimli kimdir ki? Əsas mənəm və mənə itaət etməlisiniz” deyir. İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır. G.Babaxanlı adı gedib özləri işdə olmayan həmin şəxslərin adına ezamiyyət, pul mükafatları yazaraq, hətta dərəcələrini normadan artıq qeyd etdirərək külli miqdarda pul mənimsəyir. Qanuniləşdirmək üçün həmin şəxslərin hər gün səhər saatlarında turniket kartları işçilər işə gəlmədən öncə kimə tapşırılıbsa onun tərəfindən vurulur. Rəsmi hər gün işə gələn işçilərin də adına bir maaş həcmində premyalar yazaraq kartdan çıxarıb ona verilməsini tələb edir. Araşdırılsa görünər ki, həmin işçilərin çoxu texniki işçilərdir elmlə məşğul olmurlar. Ölkədaxili ezamiyyətlər heç bir rayonlara getmədən ezamiyyə vərəqələrinə hansısa rayon təşkilatlarında möhür vurularaq həll edilir. Təbii ki, o pulları da G.Babaxanlı şəxsən özü mənimsəyir. Xarici ezamiyyətlərdə isə elmlə, tədqiqatla məşğul olan işçilərə “büdcədə pul yoxdur” deyərək ezamiyyət xərclərini ödəmir, lakin xaricə həkimə, istirahətə gedən texniki işçilərə, laborantlara ezamiyyət pulları yazaraq həmin pulların çıxarılıb özünə verilməsini tələb edir. Qanuniləşdirmək üçün yalandan guya təlimdə və ya muzeydə sərgidə iştirak edib tipli hesabatlar yazılır. Lakin həmin şəxslərin sosial şəbəkə hesabları araşdırılsa məlum olar ki, əslində istirahətə gedən şəxslərə ezamiyyə yazılır. Bunu hətta öz istirahəti üçün də ezamiyyə yazdırması da sübut edir.
Aylar öncə katirovka məsələsi ilə bağlı korrupsiyada adı hallanan G.Babaxanlı məhkəmə işi davam etməsinə baxmayaraq, yenidən bu məsələdə korrupsiyadan əl çəkmir.
Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tender elanı verilir, lakin G.Babaxanlının anlaşdığı şirkət qalib olmadığı halda tender ləğv edilir və 1 həftə sonra yenidən elan verilir, ta ki, razılaşdırılan şirkət qalib gələnə kimi. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Qalib gələn şirkətlə birlikdə institutda Elmi Şuranın qrifi ilə çap olunacaq kitabların nəşri həyata keçirilir. Bu pulları təbii ki, G.Babaxanlı şəxsən özü mənimsəyir. Lakin əməkdaşlara onların kitablarının nəşri üçün büdcədə pul olmadığı deyilir və nəşr xərclərini işçilər özləri qarşılayır. G.Babaxanlı isə rəsmi sənədlərdə həmin kitabların institut tərəfindən nəşr edildiyini qeyd edib, dövlətin ayırdığı pulu mənimsəyir. Təkcə son ildə 27 min manat mətbəə xərci olub. Halbuki, heç bir əməkdaşın kitabı institut tərəfindən nəşr edilməyib.
Bundan başqa layihələrdə daim G.Babaxanlının yaxın bildiyi insanlar, adları gedib özləri işdə olmayan əməkdaşlar iştirak edir. Hətta hər gün işə gələn əməkdaşlar belə layihədə iştirak edirsə oradan aldığı maaşı G.Babaxanlıya təqdim etməlidir. Bütün maliyyə işlərində G.Babaxanlıya institutun baş mühasibi Leyla Cavadova yaxından köməklik göstərir. Çünki o da bu məsələlərdən öz faizini alır.
G.Babaxanlı öz qohumlarını institutda yüksək vəzifələrə gətirərək işə gəlməmələrinə baxmayaraq, yüksək məvaciblər yazdırır. İnstituta işə qəbul da 10-15 min manat aralığında pul verməkdən keçir. Son vaxtlar insititutda ixtisaslaşmış kadrlar gözüm-çıxdına salınır. Əvəzində institutun profilinə uyğun olmayan müxtəlif ixtisaslardan insanlar işə qəbul edilir. Əlyazmalar İnstitutunda araşdırma aparan barmaqla sayılan bir neçə ixtisaslı kadr var, elə tədqiqatları da onlar aparır. Digər işçiləri isə əlini qolunu sallayıb gəzir. İşə qəbul məsələsində isə G.Babaxanlıya institutun Həmkarlar İttifaqının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva yaxından kömək edir. O da bu məsələdə öz faizini alır. Xatırladaq ki, S.Əliyeva yaxın müddətə qədər institutun direktoru müavini vəzifəsinə qədər yüksəlmiş, lakin korrupsiya məsələsinə görə şikayətlər olduğu üçün vəzifədən azad edilmişdir. Hal-hazırda institutun direktor müavini vəzifəsi aylardır boşdur. G.Babaxanlının muzeydəki vəzifə müddəti cari ilin 1 mart tarixinədək qüvvədədir. Əgər Mədəniyyət Nazirliyi G.Babaxanlını bu il martın 1-də Hüseyn Cavidin Ev Muzeyinə direktor olaraq təyin etməsə, Əlyazmalar İnstitutuna direktor müavini keçmək istəyir. Həmin yeri də özü üçün alternativ olaraq saxlatdırıb. Əlyazmalar İnstitutunun möhürü və T.Kərimlinin ştamp tipli imzası da G.Babaxanlıdadır. Bütün bu özbaşınalıqdan institut əməkdaşları cana doyub. Onları müəssisənin aqibəti narahat edir və ağıllarda bir sual var. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru kimdir: Akademik Teymur Kərimli, Gülbəniz Babaxanlı?(Yenixeber.org)Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 24 Yanvar 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see124

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri